Əvəzolunmaz (23-cü bölüm)

Əvəzolunmaz (23-cü bölüm)
Bölümlü Hekayələr
10.09.2017 12
Cahangir biz bura niyə gəldik?-Onun sakit baxışlarından bir şey başa
düşmürdü Səbinə..-Niyə elə baxırsan? Bu yolda bizim nə işimiz
var...Qaranlıq yolda ikisi tək idilər..Səbinə onun susmağına
tədirginləşirdi..Cahangir onun üzünə gülümsəyərək sığal çəkib arxasını
dönüb gedir.-Dayan hara,mənidə gözlə.. Addım atmaq istəyəndə ayaqlarının
tərpənmədiyini görüb qorxuya düşür.-Cahangiir getmə...Mənsiz
getmə.Caahhaangiir getmə...Getməəə-deyə sayıqlayıb yuxudan oyanır.Tər
içində qalmışdı..Gözlərini yumub yuxusunu xatırlayırdı ki telefonun
səsinə diksinib qorxur..Zəng edənin Cahangir olduğunu görüb sevinərək
açır..

-Sabahın xeyir ağıllı dəlim

-Sabahın xeyir..

-Səsin niyə belədi,xəstələnmisən?

-yuxudan indi oyanmışam ondandı yəqin

-tənbəl..Mən gedirəm Nail bəylə Qəbələyə.Orda bir neçə iclasa girib qayıdacağıq.

-Sən niyə gedirsən,Nail bəy tək gedə bilmir?

-filial rəhbərlərinin iclasıdı,məndə orda olmalıyam..Qayıdanda sənə xəbərim olacaq.

-Nə xəbər?qayıtmağını gözləyə bilmərəm indi de nə olar.

-yox qayıdım sonra.

-bəlkə məndə gəlim səninlə?

-başa düşmədim sənin orda nə işin var.

-sənə katibəlik edərəm-gülərək deyir.

-lazım olsa Səliməni aparardım..

-dilindən düşməsin Səlimə!nəisə sənə yaxşı yol-inciyərək deyir

-burnuma qoxu gəlir

-nə qoxu?

-qısqanclıq-deyib gülür..

-özündən razı!xeyir qısqanmıram..

-mən demədimki qısqanırsan...

Səbinə özü öz dili ilə qısqandığını bildirmişdi..

-Səbinə nə Səliməni,nə də digər birini özünlə tay tutma..Mənim üçün bir
sən varsan..Başqasına baxsaydım indiyə qədər baxardım..Mən ancaq səni
görürəm.Bir başqasını yox!..Birdə belə qısqanclığını görməyim..

-yaxşı nə deyirəm..Bu gün Oqtayla gəzəciyik,zəng çatmasa telefona narahat olma..

-Səbinə..!?

-Kim qısqanır indi?-bic bic gülür.

-Sən ayrı mən ayrı..

-hə,hə sənə olar mənə yox eləmi..

-Nə dedin sən?

-Heç..heç..heç nə...Səbinə yenə səhv etdiyini bilib sözünü danır..

-Səni sevirəm hədiyyəm..Getməyəcəksənki?

-Qorxma zarafat edirdim...

-Ağıllı dəlim..

-Dəlini silək,ağllı qalsın bəsdi..

-Yox ...Sən ikisi birindəsən..

-Bu mənə bir reklamı xatırlatdı....İkisidə eyni vaxtda-NEXTCAFE..-deyib gülürlər...

-Mən indi evdən çıxıram,pəncərəyə çıx üzünü görüm rahat gedim....Səbinə onun bu sözlərinə pis olur..Yuxusu yadına düşür..

-Yaxşı-deyib otağından çıxaraq balkona gedir..Pərdəni aralyıb ona sevgi
ilə baxan gözləri görür-Ehtiyatlı sürərsən maşını ora çox soyuq olur...

-Onun səsindən kədər hiss edir-nə oldu sənə?bax ağlasan incimə məndən qapınıza gələcəm..

-Ağlamıram..Söz verki qayıdacaqsan getdiyin kimi..

-Söz verirəm bax axşama yanında olacam..Səninlə neyləyəcəm,indidən sulugöz oldun..-onu güldürməyə çalışır..

Səbinə onunla sağollaşıb yatağına geri qayıdır..Biraz narahat idi...



Nəzrin evdə bekarçılıqdan sıxılırdı....Səbinəgilə getmək istəsədə
utanırdı..Ona görədə Səbinəni öz evlərinə dəvət edir..Qızlar birlikdə
oturub nişandan,toy haqqında danışıb gülürdülər...Gülər xanım onları çay
süfrəsinə dəvət edir..

-nə danışırsınız belə?gətirdiyi çayları masaya qoyur..

-nişandan danışırdıq mama...

-hə..pis olma Səbinə o hadisəyə görə inşaAllah gözəl bir qismət çıxar
qarşına..MaşAllah gözəl qızsan..-Gülər xanım bunu deyərkən Nəzrin göz
qaş edib susmağını işarə edir..Gülər xanım belə danışaraq bu işə razı
olmadığını bildirmək istəyirdi...Səbinəyə pis gözlə baxmırdı sadəcə belə
deməklə razı olmadığını bildirmək istəyirdi..Səbinə bir söz deməyib
suni gülüş qondurur üzünə..Pis olmuşdu Gülər xanımın
dediklərinə......Birazda orda qalıb evə qayıdır..Xalasıgil bu gün
gedəcəkdi..Onları yola salmağa hazırlaşırlar..

-Xala birazda qal..Onsuzda az-az gəlirsən..

-Ay gözəlim mənə demə bunu..Oqtaya de..

-İşkolik olub getdi xalaoğlu...

Xumar xanım Səbinəni oğluna almaq istəyirdi..Oqtayın narazılığına görə bu söhbəti bağladıı...

Onları hava limanınina Adil bəy aparır...Evdə sıxıldığından yatmaq istəyir....Yatıb Cahangir gələndə oyanmaq istəyirdi.....

Artıq axşam düşmüşdü..Hava qaralmışdı..Yuxudan doyub oyana
bilmirdi..Yadına Cahangir düşür,telefonuna baxanda ondan heç bir şey
olmadığını görüb narahat olur ..amma Nəzrindən saysız zənglər
vardı...Zəng edir..Nömrəsinin bağlı olduğunu eşidib lap narahat
olur..Yerindən sıçrayıb balkona gedir..Həyətə baxaraq Cahangirin
maşınını axtarırdı..İndi ayılmış kimi evdə heç kimin olmadığını hiss
edir..Mamasını səsləyib cavab almır..Zəng edir.

-Mamama sən hardasan,evdə heç kim yoxdur?Telefonda səslər eşidib ürəyi ağzına gəlir..Ağlaşma səsinə gözləri qaralır..

- Qızıım biz xəstəxanadayıq..Cahangirin maşını qəzaya düşüb..

-Nəəə...-dayaq taparaq divara yaslanır..

-Səbiş...ordasan?...hamımız burdayıq..Taksiyə otur gəl..

-yaxşı ..Telefonu söndürüb yerə çökür-Allahım ona heç nə
olmasın..Yalvarıram..Hiss etmişdim bir şey olacağını.. Necə
həyəcanlanmışdısa heç Cahangirin necə olduğunu soruşa
bilməmişdi..Üzərini dəyişib tez evdən çıxır..Taksiyə oturub xəstəxanaya
yollanır....İnanmırdı Cahangirə nə isə olduğuna...Taksiyə pulu ödəyib
düşür.-Allahım ona bir şey olmamış olsun..Yuxarı mərtəbəyə çıxıb hamını
orda gözü yaşlı görür..Heykəl kimi yerində donmuşdu..Nəzrin onun yanına
qaçıb qucaqlayır.

-Səbinə ona heçnə olmasın..Qardaşım ölməsin..Hər kəs onlara
baxırdı...Özünü güclə ələ almışdı ki Nəzrinin sözlərinə yaşlar
yanağından süzülür...

-O,ölməyəcək!-sərt şəkildə,sonra-ölməyəcək pıçıltı ilə deyib Nəzrini qucaqlayır...

-Necə olub qəza?..

Zümrüd onlara yaxınlaşıb qapının yanından aparır...

-Yollar qarlı imiş..Qarşıdan gələn yük maşını idarə etməni itirib onların maşınına dəyib..-Nəzrin gözlərini silib danışır..

Zümrüd özünü saxlayıb ağlamırdı..İstəmirdi ağlamaq..Anasına,atasına
dayaq olub dik dururdu...Cahangirlə bu xasiyyətinə görə
oxşayırdılar.İkisidə özlərini belə anlarda təmkinli aparmağı
bacarırdılar..Onlar heç kimin yanında ağlamazdılar..Dolub daşsalarda
bunu göstərməyi sevmirdilər..Zümrüd indi bu halda idi..Ürəyinə axıdırdı
göz yaşlarını..Zahirdən sərt görünürdü..Amma gözləri hər an ağlamağa
hazır idi...

-İndi vəziyyəti necədi Nəzrin?-Əlləri ilə üzünü qapadır.

-ağırdı dedi həkim..Maşını Nail bəy idarə edirmiş.Yük maşını onun
tərəfdən dəyib bizimkilərin maşınına..Sağ ayağı dizdən.sol qolu isə
çiyin hissəsindən sınıb...Cahangirin başı ən çox zədələnib..Həkimlər
–sözünün ardını gətirə bilməyib ağlayır...

Zümrüd onları belə görüb acıqlanır-özünüzə gəlin!...Səbinənin yanına
oturub-Mənə bax-əlindən tutur..-Cahangir yaxşı olacaq..İndi ağlamaq
vaxtı deyil!Biz onun yanında olmalıyıq.O bunu hiss edib o zaman tez
sağalacaq...-Səbinə ağlayaraq onu dinləyirdi..-Cahangirin səni nə qədər
sevdiyini hər kəsdən çox yaxşı mən bilirəm..Onuda bilirəmki belə anlarda
xəstə öz yaxınlarının,sevdiyi insanın sevgisini hiss edir..Səbinənin
gözlərini silir-Ağlama...Nəzrinə baxır-səndə!Biz güclü görünək ki o da
bizi duysun..İndi dururuq ayağa,gedirik mamagilin yanına..Onlar bizdən
betər üzülürlər..Onlara dəstək olmalıyıq...Səbinə yerindən durub-düz
deyirsən Zümrüd..Cahangirə heç nə olmayacaq bax görəcəksən-deyib üzünü
silir.Nəzrinin hələdə ağladığını görüb onu əlindən tutur-Bəsdi ağlama..O
yaxşı olacaq-desədə onu sakitləşdirə bilmirlər...Zümrüd qızlar görməsin
deyə üzünü dönüb gözündən axan yaşı silir.Sonra qızları əməliyyat
otağının yanına aparır..Nəzrin mamasını yanına gedib onu qucaqlayaraq
ağlayır..Hamı həkimin otaqdan çıxmağını gözləyirdilər.2saata yaxın idi
ki əməliyyat gedirdi..Biraz keçəndən sonra həkim palatadan çıxıb onlara
yaxınlaşır

-Həkim oğlum necədi?-Gülər xanımın göz yaşı dayanmaq bilmirdi qəzanı öyrənəndən.

H-Cahangir bəyin yaxınlarısınız deyəsən.

Z-bəli..Qardaşım necədi,əməliyyat necə keçdi?

H-Əməliyyat yaxşı keçdi..Amma onu bir müddətlik reanimasiyaya
almalıyıq..Həyati təhlükəsi var.Bilirsiniz ki beyin çox həssas
hissədi..Komaya düşmə riski çoxdu.-Səbinə bunu eşidəndən sonra həkimin
başqa nələr dediyini dinləməyib ordan uzaqlaşır.- Bu gecəni keçirə
bilsək hər şey yaxşı olacaq-deyib gedir həkim...Biraz
rahatlamışdılar..Amma komaya düşmə riskinə görə gecəni heç biri evə
getmir... Cahangiri xüsusi otağa almışdılar..Bədəninə bəzi alətlər
taxmışdılar.Başı isə sarğıda idi...Yanına heç kimi buraxmırdılar..Kiçik
şüşə pəncərədən baxa bilirdilər ancaq ona...

Səbinə həkimi dinləməyib xəstəxananın həyətinə çıxmışdı..Özünü çölə atıb
dərindən nəfəs alıb əli ilə ürəyini tutur..Dayandığı yerdə divara
sıxılıb ağlayır..-Ölmə,nə olar ölmə Cahangir-sinəsindən qopan hıçqırıqla
ağlayıb yerə çökür..Çiynində bir əl hiss edib başını qaldırıb mamasını
görür-mama o ölməsin,onu itirmək istəmirəm..Minirə xanım əyilib onu
qucaqlayır-Səbinə dur yerdən..

-mama ölməsin..Ona deyin ölməsin-əli ilə qapını göstərib sanki Cahangiri göstərirdi..

-qızım insan nələrə dözmür,Cahangirdə buna dözüb sağalacaq.inşaAllah
sabah görəcəyik ki açıb gözlərini.Minirə xanım bilirdi qızının onu
sevdiyini..Onu qaldırıb özü ilə aparmaq istəyir-gəl keçək içəri hava
soyuqdu,Xəstələnəcəksən..

-tək qalmaq istəyirəm mama.

-axı soyuqdu hava...Qızının yalvarış dolu baxışlarına dözməyib onun yanından ayrılır...

Özünü ələ almağa çalışsa da gözləri sözünə baxmırdı
Səbinənin..Xəstəxananın həyətindəki oturacqda oturur..Yuxusunu
xatırlayıb gözlərini silir-axı getmə demişdim sənə..Niyə sevdin
məni,niyə..Bilirəm bəlkədə eşidirsən məni o yataqdan durmasan səni
bağışlamayacam Cahangir.Bax ağlayıram sənə görə..Sən əsəbləşirdin mən
ağlayanda,indi sən özün ağladırsan.-başını qaldırıb havaya baxır..Biraz
oturandan sonra xəstəxanaya girir..Onun otağına yaxınlaşıb şüşədən seyr
edir..Gülər xanım onun yanına gəlir..

-O sağalacaq bilirəm,mənim oğlum güclüdü...Səbinə onun sözlərinə azacıq
dodağını qaçırıb gülümsəyir..Gülər xanım onu belə gözləri yaşlı görüb
özündən utanırdı..Haqsızlıq etmişdi Səbinə üçün..Onu Cahangirə
yaraşdırmırdı Elman söhbətinə görə..İndi səhvini başa düşmüşdü..

-Səbinə bağışla qızım..

-Nəyi?anlamayaraq Gülər xanıma baxır.

-Sənə qarşı haqsız hərəkətlər etdiyim üçün bağışla qızım..Allah məni bu etdiklərimə,düşündüklərimə görə cəzalandırdı oğlumla.

-Gülər xala siz səhv heç nə etməmisiniz.Bağışlanacaq bir şey yoxdu..Bir
ana kimi öz oğlunuzu düşünmüsünüz-mehribanlıqla gülümsəyir.

-Qızım-deyib Səbinəni qucaqlayır..



Gecədən xeyli keçmişdi. Minirə xanım gecənin bir vaxtına qədər onların
yanında qalıb sonra evlərinə gəlir yoldaşı ilə bərabər...Onlar üçün
yemək hazırlayıb biraz dincəldikdən sonra aparacaqdılar..Səbinəni özü
ilə aparmaq istəsədə getməyib qalmışdı..

.Mahir bəy hava almaq üçün çölə çıxmışdı.Nəzrin mamasının çiyninə başını
qoyub yuxulamışdı.Zümrüd isə Nail bəyə baxmağa getmişdi..Səbinə
pəncərənin qarşısından ayrılmayıb onu izləyərək ürəyində dualar
edirdi...Tez tez tibb bacıları yoxlayırdı Cahangiri..Bu dəfə həkim özü
gəlmişdi..Ona baxıb dəftərə bir neçə qeydlər alıb çıxanda Səbinə həkimin
qarşısına gəlir.

-necədi Cahangir?

-dəqiq bir şey deyə bilmərəm...

-həkim bilirəmki onun yanına heç kim buraxılmır..Xahiş edirəm 5 dəqiqəlik onu görməyimə icazə verin..

-olmaz xanım..Həkim 35 yaşında sərt görünüşlü cavan oğlan idi..Səbinənin
ağlamaqdan şişmiş gözlərini görüb ürəyi pis olsada icazə verə
bilməzdi..

-xahiş edirəm icazə verin onu görüm..

-pəncərədən kifayət qədər görünür..

-necədə ürəksizsiniz..Sizin sevdiyiniz insan o yataqda yatsaydı necə olardınız?bizim yerimizə qoyun özünüzü arada!

-xanım qız insanları tanımadan danışmayın-Səbinənin dediklərinə dodağı
qaçır həkimin-biz xəstənin rahatlığı üçün onun yanına heç kimi
buraxmırıq.

..............Həkimin sözünə daha heç nə deməyib üzünü pəncərəyə çevirib
Cahangirə həsrətlə baxaraq gözlərindən axan yaşları əlinin tərsi ilə
silir..

-yaxşı ancaq 5 dəqiqədən çox qalmayacaqsınız...-Səbinənin ağlamağına
dözə bilməyib icazə verir həkim..(Ax biz qadınlar,qadınlar..Kişilərin
silahı onların gücüdü.Bizim silahımız isə göz yaşlarımız)..Tibb bacıları
onu hazırlayandan sonra otağa girir..Qapıdan girən kimi yaşlar süzülür
yanağından..Gəlib onun yanında durur..

-Axı getdiyin kimi gələcəyinə söz vermişdin..Bəs niyə burdasan..-yavaşca
onun əlinə titrəyərək toxunur-Cahangir-deyib gülümsəyir..-İndi elə çox
istəyərdim can Cahangir deməyini,qucaqlayıb sinənə basmağını,ağlama
deməyini..Məni niyə sevdin, niyə sevdirdin özünü bu qədər?ağlayaraq
danışdığından gözlərindən axan yaşların onun əlinə düşdüyünü
görmürdü.-Bu yataqdan durmasan bağışlamayacam səni!..Mənə sevdirib özünü
gedə bilmərsən..Son vaxtlar bir şeyi çox düşünürdüm.Mənim heç kimi
sevməməyimin səbəbi bəlkədə sən idin..Bizim qismətimiz uşaqlıqdan
yazılıb...Bilirəm oyanacaqsan,sən məni bir başqası ilə görməmək üçün
burdan çıxacaqsan..Bilirsən səni müayinə edən həkim çox
yaraşıqlıdı.-deyib suni gülümsəyir.. "Bunu deyərək guya o eşidirmiş kimi
qısqandırmaq istəyirdi”

-...SƏNİ SEVİRƏM ...Oyan xahiş edirəm -Cahangiri əlini oxşayıb dodağının kənarından öpüb çıxır otaqdan.



Müəllif: Milady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!