Yetim qız (6-cı böülm)

Yetim qız (6-cı böülm)
Bölümlü Hekayələr
10.09.2017 17
"Çevrilmələr silsiləsi"



Günlərin bir günü, Eynərin ailəsi Leyla gilə elçi getmək fikrinə düşür. Eynər razı olmasa da elçilik baş verir. İntiqamdan razılıq belə alırlar və çox yaxında toy etmək fikrinə düşürlər. Artıq günlər bir birini əvəz edir Eynər nəyin bahasına olur olsun evlənmək istəmirdi. Atası gilə Leylanın və ailəsinin qəddar olduğunu o qıza necə zülmlər etdiyini desə də onun sözünə məhəl qoyan yox idi.

Bir gün Asiyanı marketə yollamışdılar yolda əlində yük gəlirdi. Özüdə axşam saatlarında və bir neçə qeyrətsiz oğlan qıza söz ata ata arxasınca gəlirdi. Qız hər addım atdıqca Bismillah deyərək ürəyində gedir nə olduğunu özü də bilmirdi və hətta çox qorxurdu. Bircə evə çatmağı bu qədər arzulayırdı ki canı qurtarsın. Qaranlıq küçə kimsəsiz küçə bir qrup oğlan qızın qabağını kəsir biri də qolundan dartıb əxlaqsız sözlər deyir qıza söyüş söyüb pul qarşılığında pis şeylər təklif edirdilər. Ağlamaqdan qızı hıçqırıq tutmuşdu. Uzaqdan isə bir maşın işığı göz çıxarırdı. Və maşın bunlara sarı yaxınlaşır. Dayanır. İçindən isə bir oğlan təlaşla düşüb söyüş söyür oğlanlardan birinə babat təpik ilişdirir digərləri onun üstünə gəlmək istəyən də isə maşından silahını çıxarıb göyə iki güllə açır bu anda isə oğlanlar güllə Kimi qaçırlar ordan. Bəli bu Eynər idi.Eynər Asiyanın əlindən tutub maşına otuzdurur.Qorxma sevgilim artıq mən yanındayam, əlinə üzünə su vurub su içizdirir. Səni bu gecə vaxtı çölə buraxanlrın qeyrətinə tüpürüm. Qız isə rəngi ağappaq ağarmışdı. Asiya mən səni sevirəm, mənim ol bircə hə kəlmənə dünyaları dağıdaram sənin üçün. Asiya özündə deyildi ilk öncə ilk dəfə belə gözəl sözlər eşitdiyi birini qucaqlayır, o onun qəhrəmanı ola bilərdi.

Amma yox o Leylanın nişanlısı axı. Özünə gələn kimi Eynər bəy çox sağ olun deyib maşından düşmək istəyir ama yox belə olmazdı Eynər onu evə kimi aparır maşınla.

Artıq gecə idi bütün gecə Eynər evdə Asiyanı düşünür, budur onun axtardığı qız xəyalları arasında gizlənən şəhzadə budur Leyla yox. Ona görə dünyanı dağıtmaq istəyirdi.

Asiya da gecə yarısı həyətdə çəmənlikdə üzü göyə uzanıb ulduzları seyr edir. Bir yanda cırcıramların səsi. Artıq Eynər dediyi sözlər ona bayaqki qorxunc hadisəni unutdurmuşdu.

Eynərin dedikləri isə ona açığı Xoş gəlmişdi. Hər qız belə sözlər sevgi arzulayar. Sonra isə iki böyük əngəl yadına düşür, və həvəsdən düşürdü. Birincisi İntiqamın ona etdiyi təcavüzü ikincisi Eynər Leylanın sevgilisi idi.

Artıq səhər açılır. Bu səhər başqa səhər. Bu səhər İntiqam yoldaşından boşanacaqdı....(ardı var)

 

Müəllif: Rəvan Nişançı Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!