Əvəzolunmaz (12-ci bölüm)

Əvəzolunmaz (12-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 16
Minirə xanım biraz təəccüblənsədə sevinir..Nəzrin onun gözü qabağında
böyümüşdü.Onu Səbinədən ayırmamışdı heç zaman.Necə bir ailənin qızı
olduğunu bilirdi...Bunları düşünərək fikrə getmişdi ki Rəsulun səsinə
fikirlərdən ayrılıb sevinərək onun boynunu qucaqlayır-mama qurban olsun
sənə ay Rəsul..Çox şükür sənə ay Allah,axır bu oğlanıda evləndiririk..

-mama boğduuun..Yediyi çörək boğazında qaldığından öskürərək çayından
içir tez-Evlənmədən əvvəl öldürəcəkdin ..Gülüb çayını içir..

-Allah eləməsin,bəd,bəd az danış.. Atana deyim gedib elçiliyi edək..Xəbəri var Nəzrinin elçi gedəcəyimizdən?

-Var mama,var..Son loxmasınıda ağzına qoyub mətbəxdən çıxır..



Səbinə həyətdə onları gözləməyə başlayır.Elman söhbətindən sonra tək
getmirdilər universitetə..İndi də deyinə-deyinə Cahangiri
gözləyirdi....Biraz keçəndən sonra Nəzrin ilə bərabər düşür
Cahangir..Onlarla salamlaşıb maşına oturur..

-Tərsinədi oğlan qızı gözləməkdən qız oğlanı gözləyir..Ürəyində dediyi
sözlərin mənasına diqqət edib gülür..-hey ..özünə gəl Səbinə,nə qız? Nə
oğlan?...Öz düşündüyünə gülüb,gah acıqlanırdı..Cahangir ona güzgüdən
baxırdı. radionu açır Polad Bülbüloğlu –Gəl ey səhər mahnısını ifa
edirdi..

.O gözlər kimi,hər tərəf qara..Bu yollar səni,aparır hara... 

Yenə bu səhər,Günəş nur yerə eylər... Bir təzə nağıl başlar dünya....

Səbinənin gözlərinə baxıb özünü unudurdu.....Cahangirə görə qızlar rahat
danışa bilmədiklərindən susmuşdular...Nəzrin telefonu ilə
oynayır,Səbinə isə pəncərədən baxırdı..Çalışırdı ki ona tərəf
baxmasın..İstəmirdi yenə utanmaq..Axırı gözləri dözməyib güzgüyə baxanda
Cahangirin onu izlədiyinə qaşlarını çatır..

-Bəlkə deyirəm sən daha işinə rahat gedəsən?Bizə görə gec getmə....

-məni belə düşündüyünü bilmirdim.....Səbinəni əsəbləşdirəcəyini bilirdi bu sözləri ilə..

-biz özümüz getmək istəyirik!..

-...................................Onun cavab vermədiyini görüb Nəzrini
dümsükləyir-Bəlkə səndə bir şey deyəsən başını qaldırıb telefondan...

-Nəzrin tutulub qalır..Tez ona göz ağardıb-nə deyimki Səbiş?

-de ki biz özümüz tək gedə bilərik.

-Mənim üçün fərqi yoxdu vAllah..çiyinlərini çəkib
susur..Səbinədəhirsindən əllərini qoynunda çarpazlayıb geriyə
söykənir.Arada oğrun oğrun Nəzrini süzürdü.Onun telefonda Rəsul ilə
mesajlaşdığını bilirdi..Yolun qalanını sakit gedib çatırlar
universitetə..Maşından enib Nəzrini gözləmədən girişə getməyə
başlayır...

Qardaşı ilə sağollaşıb ardınca qaçaraq ona çatır..

-mənidə gözlə..

-sən get sevgilinlə danış!..Nəzrinə baxmadan gedir..

-Sən niyə hirsləndinki?Onun qarşısına keçib üz üzə dayanırlar-Cahangirə
görə belə edirsənsə mən nə desəmdə qardaşım öz bildiyini edəcək.Mən sənə
küsməliyəm 1-ci xəbərin var!?

-dünən 1 bu gün 2 sən məni unutdun!...

-ha.ha.ha.ha məndə deyirəm nə oldu buna..Tutdu qısqanclıq damarı....

-nədi Rəsul gəldi mən arxa planda qaldım...Guya küsmüş insanlar kimi ona baxmayıb üzünü yana döndərir..

-Sizdə bu qısqanclıq genetikdi deyəsən Səbiş...Bilirsən ki mənim səndən
başqa yaxın rəfiqəm yoxdu,bu mısmırığını kimə sallamısan?Onun baxdığı
səmtə durub məsumluqla baxır

-yaxşı-yaxşı elə baxma bağışlayıram səni..Nəzrini qucaqlayır

-paaaa hələ bağışlamada gör neynirdim..Amma mən səni bağışlamıram..Ondan
ayrılanda qarşısında güllərlə dayanan Rəsulu görür..yerində donub ona
baxa qalır..Səbinə ondan səs çıxmadığını görüb arxasını dönərkən
qarşısında gördüyünə inanmır..

-Rəsul???

Onlara yaxınlaşıb gülü Nəzrinə verir..Utandığından qıpqırmızı olmuşdu
Nəzrin..Söhbət edirdilər ki Səbinə öskürərək varlığını
bildirir-öhö..öhö..məndə varam!qardaş mənimdi,heç mənə belə güllər
almayıb...Onun sözünə gülüb pencəyinin cibindən bir plitka roşen
şokoladını çıxarır –heç səni unudaram ay başımın bəlası-deyib verir..

-şirin bəlası-sevinərək şokoladı alıb açır..-mən sizi tək qoyuram
icazənizlə,heç ürəyinizdəndə deyil tək qalmaq bilirəm,bilirəm...Onlara
gülüb otağına gedir..Şokoladını açıb dişləyəcəkdi ki telefonuna sms
gəlir..-gözlə səni yeyəcəm,..görüm aramıza girən bu ədəbsiz
kimdir...Mesajı oxuyanda üzündə gülüş yaransada biranda
dəyişilir..Acıqlanıb telefonu cibinə atıb şokoladına baxır-səndən vacib
biri deyilmiş..deyib iştahla onu yeyir..



Cahangir otağına girərək paltosunu çıxarıb kreslosunun başına
keçirir..Yerinə əyləşib işinə başlayırdı ki Səlimə qapını döyüb icazə
istəyərək otağa girir.Bu gündə həmişəki kimi gözəl görünürdü...-Cahangir
bəy birazdan sənədlər üçün firmanın üzvləri gələcək..Bunları
yoxlamalısınız-deyib onun yanına gələrək əlində olan kağızları masaya
qoyur..Əyilərkən sinəsinin göründüyünü bilirdi Səlimə və bilərəkdən ona
yaxın dayanıb masaya əyilmişdi...Cahangir onun nə etmək istədiyini
bilsədə fikir verməyib sərt tonda -baxaram,birazdan gəlib
apararsınız!-mədəni üsulda otaqdan qovmuşdu...Səlimə suyu süzülə-süzülə
otaqdan çıxır..Onun belə biganəliyinə dəli olurdu..



Nəzrin söhbətini bitirib dərs otağına gəlir,dalğın halda yerinə oturub
qucağındakı güllərə baxırdı..Səbinə onu fikirli görüb iştahla yediyi
Roşeni masaya qoyur,əlini onun gözləri önündə yelləyərək
səsləyir-Nəziş-səs çıxmadığını görüb çırtma çalır..Nəzrin diksinib özünə
gələrək bir söz demədən ona baxır

-az nə olub ruh görmüş kimi baxırsan?

-məəən?....

-yox mən!

-Rəsul dedi ki Minirə xalada bilir bu məsələni,elçi gələcəklər bizə-donuq baxışlarla bunu deyib susur

-aaaaaa..təbrikləəər Nəzişim..Tezliklə bizim evin qızı olacaqsan,bunlara
bax mənə heç nə deməyiblər..-onu qucaqlayib öpür..Nəzrinin bir reaksiya
vermədiyini görür-bəs sən niyə beləsən,sevinməli deyilsən?

-Birdən Cahangir razı olmasa,məndən əvvəl Zümrüd var..Böyükləri
dura-dura kiçik ərə gedir deməzlər?-narahatlıqla Səbinəyə baxırdı...

-Bizim camaat1 gün danışıb-2ci günü susacaqlar,onlara çox fikir versək
gərək yaşamayaq...O,ki qaldı Cahangirə ...Niyə razı olmasın?avaranın
biri ilə evlənmirsən ki...Həm sən onu sevirsən o, da səni.

-Mən sevirəm deməmişəm!-güllərinə baxaraq danışır

-bəs niyə danışırsınız?Xoşuna gəlir,razısanki danışırsanda..Zamanla
sevərsən narahat olma ..Xatırladım sənə,demişdinki kim mənə belə jest
etsə o insanada gedəcəm..Al sənə bu da jest.Gülüb önünə dönərək
şokoladını yeməyə başlayır

-heç bilmirəm niyə onunla danışıram....Sözünü bitirib Səbinəyə baxanda
hirslənir-boğazında qalsın mənədə saxlayardında o roşendən!

-mən sənə deyirəm güllərindən ver mənə?!həm nə bilim səndə istəyəcəkdin-deyib son parçasını ağzına atır....

-ifritə bilirdin axı şokolada qarşı həssas olduğumu,hələdəfındıqlısına!..deyib küsür.

-Dayan Rəsula yazım birinidə alsın..yoxsa bu sevgilin məni
öldürəcək-..tez mesaj atır..Nəzrin dayandırmaq istəsədə alınmır,artıq
gedən getmişdi..Müəllimin otağa girməsi ilə ikisidə susur...Biraz
keçəndən sonra Nəzrinə mesaj gəlir..Bilirdiki Rəsul olacaqdı
yazan..Oxuyandan sonra utansa da üzündə gülüş yaranır..Heç 2 gün deyildi
ki Rəsul özünü sevdirməyi bacarırdı ona..Hər sözündə,hər
hərəkətində...Sevgidə bu deyilmi,sevdiyin insanı sevginə
inandırmaq?Bəzən deyirlər ki sevginin isbatı,sevgiyə inamı öldürür..Bəs
sevgimizə,sevdiyimizə inanmasaq necə sevə bilərdik?..



-Zümrüüdd???.Bir neçə dəfə səsləyir-..yenə hardadı bu eşitmir məni....Gülər xanım onu çağıraraq evdə var gəl edir.. 

-məni çağırırdın mama?...Saçlarını qurulayaraq gəlib divanda oturur

-Bu Nəzrini görürsən,,...böyüklər qalıb bu hamıdan qabağa düşür..

-başa düşmədim,nə edibki Nəziş?desmala saçlarını büküb mətbəxə keçir.

-Bayaq Minirə zəng eləmişdi..Deyir elçi gəlmək istəyirik Nəzrinə..Dedim
qızın xəbəri yoxdu gərək onunla danışım..Evdə də deyim..O,da qızının
ardınca mətbəxə keçir

-Bizim Minirə xala?Səbinənin maması?.hahaha...Özünə çay süzüb masaya oturur..Qənddandan konfet götürüb çayını içir

-bu qızı görürsən,böyüklərdən əvvələ keçdi!Sənə gələn elçilərdən birinə razı olsaydın indi evli idin..

-..Qismət..Mən hələ təhsilimi davam edəcəm....

-ay qızım oxudun bitirdin bəsindir,gəl daşı ətəyindən tök bu elçilərdən birinə razı ol.

-Mama boş yerə özünü yorma hər dəfə bu qədər..Evlən-mi-rəm!

-tərslikdə kimə oxşamısınız bilmirəm..Gülər xanım acıqlansa da övladlarının bir şirin dilinə,gülüşünə sakitləşən biri idi...

-desənə tezliklə toy olacaq mama.Yerindən qalxıb radionu açır. Oynaq bir
mahnı tapıb oynayaraq mamasını qucaqlayır...-Birdənədi bizim
arvaddan-onu öpür.. Gülər xanım gülərək onu özündən uzaqlaşdırır.

-yaxşı yaxşı əl çək....Zümrüd yenə oynuyaraq qayıdıb yerində oturur...

-Rəsul da pis oğlan deyil...Məncə atam razı olacaq....

-Mən bir söz demirəm Minirəgilin ailəsinə qızım,eksinə gözəl
ailədilər..Amma böyük kiçik yeri var.-deyib digər otağa keçir...Zümrüd
də onları düşünüb gülərək özünə yenidən çay süzür..



Otaqdan çıxırdılar ki Nəzrinin güllər yadına düşür..Onu necə
gizlədəcəyini düşünür..Zibil qutusuna atmaq istəmirdi..Özü ilə də apara
bilməzdi qardaşı görəcəkdi....Dərs vaxtı çox düşünsədə ağlına bir fikir
gəlmirdi...Girişə çatanda dayanıb bir gülə birdə qapıya baxır..Səbinə
danışaraq girişə çatanda onu yanında görməyib axtarır,geriyə dönəndə
dayanıb güllərinə baxdığını görür...

-Mən öz özümə danışırdım?

-Səbiş bu gülləri atmaq istəmirəm..Yazıq baxışlarla rəfiqəsinə baxır..

-Səndə atma!Onun yanına gedib qoluna girərək Unidən çıxarır..

-Cahangir görsə nə deyəcəm bəs?

-deyərik bir rəfiqəmizə vermişdilər bu gülü o, da bizə hədiyyə elədi..Özündən razı halda deyərək onu özü ilə dartıb aparır..

-Səncə inanacaq buna Cahangir?

-Bundan başqa çıxış yolu tapmısansa özün de ya da zibilə at...Maşına
yaxınlaşmışdılar ki Nəzrin gülü Səbinənin üstünə atır tez...

-Mən bunu evə apara bilmərəm amma sən apara bilərsən- göz vurub
gedir...Səbinə onu geri qaytarmaq istəsədə alınmır artıq Cahangir onları
görmüşdü..Yəqin inanmayacaqdı bu gülləri rəfiqəsi verdiyinə.Off Nəzrin
off,..zibilə salmasan yaxşıdı məni..Mən rəfiqə söhbətini sənə görə
demişdim!Ürəyində son duaların edib maşına oturur..



Müəllif: Milady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!