Yetim qız (5-ci bölüm)

Yetim qız (5-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 14
"Çevrilmələr"



Bu da Eynər idi. Asya ürəyində Aman Allah bu axşam ki, oğlandır. Əgər dedisə batdım mən. Eynər bilirdi artıq axşamdan Asiyanın burda qaldığını tez yaxınlaşıb əlindən düşüb çiliklənən qabı yığmağa başladı.

Leyla bunu görüb eyvana çıxır. Əzizim burax Asiya özü yığar. Leylanı görən Eynər isə qalxır ayağa və yuxarı çıxır Leyla isə Asiyaya göz ağardıb barmağıyla hədələyir.

Artıq üç gün keçir.

Eynər hər gün Leyla bəhanəsiylə gəlir ora sırf Asiyanı görməyə. Çünki qəribə hisslər keçirir. Gecə gündüz bu məsum gözəl saf qızı düşünürdü.

Deyəsən əsl sevgisini hələ indi tapmışdı. Amma bəlkə də bu sevgi hamı üçün haram idi. Bəlkə Də Elə Ən Halalı bu idi.

Artıq İntiqam ilə Arzunun gizli macəralarından xəbər tutan yoldaşı İntiqamı dindirmir hətta boşanacağını demişdi. Mal mülkü bölüb.

Asiya isə utancaqlıq üzündən hər gün yenidən ölürdü. Heç kimin üzünə baxa bilmrdi.

Eynərin Ailəsi isə yaxın vaxtlarda Leyla üçün elçi getməyə hazırlaşırdılar.

Amma sanki artıq Eynər bunu istəmir o ailədən başqa qızı sevirdi. Asiyanı.Lakin bunu öz ailəsinə demək belə çox böyük məsuliyyət idi. Çünki bilirdiki atası böyük narazılıq edəcəkdi.

Çünki atası Qabil İntiqamın çox yaxın dostu idi.

Bir dəfə Asiya evdə Leylanın paltarını ütüləyəndə yandırır.Leyla itin sözünü deyir və əlindəki ütü ilə Asiyanın qolunu yandırır. Bu zaman isə sən demə Eynər sakitcə orda imiş.

Bunu görən Eynər qışqırır gicsən sən?!

Bilməyib də hələ qıza verdiyiniz əzab az deyilmiş kimi döyürsüzdə.

Allahınız olsun yetim qızdı.Yox canım bilsən necədi demişdiki Eynər Leylanın sözünü kəsir. Və qışqırır arxamca gəlmə deyib gedir.

Asiya isə ağlayaraq qaçır hinə. Balaca pişiyi ilə dərdləşir.

Kaş sənin yerində olaydım pişiyim nə dərd nə tasa çörəyimi suyumu verəydilər elə ancaq yataydım. Dəfələrlə Leyla Asiyanı sıxışdıranda Eynər görmüşdü bunu və Asiyanı qorumuşdu.

Günlərin bir günü....(ardı var)



Müəllif: Rəvan Nişançı Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!