Əvəzolunmaz (7-ci bölüm)

Əvəzolunmaz (7-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 2
Sənin üçün uzaqdan sevməyi,baxmadan görməyi,toxunmadan hiss
etməyi,eşitmədən dinləməyi,göz yaşlarımla gülməyi və qovuşmaq üçün səbr
etməyi öyrəndim.Ancaq sənsizliyə öyrəşə bilmərəm gülüm..



Qızlar hazırlaşıb Cahangir ilə bərabər yola düşürlər..Maşında heç biri
dinib danışmırdı..Şirkətə çatıb maşından enirlər.Səbinə nə qədər gözləsə
də Cahangir bu mövzunu açmır..Pis olur.Gözləyirdiki Cahangir onu
danlayacaq.Otaqlarına keçəndə Səliməni görüb ona salam belə vermədən
yerinə əyləşir

Səlimə-Salam qızlar..Hazırsınız sabaha?

N-Salam Səlimə..Hələ bilmirik gedəcəyik ya yox..

Səlimə-niyə?..Səbinə otaqda durmayıb çıxır..Qapıdan çıxan kimidə Rəşadla rastlaşır.

-bağışla..deyəsən keçən dəfə boşboğazlıq etdim.Salamsız kəlamsız bir
başa sözünü deyir.Qızları ovsunlayan o yaşıl gözləri ilə məsumca ona
baxır.

-eybi yox,bizim millət öyrənibdi başqalarının həyatına burnunu
soxmağı!..Sənlik bir şey yox idi.Mən əsəbi idim...Bu vaxt Cahangir
otağına gedəndə onları görür.Əsəbinə birdə bu əlavə olunur..Onun
baxışlarına duruxub yerində donur Səbinə.Bu dəfə nə edəcək deyə
düşünürdü.Beynində suallar içində idi..Mən axı niyə çəkinirəm
bundan!Rəşad ki iş yoldaşı sayılır..Öz özünə içində danışırdı ki
Cahangirin səsinə fikirlərindən ayılır.

-Səbinə otağıma gəl!...

Səssizcə onun ardı ilə gedib otağına girir..O,danışmadan Səbinə sözə başlayır.

-Cahangir səhv başa düşmə Elmana birdə məni narahat etməməsini
deyirdim..Rəsula demədiyinə görə də çox sagol..Əlindəki qələmi ilə
oynayaraq cümlələrini çətinliklə deyirdi.Gözünü isə ondan
ayırmırdı...Cahangir arxası ona tərəf ,masasına yaxın dayanmışdı.Əlini
stola vuraraq əsəbini yatışdırırdı..Heç bir söz demədən keçib yerində
oturaraq arxaya söykənir...Səbinə bu səssizliyə artıq əsəbləşirdi..Onun
dinmədiyini görüb qələmi daha da bərk sıxır...Cahangirin gözündən bu
yayınmır..

-Sizə demişdim ki narahat etsə mənə deyin!

-Deyəcəkdik...

-Necə?Sənin nömrəni tapdığını deyəcəyin kimi!Yerində dikələrək onun
gözlərinin içinə baxırdı..Nə deyəcəyini,özünü necə müdafiə edəcəyini
gözləyirdi.O,Səbinəni yaxşı tanıyırdı,xasiyyətinə bələd idi..Onu
hirsləndirəndə ya da qorxudanda necə oldugunu bilirdi..Qorxsa da sözünü
deməyindən qalmırdı.

-sən hardan bilirsən?

-söhbəti dəyişmə!Birdə o oğlanı sənin ətrafında görməyim!

-mən ki heç bir şey etməmişəm..O tapır məni hər yerdə..Onun sözünə
acıqla cavab verib guya özünü müdafiə edirdi..Bilsəydi bu Cahangiri daha
da hiddətləndirəcək deməzdi....Yaxşı söz demiş kimi ona baxırdı ki
Cahangir sakit halını pozmadan yerindən durub onun qarşısında dayanır...

-Səbrimi sınamağa çalışma Səbinə.!..Aralarında bir addımlıq məsafə də
ikisinində gözləri zamanı durdurmuşdu.bir neçə saniyəlik bir birlərinin
gözlərində itmişdilər..-mənə elə baxma..Sənə heç kim yaxın dura
bilməz!.. 

Lal baxışlarla Cahangirə baxıb susurdu...Cahangir arxasını dönüb o lal
baxışlardan özünü yayındırmaq istəyirdi..Yoxsa ürəyindəkiləri dilə
gətirəcəyindən qorxurdu...Masasına əyləşib komputerində nəyləsə məşğul
kimi göstərir özünü..Əvvəl ki görünüşünü alıb soyuq səs tonu ilə -Çıxa
bilərsən! Sabah siz getməyəcəksiz qonaqlığa...

Səbinə eşitdiklərini analiz edərkən onun sözlərinə qaşlarını çatır-niyə,axı biz də getmək istəyirik...

-Getməyəcəksiniz!indi isə çıx işlərim var....Cahangirin soyuq heykələ
dönərək onunla belə danışmasına hirslənir..Qapını açıb çıxarkən –Biz də
gedəcəyik,!sözünü deyib qapını bağlayıb gedir..Onun ardından başını sağa
sola hərləyib gülümsəyərək işinə davam edir Cahangir..Eh Səbinə səninlə
nə edəcəm mən...Belə tərs olma..

**************************************

Əsəb ilə otağına gəlib Nəzrinin qarşısında durur-sənin bu qardaşın dəlidi!Deyir getməyəcəksiniz qonaqlığa..

-Dəli bir deyil iki deyil ki-deyib gülür-narahat olma mama axşam onunla danışar.Zümrüdə deyərəm o da razı salar..

-Məndə acığına dedimki biz gedəcəyik!..Dodağını çeynəyərək yerinə keçir

-Səbiş qardaşımın damarına toxunmamağı məsləhət görürəm sənə..

-Sənin qardaşının o sakitliyi adamı dəli edir Nəzrin....Günü beləcə gah
didişə didişə gah da deyib gülə yola verir qızlar..İşdən çıxarkən Rəsul
onları götürməyə gəlir..Cahangir işlərinin olduğunu deyib Rəsulu
çağırmışdı..Qızlar evə gedib sabah üçün necə icazə alacaqlarını
düşünürdülər...Səbinənin icazəsi hazır idi.Atasına Cahangirin
aparacağını deyib icazəni qoparmışdı..Çətini Nəzrinə düşürdü.

-Bacı nolar sən razı sal Cahangiri bizidə aparsın
ora..Nolar,nolar..Zümrüdün arxasıyla gəzib onu bezdirirdi..Zümrüd hara
getsə onu izləyib baş beynini aparırdı.

-O,qoymadısa bilirsənki razı olmayacaq..Mən desəmdə inanma razı ola
Nəzrin...Bacısının küskün baxışlarına dözməyib-amma bəlkə mama desə
aparar sizi...

-Yaxşı mən deyəcəm amma səndə arxamda ol dəstək ver..Bacısı razılığını
bildirib onunla bərabər mamasının yanına gedirlər.Nəzrincəsarətini
toplayıb sözə başlayır-mama sabah şənlik var,bizim şirkət təşkil
edir..Bütün filial işçiləridə orda olacaq.Bizdə dəvətliyik.Amma Cahangir
qoymur..Sən danışsan onunla bizidə aparar Səbinə ilə..Gülər xanım
əlində tikdiyi paltarı kənara qoyub birinci Nəzrinə sonra Zümrüdə
baxır...

-Cahangir qoymursa nə məcburiyyətdiki gedirsiz?..Zümrüd ondan əvvəl
dillənir-mama qızlar həvəslənib gedib paltarda alıblar sabaha...Nə
olacaqki gedəndə?Cavan qızdılar gedib əylənsinlər.Həm ordakı qızlardan
nələri əksikdiki bizim qızların?...

-ay Zümrüd səndə buna arxa çıxma.Cahangir qoymursa mən deyəndə
qoyacaqki?..Zümrüd gəlib onun yanında oturur,yanağından öpüb-sən istəsən
o qızlar sabah orda hamıdan gözəl olaraq olacaqlar..Mama qızların
ürəyini qırma,bu gün sabah ərə gedəndən sonra onları kim qoyacaq elə
yerlərə?..Gülər xanım qızlarına baxıb ayağa qalxır...Onlara heçnə
demədən otaqdan çıxır..Cahangirin yanına gedir..Həmişəki kimi komputer
qarşısında işi ilə məşğul idi oğlu..

-Cahangir az otur onun qabağında..İşdə az oturursan axı ...Gəlib onunla üzbəüz yatağında oturur..

-Mama işlər çoxdu bu aralar.Həmdə sabah şənliyə görə işləri səhmana salıb rahat getmək istəyirəm...

-Oğlum qızlarda getmək istəyir..Amma sən razı deyilmişsən..Onlarıda apar,eyinləri açılsın....

Cahangir stolunda arxaya söykənib anasına baxır...

-bilirdimki səndən kömək istəyəcəklər....Mən orda onlara nəzarət edəcəm
yoxsa müdürlərlə söhbətdə olacam..Sakit tonu ilə danışıb duruşunu belə
pozmurdu..

-Ay oğlum bacını da Səbinənidə tanıyırsan..Sən öz
söhbətində,tanışlıqlarında olarsan onlarda öz ətraflarının əhatəsində
olarlar...

-Mama yox dedim.Getməsələrdə olar...

-Ay oğlum qoy səninlə getsinlər.Nəzrində Səbinədə geyimlər alıblar
sabaha.Qızlar hazırlaşıblar..Arzularını ürəklərində qoyma..Birdə nə vaxt
belə yerə gedəcəklərki?...Ürəyindən olmasa da mamasının sözünü yerə
salmayaraq daha etiraz etməyib razılaşır..Nəzrinin qapının ardından
onların danışığını dinləməyə çalışmasına Zümrüd gülürdü..Gülər xanım
otaqdan çıxıb onları qapının ağzında görür-hazırlaşın sabah aparır sizi
Cahangir...Nəzrin sevincindən qışqıraraq mamasını
qucaqlayır-uraaaa...mamaların birdənəsi...

**********************************

Səhər oyanan kimi qızlar zəngləşib salona gedirlər..2 saatdan çox
özlərinə bəzək düzək verməklə məşğul olarkən zamanın necə keçib
getdiyini hiss eləmirdilər..Salondan çıxarkən artıq günorta idi...Nəzrin
saatına baxır-hiii gecikəcəyik Səbiş tez ol..tezz...

-nə qədər vaxtımız varki?

-yarımsaatımız qalıb..biz evə gedib çıxana kimi,üzərimizi dəyişənə kimi
gecikəcəyik..Cahangirdə aparmayacaq!-narahatlıqla ona baxırdı ki
yanlarında dayanan maşını görüb sevinirlər..Rəsul maşının pəncərəsini
açıb-bilirdik ki bu qədər gecikəcəksiniz..tez olun əyləşin!

-xilaskarımız gəldi Nəziş-deyib ona göz vurur.Nəzrində gülümsəyib maşına otururlar tez...

-Qaqaş səni Allah göndərdi,az vaxtımız var bizi evə çatdır geyinib çıxaq....

Maşının ön güzgüsündən Nəzrinə heyran baxışlarla baxıb gülür

-Allahın istəyi ilə Cahangir göndərdi məni...Çöldə idim,zəng elədi ki bizimkilər gecikir onları gətir lap gecikmədən....

-deməli hirslidi bizə Cahangir-dodağını dişləyib pəncərədən baxır..

-Nəziş fikir vermə...Rəsulun güzgüdən onlara baxdığını görür-səndə yola bax..Tez çatdır evə bizi....

-baş üstünə cücə xanım..sizə görə Cahangir qan salmasa yaxşıdı..Onun
sözünə narahat olan Nəzrin qabaq oturacaqdan yapışıb önə gəlir-Necə
yəni??

Rəsul sözünün ardını gətirməyib gülür

-ay Nəzrin sən ona fikir vermə..Gözəl görünəndə qan tökmək bizimkilərdə var ancaq..

***************************************

Qızlar evlərinə gedib hazırlaşmağa başlayırlar..Nəzrinin zənginə
ayaqqabısını geyinirdi ki maması gəlir-tez ol biraz.Cahangir aşağıda
gözləyir..

-yaxşıda mama,tələsdirmə onsuzda əlim ayağıma dolanıb..Geyinən kimi
güzgüdə sonuncu dəfə özünə baxıb qapıdan çıxır..Blokun qarşısında onları
görüb gülümsəyərək yanlarına gedir

-Şükür evdən çıxa bildin-Nəzrin danışa danışa maşına əyləşir..Cahangir
onları süzüb başını bulayaraq sükan arxasına keçir..Ön güzgüdən oğrun
baxışlar ilə gizlicə Səbinəya baxırdı.Qızlar həyəcandan əllərini
sıxırdılar.Gedəcəkləri yer çox maraqlı idi onlara..Əsasda görəcəkləri
mühit,insanlar...Gəlib çatırlar restorana..Cahangir maşını saxlayıb
üzərini səliqəyə salıb enir.Qızlar da son dəfə maşının pəncərəsində
özlərinə baxırdılar ki Cahangirin səsinə ardınca gedirlər
-Gəlin..pıçıltı ilə-baş bəladılar!

Restoranın qarşısına çatanda dərindən nəfəs alır qızlar.İlk olaraq
Cahangir ondan sonra isə Səbinə ilə Nəzrin girir..Ağ qara,dizdən
gödək,bədənə tam oturan donu,uzun düz saçlar ilə,gözü valeh
edirdi..Nəzrin isə çəhrayı,ətəyi havalı,saçları çiynindən biraz uzun
olsada burdurmuşdu..İkisidə gözəl görünüşlərində heç də digər
qadınlardan geri qalmırdı..Nəzrin ona biraz yaxınlaşıb

-Səbiş????bax gör necə gözəl qızlar var..

-Bizdə heç pis deyilik..Başını dik tutaraq Cahangirin ardınca
addımlayaraq masaya yaxınlaşırlar..Səlimə onları görən kimi daha doğrusu
Cahangiri görən kimi ayağa qalxır..İlk gündən Səbinə ilə ulduzları
barışmamışdı.Digər qadınları necə yolundan götürməyi bilirdi Səlimə amma
onu başa düşə bilmirdi.Bəlkə də Səbinənin qara gözləri,qarabuğdayı
dərisi onu şərq gözəllərinə bənzətdiyinə görə kənardan sirli
görünürdü.Hər zaman üzündə gülüşü eksik olmayan bir qızdan
çəkinirdi..Həm də Cahangirə yaxın idi Səbinə..Nə etsə aranı soyuda
bilməzdi Səlimə..

-Xoş gəldiniz...Gülümsəyərək qızları süzür..Cahangir başı ilə salamını verib yerinə əyləşir.

-Xoş gördük hamınızı-deyib Nəzrin qızların yanında oturur...Cahangirin
yanında kişilər oturduğundan qızlarda onunla üzbəüz otururlar..Dəyirmi
masada kollektivin bir hissəsi oturmuşdu.Restoran böyük olduğundan
gələnlərdə az deyildi..Kimisi oturduğu yerdə bir biri ilə söhbət
edir,kimisidə ətrafına baxırdı..Qızlar hələki susurdular.Ətrafa tamaşa
edirdlər.Bu vaxt bir nəfər Cahangirin qulağına nəsə deyir.O,da ayağa
durub gedir..Səbinə onun hara getdiyinə baxırdı ki Nəzrin onu
səsləyir-Səlimə geyimini neçəyə alıbdı səncə?Səbinə bilməyərək
çiyinlərini çəkir...

-250 manata alıb..Ürəyim gəlməzdi mənim o pulu bir paltara verməyə..

-yolka ağacıdıda,elə belə demirəmki....Qızlar öz aralarında deyib
gülərək vaxtlarını keçirirdilər.Cahangir hələdə masaya
qayıtmamışdı...Bankın digər filiallarının rəhbərləri ilə birgə söhbət
edirdi..Açılışı Baş rəhbər edir..onun adını eşitsələrdə
görməmişdilər...Mikrofonu əlinə alıb diktolar kimi intelektli danışığı
ilə bir çox qızların heyrətinə səbəb olur..30-olsa da yaşını az
göstərirdi.Heç kim deyə bilməzdi ki bu adamın 25 yaşı
yoxdu..Alicənab görünüşü ilə bu məhşur,hamını özünə heyran qoyan-Nail
bəy idi..O,gəncliyindən öz savadı ilə bu yerlərə gəlib çıxmışdı..Həm öz
savadı həmdə atasının dəstəyi ilə..Həmişə xaricdə olurdu.Bakıyada az az
gəlirdi..İndi də atasının sözünü yerə salmamaq üçün gəlmişdi..Nitqini
söylədikdən sonra Cahangirgilin yanına gedir.Söhbətlərinə qaldığı yerdən
davam edirlər..Səbinəətrafa baxmaqdan bezib onlara baxırdı ki
Cahangirlə baxışları birləşir. Fikrə gedib düşünərkən gözlərini ondan
çəkmədiyindən xəbəridə yox idi..Özünə gəlib tez baxışlarını qaçırır.Onun
halına dodaq ucu gülümsəyir Cahangir..Nailin gözündən qaçmır bu..Əsasda
Cahangirin baxışları....



Müəllif: MiLady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!