Kimsəsiz hisslər (4-cü bölüm)

Kimsəsiz hisslər (4-cü bölüm)
Bölümlü Hekayələr
10.09.2017 20
Ruslanla bütün günü ne edeceyimizi düşünürdük.Onunla evleneceyim ağlıma gelmezdi.Düzdür Ruslan yaraşıqlı oğlan idi.Ondan xoşum gelirdi.Amma onunla er-arvad münasibetinde olacağımı düşüne bilmirdim.Ruslanın planlarına göre meni qaçırdıqdan sonra ailemle danışıb sakitleşdirecekdi.Esas meqsed Ekberin menden imtina etmesi idi ki,o da alınmışdı.Sonradan eşitdimki Ekberin öz istediyi varimiş,ele üreyinden olub. Ruslan divanda eyleşib başını elleri arasında sıxmışdı.Bir söz demeye cüret etmesem de sakitliyi pozmalı idim:

-Ruslan,ne edeceyik?

-Bilmirem,Gümüş,bilmirem. O derinden of çekerek tekrar söze başladı:

-Menim evlenmek fikrim yox idi.

-Mene göre oldu.

-Sen mene gel meni qaçırt dememişdin.Burda bir axmaq varsa o da menem.

-Mence de. Ruslanın ters-ters baxışından sonra söhbeti deyişdim: -Herşeyi deyek da.

-Atamgile dedim de.Deyir sizinkiler bilse yaxşı olmaz.Toyu günü qaçan qız zarafat edirmiş.Delisen sen?

-Bes ne edek a?

-Atam deyir ki,evleninde ne olacaqki.

-Düz deyir de.Kinolardakı kimi kağız üstünde evlenek. O gülümseyerek: -Sonra da bir-birimizi sevek.Kinolarda ele olurdu he? Ruslan ayağa qalxaraq tekrar söze başladı: -Amma sen kinolara fikir verme.Heqiqi heyatdı.Özümüzü bedbext edeceyik.Of ne edek. -Başqa ne çıxış yolu var?

-Heçne.Evlenmekden başqa yol yoxdu. -Yağışdan qaçıb qara,borana düşdüm.

-Puah.Bir de menden soruş.Senin kimi bir qız qismetim olmasın deye hergün qulaqlarımı çekib taxtaya vururdum.

-Minnetin olsun.

-Dava etmeyek.Dur arvad,hazırlaş gedek.

-Hele arvadın deyilem.Zakzımız yoxdu,ezizim. Ruslan mene geyine bilecek patar verdikden sonra hazırlaşıb evden çıxdıq.Yol boyu heyecandan üreyim partlayırdı.Evde bizi neler gözleyirdi bilmirdim.Birce onu bilirdimki heç de yaxşı olmayacaqdı.Ruslan da fikirli idi amma tez-tez meni sakitleşdirmeye çaılışırdı:

-Besdir ay qız,uzaqbaşı bir zakzdıda.Sen demiş,kağız üstü evlilik. -Bes sonra?Ömrümüzün axırına kimi heyatımızı oyun üstünde yaşayacağıq -Sonrası Allah kerim.

-Kaş qaçmasaydım.Belke de Ekberle xoşbext olacaqdım. -Peşmansansa qaytarım. Ruslanın o sözü qelbimi qırmışdı.Birdaha anlamışdımki bizimki heqiqeten kağız üstü evlilik olacaq.Bakıya çatanda Ruslan maşını öz evlerine doğru sürdü.Eve çatanda yarım saat maşında oturub qerarsızlaşmışdım.Ruslan meni zorla razı salıb eve salmışdı.İçeri girende Ruslanın anası ile atası bizi gülerek qarşılasa da onlardan çox utanmışdım.Ruslanın anası Şefeq xala meni Ruslanın otağına getirib: salıb eve salmışdı.İçeri girende Ruslanın anası ile atası bizi gülerek qarşılasa da onlardan çox utanmışdım.Ruslanın anası Şefeq xala meni Ruslanın otağına getirib:

-Biraz dincel,zeng edib ananla danışarsan. Sakitce başımı aşağı salıb kravatda oturmuşdum.Şefeq xala otaqdan çıxdıqdan sonra Ruslan yanıma gelib:

-Helelik burda qal,axşama kimi bir ev tapmağa çalışacam. -Ne evi?

-Kiraye çıxaq.Burda düzgün olmaz.Men gedirem zakz işlerini hell etmeye.Anam şexsiyyet vesiqeni getirib.

-Of..

-Oflama.Ne edek bes?Başqa çare var?Anangilnen danışmaq isteyirsen?

-Yox.. Yox demeyim ile ağlamağım bir oldu.Ruslan meni sakitleşdirmeye çalışsa da artıq sese Şefeq xala gelmişdi.Meni qucaqlayıb:

-Ağlama qızım.Bir sehv idi etdiz.Barışarsız atangilnen,qaçan ilk qız deyilsenki?! Şefeq xala Ruslanla niye qaçdığımı bilmirdi.Bütün günü Ruslanı danlayıb işleri bu hedde getirdiyine göre hirslenirdi.Ruslanın atası Firuz dayının üzüne baxmağa utanırdım.Bir neçe gün otaqdan çıxmadım.Ruslan yemeyi otağa getirib,gece olanda da evden gedirdi.Adetler bele imiş.Birdefe Şefeq xala yanıma gelib menimle söhbet etmek istediyini dedi: -Ruslan sene nese etmeyibki?!

-Yox xala,Ruslan ele oğlan deyil.Mene qarşı çox yaxşıdı.

-Can qızım görürem necede sevirsen onu.O menada yox,qızım,yeni nese etmisiz? Nece qızarmışdım utandığımdan.Başımı aşağı salıb sakitce:

-yox. -Ananla danışmışam.Deyirki alınan cehizleri mebelleri Gümüşün evine gönderecem.Amma hele görüşmeyek dedi.Bir ay keçsin ara sakitleşsin sonra barışıq olar.

-Nece meslehetdi ele olsun. Hemin gün Ruslan ev tapmış ve biz artıq evciyimize köçmüşdük.Evin cehizlerimle döşenmesi meni lap güldürmüşdü.Ruslanla bütün günü gah dalaşar gah da zarafatlaşardıq.Gece ise ayrı-ayrı yerlerde yatırdıq.Menzil bir otaq ve bir metbexden ibaret olduğu üçün eyni otaqda yatsaq da Ruslan yerde yatırdı.Belece günler keçirdi.Herşey normal idi.Ta ki,o geceye kimi.Ruslan bir gece eve berbad veziyyetde gelmişdi.



Yazar: Ay Gulскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!