Əvəzolunmaz (5-ci bölüm)

Əvəzolunmaz (5-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 100
Qapının ağzında tək qızılgülü görüb təəccüblənir..Əyilib götürür.Üzərində ki kartda bir tək Elman yazılmışdı...Mamasının qapıya gəldiyini görüb tez gülü çantasına atır..

-mama mən qaçdım..maaaç..

-ay qızım tərgit bu adətini,səhər yeməyini ye..Minirə xanım nə desədə artıq eşitmirdi Səbinə,çoxdan toz olmuşdu blokdan..

-şükür gələ bildin Səbinə..ağac oldum burda..

-suss düş qabağıma gecikməyək.deyəcəklərim var..Nəzrinin qoluna girib dayanacağa gedirlər.

-de görüm.

-Nəziş bayaq qapıda bu gülü tapdım.Sən həyətdə olanda naməlum birini görmədin?Çantasından gülü və kartı çıxarıb ona göstərir.Nəzrin kartı oxuyub tədirgin olsada gülür-vaay pərəstişkarının biridə artdı Səbiş.

-ay qız lağa qoyma..bu kimdi ki mənim yaşadığım yeri,iş yerini belə tez tapa bilib?

-nə bilim.Birdən o gülü Adil dayı,ya Rəsul tapsaydı?bu adam gör necə düşünübsə onlar yox sən görmüsən..

-Getdikcə çəkinməyə başlayıram Nəzrin bu adamdan..Danışaraq avtobusa minirlər.yer olmadığından ayaq üstə qalırlar.-buda həmişə dolu olur..ehh.

-qorxma çox narahat etsə Rəsula deyərsən...

-bəxtimə baxda birindən xoşum gəldi o da belə manyak çıxdı.

-xaxaxa dəli,dəli danışma.hansı qız olsa əriyərdi bu jestlərə.Oğlan romantikdidə.

-az gül

Üzsüz..hələ nömrəmidə öyrənib..O,mesajla bərabər telefonu başına nə çırpardım...Gələndən otağa girmişəm arvad narahat olmamış gedim yanına.Mədəmin səsi kilsə zəngindən bərk çıxır.Yeməklərə hücumm..Mətbəxə keçib qazanın qapağını açıb ətrini içimə çəkdim.-mama sənin yeməklərin olmasa görən nə edərdim mən..Yaşama mənbəyimin ilk üçlüsünə sənin yeməklərin daxildi..

-ay qızım get otur çəkim.Qazandan yemək adətini tərgit,toyunda çovğun olacaq..

-səndə belə dadlı bişirmə,mən yazıq neyləyim?doya bilmirəm.

-sus danışma,sənin yediklərini indi kim yesə qapıdan keçə bilməzdi.Amma sən bir dəri bir sümüksən.

-ee mama elə demədə depresiyaya düşürəm bilirsən..Həm incə olmaq yaxşıdı,zamanla kökələcəm..Hara getsəm qızların çoxu deyir Səbiş nə ola sənin kimi olaydım..

-görürsən onu qızlar deyir,oğlanlar arıq qızı bəyənmir..

-gözüm aydın heç bəyənməsinlər..Mən də ölürdüm axı onlar üçün...Mamayla danışırdıq ki Rəsulda gəldi yanımıza-mənədəyemək,acından ölürəm.

-gəl gəl qaqaş tənək dolması var...

-O komputerdən ayrıla bilsən acından ölmərsən.Nə var orda ay Rəsul bayaqdan qarşısından ayrılmırsan?

-Nə olacaq mama qızlarla danışır yada yazışır..Ordan qız tapır yəqin özünə..hahaha..Rəsul ağzını açmaq istəyirdi ki bu dəfədə maması qabaqlayır onu

-başa düşmədim?bu boyda ətrafda qız qalmayıbki sən ordan qız tapırsan?ay Allah bu interneti niyə yaratdırdınki sən.

-ay mama nə qız tapmaq?mən tapdığımı tapmışam.Orda bir iki yerə baxırdım,o da vaxtımı çox aldı...

-öhö.öhöö.Yediyi boğazında qalır Minirə xanım onun kürəyinə vurub su içirdir Səbinəyə.

-Rəsul sən nə vaxt qız tapdınki? Deməki o Şəbnurla evlənirsən!

-hahahaha halal xoşun,yavaş ye cücə boğulmuşdun..Yox o deyil.Başqa biridi.

-Hansı Şəbnur ,balkon qonşumuzun qızı?o idi tanıyırsan dediyin qız ?Minirə xanım başa düşməyərək suallarını yağdırırdı.ki..

-Kimdi bəs qaqaş?Tanıyıram mən?

-Tanıyırsan həmdə çox yaxşı tanıyırsan..Yeməyini yeyib gülür

-Ürəyimi üzdün de görək kimdidə o qız..Əsəbləşərək qaşlarını çatıb qardaşına baxır..

-mənim
suallarıma kim cavab verəcək?!sizlə deyiləm mən?..Bacı qardaş özlərinə
başları qarışdığından Minirə xanıma cavab verməmişdilər..Rəsul onların
əsəbləşməklərinə gülərək daha heç nə deməyib mətbəxdən çıxır-mama sənin
suallarına Səbinə cavab verər.Mən getdim,hələlik...



Müəllif: MiLady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!