Əvəzolunmaz (9-cu bölüm)

Əvəzolunmaz (9-cu bölüm)
Bölümlü Hekayələr
10.09.2017 50
Daha doğrusu onun baxışlarını...Elə insanlar vardır ki onlar gözləri ilə
danışarlar..Baxanda ilk olaraq o gözlər insanı çəkir özünə..Cahangirdə
elə insanlardan idi..Qızlar onun yanına gələrək birgə içəri
keçirlər..Səbinə başını qaldırıb ona tərəf belə baxmır..Şənlik öz axarı
ilə davam edirdi..



-Hara belə baxırsan?Onun baxdığı səmtə baxaraq-Yenə kimə gözün düşüb..

-Onları görürsən Kərim?Bax o oğlana- əlini uzadaraq Cahangiri
göstərir…Sonra Səbinəni göstərərək-o qızı sevir ,amma etiraf edə
bilmir..O qədər dərindi ki sevgisi özündən qorxur onu incidər deyə…

-Nail bunları necə bilirsən hər dəfə?Onlara baxaraq iki dost danışırlar.

-Sənin Ülkəri sevdiyini necə bilirdim bunuda elə-gülür..Balacalar necədi Kərim?-sevinclə,üzündə gülüş ilə onları soruşur..

-Şükür yaxşıdılar..Sənin gələcəyini bilib aləmi qatıblar bir birinə..Eh
heç onları soruşma..Qədəhi başına çəkib gülür-evdə sənin üçün 3 qadın
süfrə hazırlayır..

-Xoşbəxtsən Kərim?O Nailin universitet vaxtından dostu idi.Qismət elə
gətirmişdi ki əsgərliklərinidə birgə çəkmişdilər..Nail ona nə qədər
onunla birgə işləməyi təklif etsədə Kərim öz peşəsindən
ayrılmırdı.O,mühəndis idi..Gözəl ailəsi,şirinmi şirin balaca 2 qızı var
idi..Nailə baxanda o sevdiyi qadını tapmışdı.

-Səncə hiss olunmur xoşbəxtliyim?Yaş ötür Nail vaxtında tərpən..Yoxsa gecikəcəksən…Əlini onun çiyninə qoyur.

-Hələ ki mənim qarşıma Ülkər kimi biri çıxmayıb ona görədə subay gəzirəm.Göz vurub boş qədəhini yenisi ilə əvəzləyir

-Ey az iç,bizə gedəcəyik..Bura gələndən 2dəfə zəng edib ki ata əmimidə gətir..

-narahat olma,mən dəmir kimiyəm gec təsir edir mənə bu...Məndə
darıxmışam o cırtdan üçün..Hələdə yadımdan çıxmır sənin o qızın məni
qələm ilə nə hala qoymuşdu…Əlindən çıxa bilmirdim o dəqiqə dodaqını
büzürdü…

-ee boş yerə deyilməyibki körpələrdi evin böyükləri..İkisidə gülürlər.



Cahangir artıq qalmağın bir mənası olmadığını görüb getmək üçün ayağa
qalxır..Nəzrinə onları çöldə gözlədiyini deyib çıxır məkandan..Qapıda
dayanmışdı ki yanında Naili görür..

-al-siqaret qutusunu ona uzadıb təklif edir..

-çox sağolun çəkmirəm….

-düzgün edirsən…Birini dodağına qoyub alışqanı ilə yandırır..Ondan bir qullab alıb tüstüsünü havaya üfürür.-Nə dedi sənə?

-hardan bilirsinizki ona etiraf eləmişəm..

-Orasıda mənə qalsın..Dalğın gözləri ilə gülümsəyir..Ondan uzaq gəzib
səndən qaçmasına icazə verəcək qədər axmaq deyilsən bilirəm….Əlindəkini
yanında olan zibil qutusuna atıb içəri keçir.Onun sözlərinə biraz acığı
tutur Cahangirin.O,gedəndə qızlar çıxırlar..Nail onlara ötəri nəzər
salıb başı ilə salam verib gedir...Qapıdan çıxıb Cahangirlə bərabər
maşına doğru gedirlər..Səbinənin sabah Aslana verdiyi söz yadına
düşür.Nəzrinin qoluna girib-Sabah yağış yağmasa ola bilsin Aslanla
futbol oynayacağıq..Sən gələcəksən?..Maşına çatan kimi cəld qapını
açaraq özünü içəri atır.Dekabr ayı olduğundan havalarda sərt idi...

- uşaq-başını yelləyərək Cahangir maşını işə salır.Səbinə qaşlarını çatıb biraz önə gələrək güzgüdən ona baxır..

-şükür Allaha elədə qoca deyiləm,bəziləri kimi….Arxaya rahatlanıb çantasından telefonunu çıxarır.

-o bəziləri mən oluram diyəsən…hmmm..Demək qocaymışam…

-bizdə yaşı 27-ni keçib evlənməyən oğlanlara qoca deyilir..Gülərək
ovsunlayan o qara gözləri ilə ona baxır..Cahangir başını yelləyib gülür…

-Hey söhbəti hardan hara gətirdiniz…

-bu gün qardaşında bir hal var Nəziş..Təqvimə yazaq bu günü.Cahangir bizimlə söhbət edib gülür…

-sussam bir dərt danışsam bir dərt..Bayaq danışmadığıma görə
gileylənirdin.indidə susmadığıma..Bəlkə bir qərar verəsən..Cahangirin
sözlərinə özünü itirir..Nəzrin onlara baxıb gülür..

-Gülmə Nəziş.güzgüyə baxıb-Sənin susmağın danışmağından yaxşıdır!..sözünü deyib Nəzrinə hədələyici baxışlar atıb susur..

Binanı önünə çatıb düşürlər maşından.Qış oldugundan hava tez
qaralırdı..Onlar gələndə artıq qaralmışdı hava..Maşından düşərək
sağollaşıb evlərinə qalxır Səbinə..Cahangir onun arxasınca baxsa da
Nəzrinə bildirməməyə çalışırdı…



Səbinə evə girən kimi yenə ilk işi olaraq mətbəxə keçib qazanı açaraq
ətrini içinə çəkir.Bunula kifayətlənə bilməyib bir qaşıq götürərək
dadına baxır..

-ac saxlayıblar sizi orda,nə cummusan yeməyə?Rəsul onu görüb yanına gəlir..

- restoranın yeməyi nə olacaqdı ki,,ev yeməyinə çatmır..Hələ mamuşkamın
yeməklərinə heç çatmır…Yeməkdən bir qaşıq daha alıb yeyir.Rəsul sözlü
adamlar kimi gözlərini qaçırırdı..Dodağınıın altında nə isə təkrarlayıb
dillənir

-Səbinə Nəzrinin sevdiyi var?

-yox..Vecsiz yeməyi yeyirdi ki qırmızı işiq yanır beynində..Qaşığı yerə qoyub gözlərini bərəldərək Rəsula baxır

-yoxsa səən?? 

-mən heç nə soruşmadım fərz elə..Deyib mətbəxdən çıxır..Səbinədə onun ardınca gedir..

-düzünü de Rəsul,onu sevirsən?Onun qarşısını kəsib əllərini qoynunda çarpazlayır..

-sən o gözəl ağlını belə işlərə görə yorma..get üstünü dəyiş.Onu
başından etməyə çalışırdı..Axı nə deyəcəkdiki?Hə
sevirəm?Sevmirdi..Bəyənirdi..Bu vaxta kimi ona diqqət yetirməmişdi.İndi
isə ona nə olduğunu başa düşə bilmirdi.Ağlı qarışmışdı..Bir qız kimi
xoşuna gəlirdi Rəsulun.Amma sevirdimi?bax o sual altında idi onun üçün..

Səbinə ondan bir söz ala bilməyəcəyini bildiyindən biclik işlədir-yaxşı
yaxşı bir söz demirəm..Nəzişin sevdiyi olmasa da əminəmki bu gün Nail
bəylə etdiyi rəqsdən sonra olar yəqin...

-Necə yəni!Nail bəy kimdi?qaşlarını düyünləyir

-getdim üzərimi dəyişməyə.Göz vurub otağına gedir...Oxu atıb yayı
gizlətmək məsəli edir Səbinə..Arxadan onun dediklərinə gülümsəyərək
otağına keçir..Üzündəki gülüş ilə pəncərənin yanındakı böyük güzgünün
önündə dayanıb özünə baxır.Heçdə pis deyilmişəm..Best model Səbinə..boy
məndə,fiqura məndə,göz məndə qaş məndə...Fəxrlə danışıb əli ilə sağ
çiyni üzərinə tökülən saçlarını arxaya edərək təbəssümlə güzgüdə özünə
baxır..Yadına nə düşürsə bikefləşir,yatağında oturub-hə nə olsun Səbinə
gözəlsən,qaş səndə.göz səndə?bir sevdiyində yoxdu!-deyib qaşqabağını
sallayır..Sonra üzərini dəyişərək,penjamalarını geyinib yatağına
yatır...Bu gün ki qonaqlığı düşünməyə başlayır..Rəşadın hər dəfə onun
ətrafında olmağı ondan xoşu gəldiyini göstərirdi..Səbinəyə görə heç də
pis oğlan deyildi..Bir çox qızların xəyalı olacaq oğlan idi Rəşad
yaraşığına görə...Onu düşünərkən Cahangir ilə rəqsi gəlir ağlına..onun
sözlərini çox düşünməyib sevgiyə yozmur..Ona görə Cahangir sakit,ağır
başlı biri idi..Bəyəndiyi qızda yəqin ki sakit,çox danışmayan biri
olardı..Bunların heç biridə Səbinədə yox idi..Onunla rəqsini çox
düşünməyib şirin yuxusuna gedir.



-Cahangir necə keçdi qonaqlıq?Zümrüd əlindəki çayı onun masasına qoyub stula əyləşir..

-adi bir qonaqlıq idi.....

-qızlar nə edirdilər?Səbinə gözəl görünürdü....

-Hmm........Komputerdən başını qaldırmadan onun suallarına cavab verirdi Cahangir.

-Minirə xala dünən mamaya deyibmiş ki bacısı Səbinəni Amerika da olan
oğluna almaq istəyirmiş....Zümrüd bilirdi qardaşının onu sevdiyini..

-niyə onu sevdiyini demirsən?Cahangir təmkinlə komputeri bağlayıb ona baxsa da qısqanclıq onu boğurdu.

-mənə elə baxma Cahangir..Gecikmədən etiraf elə..Qoyma bir başqasına
qismət olsun..Bəzən deyirik ki qismətimizdə nə varsa onu
yaşayacayıq.Amma bu qismət bizə yollar göstərir,biz seçib bir yolla
irəliləyib həyatımızı,qismətimizi yaşayırıq..Səndə qismətini özün
seç..Addımlayacağın yolda tək olma...Cahangirin susduğunu görüb otaqdan
çıxır.

Cahangir yerinə uzanıb gözünü tavana dikir..Səbinənin gözlərini xəyalına
gətirir..Onun danışığını.gülüşünü xatırlayanda üzündə şirin təbəssüm
yaranır..Bu gün ona hərə bir söz deyirdi..Zümrüddə Nail kimi onunla
danışırdı..Ondan yaşca kiçik olsa da bacısı,düşüncələri böyük
idi...Minirə xalanın dediklərini xatırlayır-Sən ancaq mənim
qismətimsən!...



Səbinə budilnikin səsinə oyanıb idman paltarlarını geyinərək pəncərədən
baxır...Uşaqların yavaş yavaş yığışdığını görür...O,da tez Nəzrin ilə
zəngləşib danışır..Çayını içib həyətə düşür..Blokda Aslanı görüb
sevinir,onun boynunu qucaqlayaraq Nəzrini gözləyirlər...O,gələndən sonra
birlikdə meydançaya gedirlər..Meydança evlərinə yaxın idi..Ora çatanda
yığışan uşaqlara yaxınlaşıb onların yanında gördüklərinə təəccüblənir
qızlar.



Müəllif: MiLady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!