Əvəzolunmaz (10-cu bölüm)

Əvəzolunmaz (10-cu bölüm)
Bölümlü Hekayələr
10.09.2017 10
Rəsul ilə Cahangir uşaqları başlarına toplamışdılar..Rəsul həvəslə
onlara necə futbol oynadıqlarını,necə oynamağın lazım olduğunu izah
edirdi..Cahangirdə onun həvəsinə,danışmağına baxıb gülürdü..Qış ayı olsa
da,hava soyuq olsa da günəş çıxmışdı..Onlarsəhər vaxtları oynamağı
sevirdilər...Qızlar onlara təəccüblə baxırlar..

-bizə deyirdiniz qocasınız,indi görək qocalar qazanır futbolu yoxsa
uşaqlar-göz vurub topu götürərək meydanın ortasına gedir
Cahangir.Uşaqlarda onun yanına qaçırlar..Səbinə ağzını açıb bir söz deyə
bilmir..

-cücə bizə qoca demisiniz siz?Əllərini qoynunda çarpazlayıb onlara baxır...Üçü tək kənardan uşaqlara baxırlar..

-bəli,qocasınız..Sizin yaşıdlarınızın dizim boyda uşaqları var... deyib Səbinə kepkasını tərs qoyaraq Cahangirin yanına gedir..

-mənə elə baxma..Rəsulun baxışlarından qaçıb Nəzrində onların yanına
gedir...İki komandaya bölünürlər,Rəsul və Cahangir bir
komanda..Səbinə və Nəzrin digər komanda olur..Uşaqlarıda paylaşıb
bərabərləşərək oyuna başlayırlar..Səbinə qapıya Aslanı
qoyur..Cahangir isə Əlini....Nəzrin üst hissəsi quru altı isə yaş olan
daş götürüb-biz quru siz isə yaş hissəsiniz..Atıram havaya yerə düşəndə
hansı hissə yuxarıda qalsa oyuna ilk o komanda başlayır.

-daş lazım deyil,qızlara hörmət olaraq birinci siz başlayın..-Rəsul jest edənlər kimi fərəhlə deyir..

-Çox sağolun hörmətinizə görə amma qəbul etmirik-deyib daşı havaya
atır...Torpağa düşəndə üstdə qalan hissə quru olur..Qızlar sevinərək
qışqırıb-uraa biz başlayırıq oyuna-deyib bir birini qucaqlayır..

-biz onsuzda siz başlayın demişdik..

-biz isə qəbul etmirik demişdik-Nəzrin gözlərini süzüb meydanın ortasına
gedib yerini alır..Və oyun başlayır.Top ilk Səbinədə olur ötürə ötürə
digər qapıya çatmaq istəyəndə Cahangir bir həmlə ilə topu ondan alıb
Rəsula ötürür..Səbinə ona acıqla baxıb yanına qaçır topu almaq
üçün..Nəzrində qapıya yaxın dayanıb topun qapıdan keçməməsi üçün
çalışırdı..Cahangir qapıya topu atmaq istəyəndə Səbinə ondan almağa
çalışır..Baxışları toqquşanda Cahangir onun gözlərində itir.Bir saniyə
dayanmağı ilə Səbinə topu ondan alır..Uşaqlar buna heyfslənir..Cahangir
bu hərəkətinə görə əsəbləşib dodağının altında deyinərək başını sağa
sola yelləyir..Səbinə topu ötürərək onların qapısına qolu vurmağı
bacarır..Uşaqlar sevinərək hamısı onu qucaqlayır.Səbinə ona göz vurub
oki var gülür..Təbii ki Rəsulgilin komandası pis olur..Oyun öz axarı ilə
getməyə davam edir..Top Cahangirdə idi.Bu dəfə uduzmaq niyyəti yox
idi..İlk əvvəl Nəzrinlə üzləşərək topu onlara vermir..Səbinə onun önünü
kəsib topu almaq istəyəndə alınmır..Cahangir başını qaldırıb onun
gözlərinə baxmır..Bilirdi ki baxsa idi uduzacaqdı..Və qolu vurur....Onun
qrupunun uşaqları sevinərək qışqır bağır salıb tullanıb
düşürlər..Səbinə hirsindən dodağını çeynəyərək onlara baxırdı.. 1
saatdan çox oynayırlar..Oyun Cahangirin komandasının qazanması ilə başa
çatır..Səbinə dodağını sallayıb oturacağa oturur..Rəsulgil isə uşaqların
sevinməyinə daha da sevinirdilər.

Nəzrin onun halına gülür-kefini pozma bir oyunduda..

Səbinə susub qardaşıgilə baxırdı..Cahangir onun pis olmasını ürəyi
dözmür..Bu bir oyun idi nə olsun?Səbinə ki buna görə pis olacaq qədər
uşaq qəlbli idi..Onun yanına gəlib-mısmırığını nə sallamısan,bir oyuna
görə kefsiz olmağa dəyməz..Deməli elə də qoca deyilmişik-deyib yanında
oturur..

-........küskün uşaqlar kimi susurdu..Rəsul da onun digər yanında oturub yanağından çimdik alaraq boynunu qucaqlayır.

-yaxşı küsmə..Bu gün Nəzrinlə səni kinoya aparacayıq..Ordan sonra haranı desəniz gəzdirəcəyik sizə..

-yalan demirsinizki?keçən dəfə də belə dedin amma aparmadınız ..Səbinə sevincdən parlayan gözləri ilə qardaşına baxır.

-narahat olma bu dəfə gedirik.onsuz mənimdə istirahət günüm
azalıb...Cahangirə baxıb göz vurur..Səbinədə bunu görür-niyə ona göz
vurdun?deməli aparmayacaqsınız....

-,Dediksə gedirik, gedəcəyik vəssalam...Çox qalmayaq
burda,tərləmişik..Xəstələnməyək..Durun getdik!..Cahangir yerindən durub
Nəzrinin boynunu qucaqlayaraq getməyə başlayır..



Bəzən sevgimizi etiraf etməyə qorxuruq..Qarşı tərəfin qəbul
etməyəcəyindən çəkinirik.Gələcəyimizi bilmədən xəyallar qururuq..Halbuki
həyat bizi hardan haraya gətirib çıxarır.Gərək hər şeyi zamanında
etiraf edəsiniz yoxsa əlinizdən itib gedər qazanmaq
istədikləriniz.Cahangirdə itirmək istəmirdi onu..Nə olur olsun sevgisini
göstərəcəkdi Səbinəyə..Bu neçə ildə söyləyə,edə bilmədiklərini
edəcəkdi..Ağ futbolkasının üzərinə zamuş qəhvəyi pencəyini geyinib
düşüncəli halda otağından çıxır..Nəzrini səsləyərək ayaqqabısını
geyinməyə başlayır..Nəzrində qara,geniş şalvar,qırmızı gödək bluz
geyinmişdi,Saçlarını açıq qoyaraq paltosunu geyinib Cahangirlə bərabər
evdən çıxırlar.Həyətdə görüşüb şəhərin mərkəzindəki
kinoteatrlardan birinə gedirlər...Səbinə cins şalvar,ağ köynək üzərinədə
göy rəngdə gödəkcə geyinmişdi..Geyiminə uyğun kent və saçlarını at
quyruğu kimi yığmışdı..Komedi filmlərdən birini seçib,biletlərini alaraq
zala keçirlər.Qızları ortada ,özləridə onların yanında
otururlar..Filmin başlamasına hələ 10 dəqiqə vardı..Səbinə qardaşının
qulağına pıçıltı ilə-Evdə danışdığımız kimi.Bilmirəm nə edəcəksən amma
tez et-deyib yerindən qalxır..Rəsul həyəcandan əllərini bir birinə sıxıb
oturmuşdu..Dünəndən çox düşünmüşdü bu məsələni..Getdikcə daha çox
anlayırdı ona vurulduğunu..

- su almadıq..Mən gedim alım.Başqa istəyən var?.unutmuş kimi edib ayağa qalxaraq onlara baxır..

-mən istəmirəm-deyib Nəzrin ona baxır..

-Siz oturun mən gəlirəm...Belə desədə bilirdi ki Cahangir gələcəkdi
onunla..Çünki heç vaxt nə Rəsul nə də Cahangir onların yanında olanda
tək buraxmazdılar.Cahangir Rəsulun tərpənmədiyini görüb Səbinənin
ardıyca zaldan çıxır...

Rəsulun bəxtindən zalda adamlar az deyildi..Burda çalışan bir işçini
razı salıb surpriz hazırlamışdı Nəzrin üçün..Əgər indi nə isə etməsəydi
sonra çətin bir şey edə bilərdi deyə düşünürdü..Sağolsun Səbinə bu işdə
ona kömək edəcəyini demişdi..Evdə ondan Cahangiri 10 dəqiqəlik zaldan
çıxarmağını xahiş eləmişdi..Amma nə edəcəyini deməmişdi Səbinəyə..

Nəzrin zala,zalda oturanlara baxırdı ki telefonuna mesaj
gəlir..”Bilmirəm necə reaksiya verəcəksən..Ekrana bax”...Rəsul işçi
oğlana başı ilə işarə edib başlamağını bildirir..Bu zaman zalda işıqlar
sönür,hər kəs filmin başladığını düşünüb ekrana baxırdılar ki..Ekranda
böyük hərflər ilə "””NƏZRİN MƏNİM İLƏ EVLƏNƏRSƏN?”””yazısını görüb bir
birlərinə baxıb danışmağa başlayırlar....Nəzrin təəccüblə ekrandakı
yazıları dönə-dönə oxuyurdu...Rəsul aradakı boş yerə keçib onunla yanaşı
oturur.Üzünü ona dönüb həyəcanla.-Nəzrin mənim ilə
evlənərsən?Vurulmuşam sənə nə gizlədim..Bacarmıram bacarmıram..Mahnıda
deyildiyi kimi –deyib gülümsəyir....Nəzrin key kimi bir ona,birdə ekrana
baxırdı..Sanki inanmırdı bu etirafın ona olduğuna.Rəsulda bunu başa
düşüb-hə bu etiraf sənin üçündür..

-məə...məəən nə deyim bilmirəm..Heç gözləmirdim..

-bilirəm,kimdən gözləsəndə məndən gözləmirdin bunu yəqin-gülüb gözlərini
ondan çəkmirdi..Zalda oturanlar bəziləri onlara heyranlıqla,bəziləri
isə həsrətlə baxırdı..

-məni tanımağa nə deyirsən?..Nəzrin utandığın bir söz deyə bilmirdi..Heç
vaxt gözləmirdi Rəsuldan belə bir şey özü üçün...Bu zaman film
başlayır..Hamının fikri ora yönəlir.



Səbinə zaldan çıxanda Cahangiri yanında görüb ona gülümsəyir..Bufetə
yaxınlaşıb su alır..Cahangirdə kənarda durub onu gözləyirdi..Ətrafda tək
tük insanlar var idi..Masaların birində oturan iki oğlannin Səbinəyə
baxdığını görüb ilk əvvəl fikir vermir.İnsan insana baxar deyə
düşünür..Təkrar onlara baxanda gözlərini Səbinədən çəkmədiyini görüb
gərginləşir..Onun yanına gedir-sənin bir su almağın nə uzun oldu!

Səbinə onun gərgin olmasına fikir verməyib-su qalmayıb burda,xala dedi
gözlə içəridən gətirirəm.Onun heç nə deməyib sol tərəfdə oturan
oğlanlara baxmasından hər şeyi başa düşür....

-insan insana baxar,əsəbləşməyə dəyməz..

-gəl gedək içəri,sonra alarsan!...Əsəb ilə ona baxır..Səbinə onun halına ürəyində gülürdü..

-mən indi alacam..Gedirsən sən get içəri..Həm baxmaqla bir şey olmur.
Narahat olma sən-deyib dodaqlarını qaçırır.Gülməyini göstərməmək üçün
güclə saxlayır özünü..Getdikcə xoşuna gəlirdi onu
hirsləndirmək..Cahangir üzünü ona dönüb əllərini şalvarının cibinə
salır-sən deyəsən dünən yaxşı başa düşə bilməmisən dediklərimi!

-niyə?çox yaxşı başa düşmüşəm..Məni çox istədiyini demişdin..Burda nə
varki...Suyu alıb pulunu verib gedərkən ayağı boşluğa düşüb
burxulur-aaayy..Cahangir onun arxası ilə getdiyindən tutub yaxındakı
oturacağa oturdur..

-aaa..ağrıdır..Ayaq biləyini ovxalayaraq mızldanır.

-düz yerdə də yeriyə bilmirsən!Qorxma birazdan keçəcək ağrısı.Sadəcə boşluğa düşdü ayağın..Onun yanında oturur..

-axı ağrıyır.ayağını ovxalayaraq ona baxır..Gözləri dolduğu
bilinirdi..Cahangir onun halına gülümsəsə də ürəyi dözmür..-dayan mən
baxım-Yerindən qalxıb onun qarşısında aşağı oturaraq ayaq biləyinə
toxunur-ağrıyır indidə?

-orası yox....Utanaraq ona baxırdı.ətrafdakıların diqqət mərkəzində olduğunu görüb lap utanır.

-bəs bura?əli ilə burxulan ayağını ovxalayır Səbinənin..

-keçdi,keçdi..yoxdu ağrı-deyib Cahangirin ayağa qalxmasını
istəyirdi.Utanırdı bu vəziyyətdən..Cahangirdə bunu görürdü..Onu lap çox
utandırmayıb ayağa qalxır..Bayaq sözü yarım qalmışdı.Ağzını açmaq
istəyirdi ki Səbinə yerindən qalxıb zala doğru gedir...Qapıya
yaxınlaşanda Cahangirin gəlmədiyini görüb geri dönür-gəlmirsən?..Bir söz
deyə bilməyəcəyini anlayıb onun yanına gedir Cahangir.

Sakitcə gəlib yerlərində oturmaq istəyəndə Rəsul yerini dəyişib
Cahangirin yerində oturmuşdu deyə o da məcbur Rəsulun yerində
oturur..Nəzrin ilə Rəsulun gülüşündən hər şeyin yaxşı olduğunu başa
düşür Səbinə..Etirafından sonra filmə baxarkən Rəsul sözləri ilə
Nəzrinin üzünü güldürməyi bacarmışdı ...1saat sonra...

Film bitmişdi.Qızlar qol qola girib onlardan əvvəl çıxırlar zaldan..

-heç bu qədər gülməmişdim..Səbinə fraqmentləri xatırlayıb yenidən gülürdü..

-hə məndə....ha..ha..ha

-indi hara getmək istəyirsiniz?-deyib Rəsul onların yanına gəlir..

-mən acmışam..Burnuma mamanın dolmasının ətri gəlir lap..Hansı restorana gedirik?..

-Cahangir hanı bəs?Nəzrin narahatlıqla soruşur..

-içəridə bir tanışı ilə rastlaşdı.Onunla söhbət edirdi..Demişdi ki
Cahangir içəridən iki xanım ilə çıxır...Onlarla sağollaşıb Rəsulgilin
yanına gəlir..

-hara aparırsınız yemək yeməyə bizi?Bax Səbişi zorla saxlayıram ki məni yeməsin-deyib hamını güldürür bir Səbinədən başqa.

-mən səni yeyə bilmək üçün gərək div olam Nəzrin xanım..Gözlərini süzüb küsür.

-ay,ay mənim qara qızım küsdü...heç küsdürərəm səni.Onu qucaqlayıb,öpür...

-Səbinənin yemək sevdasını bilməyən yoxdu..Cahangir onu cırnatmağaq
istəyir amma alınmır..Səbinə ona ötəri baxıb saymayaraq Rəsula
baxır-bəlkə gedək?

-gedəkdə nə deyirəmki..Sizi gözəl bir restorana aparacam..Əminəmki çox
xoşunuza gələcək..-deyib Rəsul qızlar ilə bərabər addımlayaraq
gedir..Səbinənin baxışlarını görüb sevinir Cahangir.. Arxaları ilə gedib
onlara çatır..Səbinənin hələdə baxışlarının dəyişmədiyini görüb
gülümsəyir...Ümidlənməyə başlayırdı..Əgər Səbinə onu qısqanırdısa deməli
qəbul edəcəkdi sevgisini..



Müəllif: MiLady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!