Əvəzolunmaz (17-ci bölüm)

Əvəzolunmaz (17-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 45
Gülər xanım qızları səhər tez oyadıb evləri yığışdırtdırır..Nəzrinlə
danışıb onunda fikrini öyrənmişdi.Günortaya kimi işləri görüb
bitirirlər..Qızlar Cahangirin sakit görünməsindən qəribə
olmuşdular.Bilmirdilər qardaşları nə fikirləşir..

Cahangir bunu ondan gizlətdiyinə görə biraz hirslənmişdi Rəsula..Onunla
danışanda biraz əsəbi kimi göstərir özünü..Rəsul dostu,qardaşı ilə arası
açılmasını istəmirdi..Onu belə görüb narahat olur..Cahangir onun halına
biraz tamaşa edəndən sonra qəhqəhə çəkib gülür..Rəsul onun zarafat
etdiyini bilib rahatlayır..

-Mənim niyə indi xəbərim olur..

-Deyəcəkdim baş qarışdı....

İki dost biraz söhbət edib ayrılırlar..



Səbinə qardaşının yanına gedib ona tez tez ona atmacalar atıb qıcıqlandırırdı

-Nə deyirəm Mahir dayı verməyə qızı sənə...

-Səbinə get işini gör!

-mənim işim bitdi..Birazdan dayı ilə əmi gələcək gedəcək bizimkilər...

-mən getdim.Evdə duran deyiləm-deyib gedir

-hara?-desədə Rəsul çoxdan getmişdi.-bu belə həyəcanlıdısa gör Nəzrin necədi..Öz otağına keçib zəng edir.

-Nəziş necəsən?

-hələ soruşursan?həyəcanlıyam necə olacam.sən onlardan əvvəl gəldə Səbiş..

-..Tam bir birinizin tayısınız..Yox gəlməyəcəm-gülür-Rəsulda indi çixdi,dedi evdə dayanan deyiləm..

-mama bayaqdan işlədir bizi..Evi yığışdıtdırıb,hələ indi bitib
işlər..Gəlməsən üzümə baxma sonra!bu günümdə yanımda olmasan daha niyə
dostuqki biz!

-yaxşı-yaxşı coşma.ayıbdı axı sizinkilərdən Nəziş.

-ayıb mayıb bilmirəm..səndə bu evin bir qızısan..Gözləyirəm tez gəl!

-gəlirəm....Dəstəyi asıb evdən çıxır...Mamasına desə idi onlara getdiyini,bilirdi ki qoymayacaqdı ona görə də xəbərsiz gedir.

-Allahım nə olar Cahangir evdə olmasın..ürəyində deyib utanaraq qapını döyür..Üzünə qapını Zümrüd açır

-gəl-gəl Səbiş,bizimkidə səni gözləyirdi...Onu içəri salıb qapını
örtür..Onun utandığını görüb əlindən tutub otağa aparır..-buradasənin
bir evin gözəlim..əvvəl necə gəlib gedirdin bura,indidə elə..-Onu
Nəzrinin otağına aparır-siz söhbət edin,mən evdəkilərə kömək
etməliyəm..Bu balaca ifritəni görmürsən bizdən qabağa düşdü-gülüb gedir.

-gəl Səbiş.Necə görünürəm?

-az nə olub elçilikdiye bu.nişan yox-onu ələ salıb gülür..

-nə olsun yenədə xüsusi gün sayılır.Gəl bura görüm sağ əlimi başına
çəkim-deyib əlini onun başına çəkir-Zümrüd məni öldürəcək ona birinci
sağ əlimi çəkmədiyimi bilsə...

-inanmıram bu inanca-pəncərənin yanına gedib həyətə baxır.

-az danış..Gəl gedək mamaya kömək edək..

Səbinə evdə kimin olub olmadığını bilmirdi..Cahangirlə qarşılaşmağa utanırdı...

-bizimkilər birazdan burada olarlar...Çıxmayaq gəl otaqdan..

-onlar gələndə mətbəxdə oturarıq..Onun qoluna girib otaqdan çıxır..Qonaq
otağında Mahir bəylə nəslin böyükləri oturmuşdu..Mətbəxə keçir
qızlar..Nəzrinin xalası Səbinəni görən kimi onunla görüşür

-xoş gəldin qızım..MaşaAllah nə gözəl olmusan..Sənin üçündə olsun belə bir gün..

-gözəldi bizim Səbinə-Gülər xanım ona baxaraq deyir..Səbinə onun
sözlərində biraz ironiya hiss eləyib pis olur...Mətbəxdəoturmuşdularki
Cahangir gəlir..Hamı ilə salamlaşıb öz otağına keçir.Səbinə səsini
eşitsədə özünü görmür..Elə bu vaxt qonaqlar gəlir..Qonaq otağında
sakitçilik idi..Sözə Rəsulun dayısı başlayır.Ordan burdan söhbət etdikcə
mehribanlıq yaranmışdı..Cahangir otağından biraz gec çıxır..Qonaqların
yanına gedib onlarla görüşüb bir kənarda oturur...

-Bilirsən Adil səninlə dostuq.Bir ailə kimidi ailəmiz..Rəsulda gözümün
qabağında böyüyüb Cahangirlə..Bu elçiliyə yox desəm günah iş görmüş
olaram..Bu gün nəslin ağsaqqalları ilə oturmuşuq əgər onlarda
razıdılarsa mənə deməyə söz qalmır....Mahir bəyin sözlərinə qardaşı bir
böyük kimi davam edir

-Mahirin uşaqları bizim öz balalarımız kimidi..Belə gözəl işə mane olmaq
olmaz...Şirinçayımızı gətirin!...Allah xoşbəxt eləsin...

-Amin..Biz istəyirik ki bu həftə sonu nişanı edək...Yeni ildə də toyu edərik..

Qızlar mətbəxdə durub orda nə söhbətin getdiyini dinləməyə
çalışırdılar...Səbinə ilə Nəzrin qapıya yaxın durub daha yaxşı eşitmək
istəyirdilər..Zümrüd onların halına baxıb gülürdü...Qonaqotağından Gülər
xanımın gəlməsinə qızlar tez yerlərinə otururlar

-çayı gətirin..-deyib gedir...Bayaqdan hazıır saxladıqları armudu stəkanlarda şirinçay edib Zümrüdə baxırlar..

-mənə niyə baxırsınızki?

-Mən apara bilmərəm...Baldız sayılıram nədə olsa.

-Mən heç apara bilmərəm..Bir tək sən qalırsan bacıcan...Sinini onun
əlinə verib gülərək qapıdan çıxarırlar qızlar...Səbinəsevinərək masaya
oturur

-artıq rəsmi gəlinimizsən....

-səndə bizim..Elə bilməki xəbərim yoxdu..Bu günü yola verək səninlə
ayrıca danışacam...Özlərinədə çay süzüb oturur..Zümrüd çayları qoyub
geri həyəcanla qayıdır.

Z-Nəzrin bu həftə nişanındı..

N-necə?bu həftə yeni il girir axı..

Z-yəqin toy tez ediləcək...

N-Səbinə sənin xəbərin var idi?

S-hə..Rəsul yeni ili bizlə qeyd edib işinə qayıdacaq.Ona görədə o burda olmuşkən nişanı etmək istəyirdi bizimkilər..

N-mənim niyə xəbərim yoxdu bəs?..

S-bu işlər belədidə Nəziş elə bu gün ağıllarına gəldiki nişanı tez edək....Nəzrin heç nə deməyib çayını içir...



Cahangir daha oturmayıb otaqdan çıxıb mətbəxə gedir Səbinənin orda
olduğunu bilirdi..Zümrüd onu görüb nə isə istəyib istəmədiyini soruşur..

-Nəsə lazım idi Cahangir?

-yox gedirdim işlə məşğul olmağa gəldim sizi görüm...Zümrüd Nəzrinə göz ağardıb otaqdan çıxmağını bildirir.

-Zümrüd gəl buna bax gör kimindi,qalıb otaqda...Bacısı ilə bərabər
mətbəxdən çıxırlar..Səbinə onların hərəkətinə utanıb
hirslənir...Qaşqabaqlı halı ilə başı üstündə duran Cahangirə baxır..

-Bizim üçündə olacaq bu gün..

-mən gedim qızların yanına-yerindən qalxıb getmək istəyəndə Cahangir
qoymur..Onun əlindən tutub – mənim şirin mələyim-deyib öpür..Səbinə onun
hərəkətinə özünü itirmişdi..Yadına Gülər xanımın bayaqki halı gəlir.

-sən get işinlə məşğul ol..Nədə olsa onlar vacibdi sənin üçün..Onun əlindən əlini çəkməyə çalışsada Cahangir buraxmır..

-olmaya məni işlərimə qısqanırsan?

-xeyir!gözlərini ona dikib əsəblə baxır..

-Onun əllərini ovcuna alıb- tərsliyindən qalma..Amma mənimlə
qal-incəliklə öpüb mətbəxdən çıxır...Səbinə onun hərəkətinə dəli
olur..Yenə sözünü deyib getmişdi..



Ürəyinə yavaş yavaş yol tapırdı Cahangirin sevgisi...Yatağına uzanıb
dolmuş gözləri ilə tavana baxır-bizdə olmayacaq bu gün Cahangir..Bağışla
..Bu hisslər başlamadan bitməlidi...Gözündən axan yaşları silib
yorğanını üzərinə çəkib gözlərini yumur..

Bu gecə belə başa çatmışdı..5gün sonra böyük nişan edəcəkdilər restoranda..

Səbinə yuxudan tez durub özü ilə məşğul olmuşdu saatlarca.Ona yaraşan
yuxarısı ağ köynək aşağısı göy qələm ətək donunu geyinib saçlarınının
buruq halına dəyməyib açıq qoymuşdu..Sadə amma gözəl bir makyajla
tamamlayır görkəmini..Həyətə düşəndə Cahangirlə Nəzrinin heyran
baxışlarına gülümsəyib yanlarına gedir..

N-bu nə haldı Səbiş,super görünürsən.

S-həmişəki halımdı....danışaraq maşına otururlar..Cahangir onu belə
görüb bəyənsədə əsəbləşir..İstəmirdi çox diqqət mərkəzində olsun Səbinə

C-mən bilən toya getmirsiniz,dərsə gedirsiniz.

S-toya gedən belə hazırlaşmır mən biləndə...Cahangiri hirsləndirməyi
bacardığına görə sevinirdi..-İndi görərik kimdi baxımlı
qadın!-ürəyində deyib Nəzrinlə söhbət etməyə başlayırlar..Arada onun
baxışlarını güzgüdən görsədə gülüb acıq verirdi..Universitetə çatıb
düşəndə Cahangirdə maşından enir..

S-sən hara?

C-sən get gəlir Səbinə...Nəzrin cavab vermədən ordan uzaqlaşır..

-bu halının səbəbi nədir?

-heç bir səbəb yoxdu.Gözəl görünmək istədim özüm üçün..Qadın baxımlı olmadı deyən sən deyildin?

-sən hər halınla baxımlısan Səbinə.Ehtiyacın yoxdu daha da gözəl görünməyə..Onun nə demək istədiyini başa düşmüşdü Cahangir..

-mənə belə xoşdu!

-amma mənə yox.

-mənə nə..

-dərs almadın başına gələnlərdən?birdə belə görünməyini
istəmirəm!-əsəblə bunu demişdiki..Səbinənin dolmuş gözlərini görüb
peşman olur

-başıma gələnlərə görə günahkar deyiləm mən..-deyib gözündən axan bir damlanı silib gedir

-Səbinə....mən elə demək istəmirdim..Cahangir onun ardından bunu desədə eşitmir Səbinə..



Müəllif: Milady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!