Əvəzolunmaz (13-cü bölüm)

Əvəzolunmaz (13-cü bölüm)
Bölümlü Hekayələr
10.09.2017 7
Gülləri görüb Elmanın göndərdiyini düşünür Cahangir...Güzgüdən onlara
baxıb bir cavab gözləyirdi..Səbinə danışmaq istəyəndə Nəzrin onu
qabaqlayır-Elə baxma bizə,bizim deyil güllər..

-Hə...Qrupdan bir qızındı,evlərinə apara bilməyəcəyinə görə mənə verdi...Cahangirə baxmayıb güllərin ətrini içinə çəkir..

-Zibil qutusuna atardınız!deyib maşını işə salır..

-Heç belə gözəl gülləridə atmaq olar?..Gülləri özünə daha da sıxıb acıq verir Cahangirə...

Yolboyu Səbinə onu əsəbləşdirsədə bunu bildirmirdi Cahangir..Dərsdən gec
çıxdıqlarına görə evə gedə bilməyəcəkdilər..Ona görədə bir başa banka
gedirlər...Maşından düşəndə Səbinə ondan icazə alıb gülləri maşında
qoyur..Hirsini içində boğaraq bir söz deməyib Cahangir onlardan əvvəl
binaya daxil olur..Cahangirdən sonra qızlar girir şirkətə..Səbinə onu
hirsləndirə bilmədiyi üçün məyus olmuşdu..Otaqlarına gedib işlərinin
başına keçirlər...



Zümrüd hazırlaşdığı magistr imtahanlarının suallarına baxıb bezgin halda
oturacağa oturur..Dənizə baxıb gələcəyinin xəyalını qurmağa
başlayır..Onun fikrində təhsilini davam edib öz biliyi ilə böyük uğurlar
qazanmaq idi..Qarşısından keçən cütlüklərə həsrət ilə baxırdı-inşaAllah
məndə sevəcəm!Amma indi yox...

-inanmıram ki sizin kimi bir xanımın sevgilisi yoxdu.....Üzünü yana
çevirəndə yanında birinin balaca bir uşaqla oturub ona baxdığını görür..

-nə kəşəydi...Balaca qız ona baxıb şirin təbəssümü ilə gülümsəyir...İnci
onun yanına gəlib balaca boyu ilə ayaq barmaqlarının ucuna qalxaraq
əlindəki kağızlara baxır...

-Allah saxlasın şirindi qızınız....Oğlan ağzını açmaq istəyəndə İnci onu qabaqlayır-Əmi məndə istirəm ondan...

-Sənin bu gün istəmədiyin bir şey qalmayıb şeytan..Üzünü Zümrüdə dönüb
diqqətlə baxır..Sanki onu haradasa görmüşdü,rəngini dəyişən yaşıl gözlər
ona tanış gəlirdi..Zümrüdöyrəşmişdi heyran baxışlara.Ona fikir verməyib
cibindən konfet çıxarıb İnciyə verir..

-Niyə indi yox?

-başa düşmədim...İncinin maraqla onun kağızlarından gözünü çəkmədiyini
görüb yanında oturdaraq əlinə verir..Onun həvəslə kağızlara baxmasına
gülür.

-Bayaq sizin danışığınızı eşitdim...

Zümrüd onun nə demək istədiyini anlayır-indi ona görə yox ki, təhsilimi davam edib uğurlar qazanmaq istəyirəm...

-düşünmürsünüzki gecikərsiniz ?

-Bu gün deyəsən ancaq evlilik söhbətləri eşidəcəm-dodağının altında deyib oğlana baxır-Qismət!

-Yəqin aldadılmısınız..Oğlan bunu deyib onun necə reaksiya verəcəyini
gözləyirdi...Zümrüd onun sözünə barıta kibrit çəkmək məsəli çox
hirslənir..O,evlənmək istəmədiyini,birini sevmədiyini deyəndə,ətrafında
olan insanlar onun sevib indidə sevgidən uzaq qaçdığını
düşünürdülər,bəzəndə bunu dilə gətirib onun üzünə deyərdilər..Hər dəfə
sakitliyini qoruyaraq cavab versədə bu dəfə əksinə olur...

-1-si bunun sizə aidiyyatı yoxdu !...2-si nə
aldadılmışam,nəaldatmışam!Sevməyən biri o demək deyilki aldadılıb,ya da
vaxtı ilə birini sevib!....Nifrət edirəm dar düşüncəli
insanlara..Mənə deyən lazımdı axı tanımadığın biri ilə niyə
danışırsan!-deyib hirslə yerindən qalxıb gedir,oğlanın nə deyəcəyini
belə gözləmir..Dayanacağa qədər gedib gözdən itir..öz özünə deyinərək
avtobusu gözləməyə başlayır..Hirsi biraz soyuyandan sonra kağızları
uşaqdan almadığını xatırlayır-ay aman,getdi sual kitabçam...Oğlanın o
danışarkən üzündə yaranan özündən razı gülüşü yadına düşdükcə lap
əsəbləşirdi Zümrüd.Geri qayıdıb kitabçasını almaq istəsədə oğlanı görmək
istəmirdi...İlk dəfə idi ki Zümrüd bir oğlana bu qədər sərt sözlər
demişdi...



-Hardasan?..Yaslandığı kreslodan qabağa gəlir

-bankın qarşısında,həmişə bir qız ilə gəzir tək olmur...

-bu gün onu istəyirəm!

Telefonu söndürüb otaqdan çıxır..



Səbinə otağından çıxıb ayaqyoluna gedərkən könlünə Cahangirin otağının
yanından keçmək gəlir...Sonra fikrindən dönüb getmir....WC-dan çıxıb öz
otağına gedərkən görürki artıq onun otağının yanındadı..Kənardan,çox
görünməyəcəyi bir yerdən durub Cahangirə baxırdı ki onun yanında
Səliməni görüb gülür...Cahangir ona fikir verməsədə Səlimə ondan gözünü
çəkmirdi...Uzaqdan baxanda qızın heyran baxışlarla sevdiyi birinə
baxdığını görməmək üçün kor olmaq lazım idi..Səbinədə bunu
görürdü...Onlara baxıb bicliklə gülürdüki Cahangirin ona baxıdığını
görüb həyəcanlanaraq arxasını dönüb oranı tərk edir..Aşağı mərtəbəyə
düşüb otağına gedirdi ki Rəşad qarşısına çıxır.. "Bir sən əksik
idin”deyib,üzündə suni gülüş ilə salam verir..Onunla danışmağa yeni
başlamışdı ki Cahangiri yanında görür..

-Bağışlayın söhbətiniz yarım qalacaq...Onlara baxaraq -Səbinə mənim ilə
gəl!-deyib gedir...-Yox məni görmədi məncə bayaq!bəlkədə görüb?.bu
sualları düşünərkən Cahangirin uzaqlaşdığını görüb onun ardınca gedir...

Dəhlizin sonunda dayanıb onun yaxınlaşmasını gözləyir....

-nə vaxt görsəm Rəşadla şirin söhbətdəsən..

-Ola bilər....Onun qarşısında dayanır.

-Bayaq nəyə gülürdün?...Cahangir söykəndiyi divardan ayrılıb ona bir addım yaxın dayanır..

-Gülmək üçün səbəb lazım deyil ..

-Öz özünə gülənlərə bilirsəndə nə deyirlər..

-Dəli olmaq pis deyil,indi ağıllılar dəlilərdi..Məndə bir ağıllı dəli-gülümsəyib sözünə davam edir-Səlimə ilə sənə gülürdüm..

-Kənardan belə gülünc olduğumu bilmirdim!.Yarı acıqla deyir.

-Kimə gülürəm,nəyə gülürəm özüm bilərəm..

-Qısqanırsan onu?-üzünə gülüş qonur ...

-Allah eləməsin qısqanım...Əksinə sizi seyr etməkdən xoşum gəlir..Sən
evlən söz verirəm bax, toyunda ortadan çıxmayacam Nəzrinlə....

Cahangirin gülüşü üzündən yox olur..-Niyə başa düşmürsən məni!..Mənə elə
baxma..Əsəb ilə yanından gedir..Bilmirdiözünü,hisslərini necə başa
salsın Səbinəyə..Həm ona,həm özünə hirslənirdi..Qapalı biri olduğu üçün
hisslərini dilə gətirmək çətin idi Cahangir üçün..Səbinə onun ardından
baxıb peşman olur dediklərinə...



Qızlar bankdan biraz tez çıxıb hava almaq istəyirdilər..Qapıdan çıxanda
Sevda Nəzrini cağırıb vacib sözü olduğunu deyərək təklikdə danışmaq
istəyir..Səbinə mane olmamaq üçün onu çöldə gözlədiyini deyib
gedir...Cahangirin maşınının yanında durmuşdu ki yanında bir maşın
dayanır.. İlk əvvəl fikir verməsədə maşından iki nəfərin düşüb onun
yanına gəlməsinə narahat olmağa başlayır...

Oğlanlar bir söz demədən onu tutub maşına salmağa çalışırlar..Səbinə nə
qədər qışqırıb,əllərindən çıxmaq istəsədə bacarmır..Ondan bəlkə də iki
qat güclü idi bu adamlar....Sevda ilə danışıb çölə çıxanda Səbinəni
zorla maşına basıldığını görüb köməyə çatmaq istəsədə,artıq maşın yox
olmuşdu..Maşının yanına gələndə yerdə onun çantasını,qırılmış telefonunu
görüb qaçaraq geri qayıdıb Cahangirin yanına getmək istəyirki onu
qapıda görüb üstünə qaçır.

-Səbinə..Səbinə yoxdu..Nəzrin həyəcanla sözlərini deyib əlindəkiləri ona göstərir-sənin maşınının yanında tapdım bunları..

-Necə yəni yoxdu,bəlkə harasa gedib gələcək?

-Mən Sevda ilə danışırdım o,da məni çöldə gözləyəcəkdi...Onu qaçırdılar....qaçırdılar!..- əlində tutduqlarına baxır...

- Onun əlindəkiləri alıb maşına doğru gedir.Nəzrində onunla bərabər gedir ..

Yolda Rəsula zəng edib getdiyi polis idarəsinin ünvanını verib gəlməyini
deyir..Qorxudan,həyəcandan əsərək maşını idarə edib polis məntəqəsinə
çatdırır özünü...Polisə məlumat verib ərizə yazırlar.Nəzrin gördüklərini
danışıb otaqdan çıxır.Dəhlizdə qardaşını gözləyirdi ki Rəsul gəlir.

-Nə olub Nəzrin,niyə gözlərin qızarıb?Cahangir bir söz deməyib ancaq
polisə gəlməsini demişdi ona.Rəsulda düşünürdü ki Cahangirin başına iş
gəlib..

-Səbinəni oğurladılar Rəsul-..

-kim?..donuq baxışlarla ona baxırdı.Əvvəl sözlər ona çatmır,Nəzrin
danışdıqca Rəsulun əsəbdən gözləri qızarır ..əli ilə divara yumruq vurub
dodağının altında nəlayiq söz işlədir.

-bilmirik...Onu maşına basanda çata bilmədim..kömək edə bilmədim ona.-gözləri dolur..Rəsulun yumruğuna qorxub kənara çəkilir.

-Cahangir harda?...

-otaqda..Müstəntiq ilə danışır....Nəzrini qorxutduğunu görüb yaxınlaşır..

-sən otur gözlə-...qapını döyüb icazə alaraq otağa keçir....



Müstəntiq Cahangirin əsgərlik yoldaşı idi.Ona görədə bu polis
məntəqəsinə gəlmişdi..İnanırdı ki Səbinəni o tezliklə tapa biləcəkdi..

-Səid onun haqqında hər şeyi danışdım..Şəklini istəsən Nəzrin verər..Onu tap!

-Bəlkə sevən bir oğlan qaçırıb Səbinəni,onu narahat edən kimsə olub heç?.Narahat olma tapacayıq..

-Cahangirin ağlına onun sualından sonra Elman gəlir..-necə unutdum axı
mən onu!..Oturduğu kreslodan birazda masaya yaxın dayanır-Ona Elman
adında bir oğlan güllər göndərirdi..Səbinə nə qədər rədd etdiyini
demişdi..O oğlanla hətta mən özümdə danışmışdım 

- ünvanını bilirsən?

-hə bilirəm...Onların söhbətini qapının döyülməsi yarım kəsir.Rəsul içəri girir

-Cahangir nə məsələdi,Səbinə hanı?Səid ona oturması üçün yer göstərir..

-İşdən çıxıb onları evə gətirəndə Nəzrin dedi Səbinə yoxdu..Məndən biraz
əvvəl çıxıb çöldə gözləyəcəkdilər..Düşündüm ki harasa gedib
gələcək..Amma onun çantasını,birdəqırılmış telefonunu görəndə hər şey
aydın oldu.

-Onu kim qaçırar axı! Rəsul hirsini boğmağa çalışsa da bacarmır

-Ola bilsin ki qız qaçırma hadisəsidir-Səid söhbətə müdaxilə edir..-Bir nəfərdən şübhələnirik..

Rəsul sual dolu baxışlarla onlara baxır

-Elman...

-Səid biz gedək sənin vaxtını almayaq..

-Oldu qardaşım..indi xəbər verəcəm o şəxsi axtarıb
tapsınlar...Birbirlərinə əl verib sağollaşaraq otaqdan çıxırlar...Rəsul
partlamağa hazır bomba idi..

-Elman kimdi!

Nəzrin onların yanına gəlib birlikdə məntəqədən çıxırlar.

-Cahangir səncə o qaçırıb Səbinəni?Nəzrində digər yandan sual verir ..

-Elmanla bir dəfə görüşüb onun Səbinədən uzaq durmasını
demişdim..Hətta kiçik mübahisədə etdik.Rəsulla üzbəüz durub hər şeyi
danışır..Nəzrində bildiklərini onlara deyirdi..

-Mənə niyə deməmisiniz!indi kim bilir o əclaf bacımı hara aparıb..Rəsul onlara əsəblə baxıb yumruğunu sıxır..

-İndi dalaşmağın vaxtı deyil!..Cahangirdə eyni əsəb ilə danışırdı..-Səid
mənim dostumdu..Bilirəmki bizə çox köməyi dəyəcək..Maşına oturub evə
gedirlər...Yolda Rəsulun demədiyi söz qalmır Elmanın
ünvanına...Evdə valideynlərinə nə deyəcəkdi onu düşünürdü..



Müəllif: Milady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!