Əvəzolunmaz (11-ci bölüm)

Əvəzolunmaz (11-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 58
Rəsul onları bulvarda açılan gözəl bir restorana gətirir..Pəncərə
yanındakı masalardan birinə əyləşirlər..Axşam düşdüyündən şüşə
divarlardan görünən mənzərə insanı valeh edirdi..Qarşılarında Baki bütün
gözəllikləri ilə işıq saçırdı.Qızlar heyranlıqla seyr edirdilər bu
gözəlliyi..

-demişdimki çox bəyənəcəksiniz..Ağzınızı yumun ayıbdı..Gülərəkonlara baxır Rəsul...

-bəyənməkdə sözdü?çox gözəldi bura,eləbil Bakı ayaqlarımızın
altındadı..Gözlərini mənzərədən çəkməyərək danışırdı ki Nəzrin,salonda
"Dassin Joe-Salut”mahnısı səslənir..Yadına dünənki gün gəlir –aaa
...dünən rəqs etdiyimiz mahnı-deyib sevinir...Rəsulun ona tərs
baxışlarını görsədə başa düşmür

- Nail bəy ilə çox gözəl rəqs edirdiniz..Nəzrinə söz atıb Rəsulu
qısqandırmaq istəyirdi Səbinə..Bəzən qısqanclıq sevgini
möhkəmləndirir,üzə çıxarırdı..

-Səndə Cahangirlə pis rəqs etmirdin,öz aramızdı-göz vurub yeməyini
yeməyə başlayır..Səbinə onun sözünə qaşlarını düyünləyib mənzərəyə
baxır..Seyrə dalmışdı ki telefonun səsinə diksinir..Mesaj Rəsuldan idi "
Səbinə sən birazdan restoranın eyvanına çıxa bilərsən Cahangir ilə?bacı
bunu mənim üçün et xahiş” ..Rəsul bunları istəyəndə xəbəridə yox idi ki
bacısını kimə əmanət edirdi..Məsum üz alan qardaşına xəfif gülümsəyib
razılığını bildirir...Yemək bitəndən sonra Səbinə icazə istəyərək
masadan qalxır-Siz oturun mən biraz havaya çıxıram..

-məndə gəlirəm sənlə.Tək getmə..-Nəzrin yeməyini yarım qoyub durmaq istəyirdi ki Rəsul qoymur-sən hələ yeməyini bitirməmisən!

-Düz deyir Rəsul,sən rahat yeməyini ye..Mən Cahangir ilə
gedərəm..-deyib ona baxır...Səbinənin onunla getmək istədiyini görüb
yerindən qalxır...Restoranın dənizə açılan eyvanına çıxırlar..



Nəzrin yeməyini yeyirdi ki Rəsulun ona baxmasından utanıb əlini masadan çəkir-niyə elə baxırsan?

-Nail bəy kimdi!?

-sən hardan bilirsən Nail bəyi?hə Səbinə..

-sual verdim elə bil!Yerində hərəkətsiz ancaq Nəzrinə baxırdı..Səsində və sözlərində soyuqluq vardı

-Bankın rəhbəridi Nail bəy..Bayaq onunla deyib gülən Rəsulun yerini sərt baxışlı biri almışdı..Nəzrin onu belə görüb inciyir..

-Sən onunla niyə rəqs etmisən?!

-Rəqsə dəvət elədi məndə qalxdım..Səhv bir şey etdiyimi
düşünmürəm..Ortaya sükut çökür..Rəsul ona baxır,Nəzrin isə düşüncəli
halda çəngəli yeməyinə batırıb çıxarırdı...

-Yeməyinə eziyyət vermə....Mehribanlıqla deyib gülümsəyir.-Mənqısqanc
biriyəm.Sevdiyim insanları paylaşmağı sevmirəm!.Nəzrin ona baxmayıb
üzünü çevirib mənzərəni seyr edir..Fikirləriqarışmışdı...1 saat əvvəl
ona sevgi etirafı edən birinin indi belə soyuq səs ilə onunla danışması
çaşdırmışdı...Rəsulu dəli dolu bilirdi..Onu əsəbi vaxtlarda
görmüşdü..Bilirdi ki ona hirsli olanda yaxın durmaq olmazdı...Amma indi
ki sakit və soyuq davranışı qəlbinə toxunmuşdu..Qadınlar çox zaman
onları güldürən,onlarıxoşbəxt edən insanların soyuqluğundan
küsərlər..Rəsul onun incidiyini görüb sözlərinə peşman olur..Bəlkədə
yersiz idi ondan soruşduqları.Gəl gör ki sevən insan sevdiyini
paylaşmağı sevmir..Rəsulda belə idi..

-Nəzrin bağışla xətrinə dəymək istəmirdim...

-Narahat olma inciməmişəm-ona baxıb gülümsəyir...Sonra üzünü yenidən pəncərəyə çevirir...



Səbinə eyvana çıxıb qarşısında işıqlarla açılan dənizi seyr edərkən
dodaqlarını qaçırıb gülümsəyir..İkisidə yan yana dayanıb qarşılarındakı
mənzərəyə baxırlar...

-niyə güldün...Salonda səslənən musiqinin səsi ora kimi
gəlirdi...Cahangirin ən sevdiyi bir mahnı idi səslənən..Bu mahnı onun
ürəyində olanları səsləndirirdi sanki..

-Mənzərəyə baxdıqca özümü lap şəhzadə hiss eləyirəm ..Bir tək sehirli çubuqla üzərimdəki geyimləri dəyişmək qalır.

-Mənim ilə rəqs edərsən?-Əlini ona uzadıb yaxınlaşaraq bir nəfəs bərabərində dayanır..

Heç bir söz demədən onun əlindən tutur..Gözlərində itirmişdi özünü Səbinə..Gələn musiqi səsi onu başqa bir aləmə aparırdı...

-Görən olar-desədə Cahangir fikir verməyib onunla rəqs etməyə başlayır.-Bəlkə də birinin şəhzadəsizən....

-ola bilər,bir qızı 10 istəyər biri alıb şəhzadə edər..Bir birlərinin gözlərinə baxaraq danışırdılar..

-Əvəzolunmaz...Əvəzolunmaz...Gözəl həyat səninlə əvəzolunmaz....

Əvəzolunmaz...Əvəzolunmaz..Bu dünya varlığınla əvəzolunmaz...

Səninlə bir yolun addımında,mənim dəyərlimsən həyatımda

Mən varlıyam səninlə,mən doğruyam səninlə..

Sevda kölgəsindəsən canımda.....Mahnının sözlərini Cahangir ifaçı ilə bərabər pıçıldayırdı Səbinənin qulağına...

-İstəyərsən mənim şəhzadəm olmağı?Səbinədən biraz aralanıb gözlərinə baxaraq deyir...

Onun mahnı sözlərini oxumağı,sonrada bu sualı Səbinəni
ovsunlamışdı...Cahangir onun heyrətlə baxıb susmasına
gülümsəyir..Güləndə yanağının bir hissəsinin batması onu yaraşıqlı
göstərirdi..Səbinə susub analiz edirdi onu..Eləbil ilk dəfə bu qədər
yaxından görürdü Cahangiri..Gülərkən yanağının batması,danışarkən
təmkinli olmağı,sakit,kobud görünərkən bir qədərdə incə rəftarı onu
Səbinənin gözündə yüksəldirdi..-mənə nə olur belə-deyib öz-özünə
ürəyində söylənib ona baxırdı..

-Sən mənim qismətimsən......

-nə?? -acıqlanaraq onun əllərindən çıxıb içəri girir..

Bu gün qızların gözləmədikləri başlarına gəlmişdi....Masalarına gedib oturur-bəlkə gedək?

-hə gedək..Nəzrində onunla razılaşıb çantasını götürür...

-Siz gedin maşına hesabı verib gəlirəm-Rəsul onlardan əvvəl masadan
qalxıb gedir...Cahangirdə telefonunu götürüb çıxır
restorandan....Qızlarda çantalarını əllərinə alıb yavaş yavaş çıxışa
gedirlər

-Nəzrin niyə kefsizsən,qardaşım xətrinə dəyməyibki?

-..Gedək...Səninlə sabah danışacam! –hədələyici baxış atıb restorandan çıxır..

-Rəsul o məndən küssə, bilirəm sənə nə edəcəyimi-deyibSəbinədə onun
ardınca çıxıb maşına əyləşir...Yol boyu sakitlik idi,heç biri danışmırdı
.Cahangir Səbinəni....Rəsul Nəzrini.....Səbinə bu gün
yaşadıqlarını.....Nəzrin isə Rəsulun soyuqluğunu düşünürdü....

Binanın qabağında düşüb sağollaşaraq hər kəs öz blokuna
gedir....Pilləkənləri çıxanda Səbinə dözməyib qardaşını sual atəşinə
tutur

-Niyə kefsiz idi Nəzrin biz masaya qayıdanda?qızın qəlbini qırmışam demə mənə!Həm kino zalında nələr oldu heç danışmadın...

-Sabah özü sənə danışar Nəzrin...-deyib başından etmək istəyir onu.

-Sən danışsan dünya dağılmaz...Nə dedinki Nəzrin inciyib səndən?onu
yaxşı tanıyıram,küssə də,pis olsa da bildirməz kiməsə..Mənim kimi deyil
o..

-Hə sənin kimi olmadığını bilirəm-gülüb qapını açır..Onunla biraz soyuq danışdım incidi məndən..

-Sən niyə soyuq danışırdınki onunla?ayaqqabısını çıxararaq ona baxır..

-off Səbinə əl çək...Deyib otağına gedir..Tez digər ayağındakı keti çıxarıb onun ardınca gedib çatır

-burdan sevdiyini deyib,sonrada soyuq danışan bir tək centlmen sənsən
yəqin...Sabah Nəzrinin könlünü alırsan!,onu bunu bilmirəm..Yoxsa üzünədə
baxmaram,qardaşlıqdan çıxararam! -deyib öz otağına gedir..Rəsul onun
danışığına gülüb üzərini dəyişməyə başlayır...Gözünə telefonu
sataşır..Yatağın üstündən götürüb Nəzrinə mesaj yazıb yenidən tullayır
yatağa..Üzərinirahatlayıb yerinə uzanır.Bir qolunu başının altına qoyub
ağlında olan bir şeyi edib etməməyi düşünürdü..Mesaj səsinə telefona
baxıb gülümsəyir..Gecə boyu Nəzrinə yazaraq onun könlünü almağa
başlayır.



Səbinə deyinə-deyinə otağına girib üzərini dəyişir..Gedib atasıgil ilə
biraz tv-yə baxdıqdan sonra yatmağa gedir...Bu günü xatırladıqca üzündə
gah əsəb,gahda gülüş yaranırdı..Saçlarını yığıb yerinə girir..Yorğanını
başına kimi çəkib biraz nəfəssiz dayandıqdan sonra dözməyib başını
yorğandan çıxarır..-oyy ölmüşdüm az qala..indi necə olacaq sabah onunla
üzbəüz gələndə?yazıq baxışlar ilə tavana baxır.-bu ay deyəsən etiraflar
ayıdı..1-ci Elman sonra Cahangir,sonrada Rəsul..Elman demişkən o hara
yoxa çıxdı görən?Bir gözünü qıyıb düşünməyə başlayır-yəqin gördü ki razı
olmuram getdi gedər gəlməzə hahaha....Bəs Cahangir?.....O və Mən....Pis
biri deyil amma....offf nə düşünəcəyimi bilmirəm...Beləcə düşüncələr
içində yuxuya gedir....Bu gecə hər biri eyni bir düşüncələrdə
idilər....SEVGi....Rəsul Nəzrinlə mesajlaşaraq könlünü almağa
çalışır,Cahangir Səbinənin nələr düşündüyünü düşünür,Səbinə öz xamxəyal
fikirlərindən yatmışdı artıq...



Rəsul tez oyanmışdı.Əl-üzünü yuyub hazırlaşıb mətbəxə keçir..Minirə
xanım süfrəni qurur,digər yandan yumurtalı çörək qızardırdı...Rəsul masa
arxasında oturub mamasına baxırdı..Danışmaq istəsəyir amma danışa
bilmirdi.Minirə xanım da bunu görürdü.Axırı dözməyib o danışır.

-Sabahın xeyir oğlum..Sən istəyəndən qızardıram..gözlə indi bişəcək..

-Sabahın xeyir mama...Yavaş yavaş sözü açmağın yeri olduğunu düşünüb
danışmağa başlayır Rəsul-deyirəm çox yorulursan ev işlərində mama,bəlkə
tezliklə gəlin gətirim bu evə?

-Biz də onu istəyirik ay Rəsul..Ev işlərinə görə yox,sənin toyunu görmək
üçün...Boşqabı gətirib onun qabağına qoyaraq mehribanlıqla baxır

-onda hazırlaşın oğlunuz tezliklə evlənir-gülüb yumurtalı çörəkdən birini götürüb yeyir....

-Ay belə Allah xoşbəxt eləsin..Nə deyirik ki-onun boynunu qucaqlayıb öpür-kimdi bəs o gözəl qız,bizim tanıdığımız qız?

-Nəzrin....

-Bizim Nəzrin?-təəccüblə oğluna baxıb stula oturur....***



Müəllif: MiLady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!