Əvəzolunmaz (14-cü bölüm)

Əvəzolunmaz (14-cü bölüm)
Bölümlü Hekayələr
10.09.2017 33
Gülər xanım oğlunun zənginə Minirəgilə gedir..Səbinəyə görə o da çox
narahat idi..Minirəyə bildirməsədə yerində qərar tuta
bilmirdi..Biraz sonra Cahangirgildə gəlir..Rəsul valideynlərinə
bacısının qaçırıldığını deyib onları sakitləşdirməyə çalışır..Adil bəy
zəhimli görkəmi ilə ayaq üstə güclü dayanırdı..Minirə xanım özünə gələ
bilmirdi..Mənim qızımı niyə qaçırıblar axı....Kim sevirdi gəlib elçilik
edərdi deyə danışaraq ağlayırdı...

-ata tapacayıq onu..Səbinə arxasız deyil!

-Adil dayı müstəntiq mənim dostumdu,Səbinəni tapacaq..Cahangir qanlı gözləri ilə deyib yumruğunu sıxır.

-Kim qaçırmış olar qızımı?!

-bilmirik ata...Polis axtarır...

Nəzrin maması ilə bərabər Minirə xanımı tək qoymayıb dəstək olurdu..O,da
pis olmuşdu,Səbinə onun uşaqlıqdan bir yerdə böyüdüyü dostu idi..Yeri
gələndə bir birlərinin evində qalmışdılar..Şirinli,əzizli çox günlər
keçirmişdilər...Birinə bir şey olsa digəri ondan qabaq pis olurdu..İndi
Səbinənin qaçırılması ona təsir etmişdi..Özünü Minirə xalanın yanında
ağlamamaq üçün saxlayırdı.Gözləri dolsa da göz yaşını göstərmək
istəmirdi..

Cahangir dayana bilməyib evdən çıxır..Qala bilmirdi heçnə
etməmiş..Havaya çıxıb dərindən nəfəs alır..-hardasanSəbinə,harda
axı?..kədərli səslə deyib onu düşünür..Sonra Elman ağlına gəlir,onu
harada tapacağını bilirdi..Maşına otururdu ki Rəsul ona çatıb hara
getdiyini soruşmadan maşına oturur..Elmanın yanına getdiyini bilirdi
onun..Maşıını işə salıb Elmanı ilk gördükləri restorana sürür..Bilirdi
ki oranın sahibi Elmanın yaxın dostu idi...Çatmağa az yol qalmışdı ki
Səid zəng edir

-Cahangir onu şöbəyə çağırıb danışdırdıq..Dediyinə görə Səbinəni qaçırmayıb

-Mən inanmıram ona Səid!.. Evini yoxlamısınız?..Cahangir əsəblə rulu sıxıb yola baxır..

-aha.Heç kimi tapmayıblar...Onunla sağollaşıb daha surətlə idarə etməyə başlayır maşını-bilirəm sən qaçırdın Səbinəni! ...

-nə deyir Səid?-yaxşı xəbər eşidəcəyini umub parlayan gözləri ilə Cahangirə baxır

-Elman deyibki onda deyil Səbinə...

-Bu qız bəs hanı!. pəncərəni açıb siqaretini yandırır..Çox istifadə etməzdi..Əsəbi olanda çəkərdi..

-Mənə niyə vaxtında Elman haqqında danışmamısan axı !

-Səbinəni tapaq özü deyər niyə danışmadığımı..Cahangir bilirdiki bunu
dostundan gizlətməli deyildi.Amma Səbinə deməməsini istəmişdi.Bacı
qardaş arasına girmək istəmədiyindən Rəsula deməmişdi..

-Bir bu çatmırdı!..tıxaca düşürlər..Hardasa 2 saata yaxın yolda qalırlar.



Buraxın məni,buraxın!-çabalayıb onu tutan böyük pəzəvənglərin əlindən
çıxmağa çalışır..Oğlanlar onun əlindən bezsələrdə cavab
vermirdilər..Səbinəni böyük bağ evinə gətirib gözlərini
açırlar...Gözləri yolboyu bağlı olduğundan açılanda qarşısındakıları
biraz dumanlı görür..Onu yuxarıdakı yataq otaqlarından birinə zorla da
olsa salırlar..Otağa girən kimi əlinə keçən əşyaları hirsindən qırırdı
-əclaflar!buraxın məni...Buraxıııın!..Otaqda sınmamış əşya
saxlamamışdı..Ağlayaraq yerə çökür-axı nə istəyirsiniz məndən!niyə
qaçırdınız məni..yadına ailəsi düşdükcə lap kövrəlib hıçqırıqlara
boğulurdu...

Artıq gecə idi..Neçə saat idiki yanına gələn yox
idi...Pəncərəyəyaxınlaşıb həyətə baxır..Qapıda dayanan o oğlanları görüb
lap cinlənir...Bu vaxt ayaq səsləri eşidir..Qapının açarla açıldığını
görüb yerindən tərpənmir..Qorxudan əssədə bildirmək istəmirdi..İçəri
girəni görüb təəccüb,hirs qarışıq ona baxır

-Sən!

-Bəli mən..Demişdim axı əl çəkən deyiləm..Elman otağa baxıb gülümsəyir-özünü yorma belə..Səni tapa bilməyəcəklər..

-Nə istəyirsən məndən!

-Səni.....

-Heç vaxt!..Elmanın ona yaxın gəldiyini görüb geriyə gedərək yatağın yanındakı kiçik sürməyə yaxın dayanır.

-Ailən məni polisə şikayət edibmiş..Amma bir xeyri olmadı....Mən elə axmaq deyiləmki özümü ələ verəm!..

-yaxın gəlmə!-dolmuş gözlərindən bir damla yaş yanağına düşür..-başa
düşmürsən istəmirəm səni!zorla kiməsə özünü sevdirə bilməzsən..

-Zamanla sevəcəksən!Bilirəm Cahangiri sevmirsən...Əsəbləşərək ona daha da yaxınlaşır..

-Sən...sən..dəlisən!..Elmanın onun üzərinə gəldiyini görüb arxasında
elektrikə taxılı olan kiçik gecə lampasını onun üstünə
atır...Vaxtında kənara çəkildiyindən hədəfdən yayına bilir Elman.

-vəhşilik sənə heç yaraşmır gözəlim...Səbinənin qorxduğundan onun
üzərinə daha da getmir..-yəqinki acmısan..Yemək düşkünü olduğunu
bilirəm-mehriban dillə danışıb onu yolla gətirmək istəyirdi..

-sən hardan bilirsən?

-mən hələ çox şeyi bilirəm sənin haqqında....Otaqdan çıxıb qapını qıfıllayıb gedir..



Cahangir maşını restoranın qarşısında saxlayıb bir müddət ora baxır..Sonra nə düşünürsə maşından enir..

-Dəqiq bilirsənki bu adam onun dostudur..Rəsulda maşından düşüb onunla bərabər restorana gedir..

-dostu olub olmadığını indi biləcəyik..-deyib içəri keçib masaların
birində əyləşir..Yaxınlaşan afsiantlardan birinə müdiri
çağırtdırır...5dəqiqə sonra afsiant onun burda olmadığını
deyir...Cahangirin olan qalan əsəbi tarıma çəkilir..Ünvanıafsiantdan
öyrənib səbrini basaraq gedir..Gecə yarısı olduğundan qapını onların
üzünə gec açırlar..Yarı yuxulu halda qapını Zaur açır..

-.......

-Sən Elmanın yaxın dostusan deyəsən!Rəsul əsəbi halda deyir

-Bəli..

-yəqinki bilirsən onun bir qızı qaçırdığını..Polisdə qaçırmadığını
deyib.Amma bilirəmki o oğurlayıb Səbinəni..Cahangir onun susduğunu görüb
dayanır

Zaur keyləşmiş halda onları dinləyirdi..Səsə yoldaşı gəlib sual vermək istəyirdi ki onu danışmağa qoymayıb içəri göndərir..

-Elmanın belə hərəkət edəcəyini düşünmürəm.Siz o qızın yaxınlarısınız yəqin.

-Mən qardaşıyam..Bacımı zorla maşına basaraq qaçırıblar..Heçkim yiyəsiz
deyil..Əgər o zibil ona bir şey etsə qanında boğacam onu!

-Doğrusu Səbinə tərəfindən rədd edilmək Elmanın acığına səbəb oldu.Gözü
kənarda olan biridə olsa pis biri deyil...Zaur onun belə hərəkət
edəcəyini təxmin etmişdi amma inanmırdı..indi də dostunu satmaq
istəmirdi..

-Əclaf-........-bir neçə pis söz işlədib Rəsul təhqir edir Elmanı..

-görürəm ki sənində ailən var..Heç kim istəməzki sevdiyi birinin başına
belə bir hal gəlsin..Səbinəni öz razılığı ilə aparsaydı biz indi burda
olmazdıq.Sizdən istəyirik ki Elmanla danışıb onu harda saxladığını
öyrənəsiniz..Cahangir soyuqqanlılıqla danışıb Zauru yola gətirmək
istəyirdi..

-Bağışlayın sizə kömək edə bilməyəcəm..

-Sənin heç kişiliyin yoxdu?! Zorla bir qızı qaçırmış axmağı müdəfiə
edirsən.Bu günün sabahı var,gün gələr sənin başına gələr bu hadisə bax o
zaman bizim yerimizdə sən olacaqsan!-Rəsul hirs ilə deyib ordan
ayrılır.

-səhv edirsən kömək etməməklə..Sən əminsənki dostun ağıllı biridi?ağıllı
biri səncə gündüz vaxtı zorla bir qızı qaçırar?Əgər Səbinəyə bir şey
olsa bax o zaman vicdanında əziləcəksən-Cahangir sözünü deyib
gedir..Zaur içəri keçib özünü divana atır..Elmanın hərəkətlərini gözü
qarşısına gətirib fikirləşir..Onun son vaxtlar özünü paranormal
apardığını hiss eləmişdi.Düşünməzdi ki bu qədər irəli gedə bilər..Biraz
düşündükdən sonra ona zəng edir..

Zaurun onlara kömək etmədiyini görüb ümidi getdikcə azalırdı Cahangirin..Həyətə düşüb Rəsulun yanına gedir.

-bu əclafda heç nə demədi..

Başını yelləyib bir söz demir Cahangir..Maşını məhlənin çox gözə batmayan yerində saxlayır..Rəsul onun nə etdiyini başa düşmürdü

-getmirik bəs?

-yox..Bizlə danışandan sonra Elmana zəng edəcək Zaur...Düşünürəmki onunla görüşəcək..

-görüşsə belə hardan bilə bilərik ki, Səbinənin olduğu yerdə görüşəcək?

-Zaur dostunu ələ vermək istəməsədə,əminəmki o da Səbinə üçün narahat oldu..Onu görmək istəyəcək..

-...İstəyirsən sən evə get..

Rəsula cavab verməyib oturacağına yaslanıb gözünü blokun qapısına dikir...



Səbinə yatağın üstündə oturub burdan necə çıxacağını düşünürdü..

-Evin qarşısında cangüdənlər olduğuna görə ordan qaça bilmərəm.Bu evin
arxa qapısı olmamış olmaz..İndi mən necə bu otaqdan çıxıb o qapını
tapacam bu evdə?Elman əlində sini ilə içəri girir .Onu hər görəndə
Səbinə cinlənirdi....

-sənə xoşladığın yeməkləri gətirdim canım..

-canım girsin gözünə!istəmirəm ..

- niyə tərslik edirsən bilmirəm...Əlindəki ilə çarpayıya
yaxınlaşır..Səbinənin ağlına bir plan gəlir..Onu itələyib qaça
biləcəyini düşünür..Elman sinini onun qarşısına qoymaq istəyəndə Səbinə
onu geri itələyib qaçır. Səbinə onu itələyib qaçaraq qapıya çatanda
Elman cəld tərpənərək yerdən qalxıb onu tutur..Tutduğu kimidə otağa
salıb yatağın üstünə atır.



Müəllif: Milady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!