Əvəzolunmaz (25-ci bölüm)

Əvəzolunmaz (25-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 14
Gözlər vardır sözləri anladır,sözlər vardır gözləri anladır..Bir də sevgi vardır səni anladır..MƏNİM tək sevgim sənsən!



Səbinə pəncərədən Cahangirə baxıb fikrə getmişdi ki,Rəsul Nəzrinlə
bərabər gəlir..Adil bəygil gəldiyinə görə onları evə yollamaq
istəyirdilər.Gülər xanım getmək istəməsədə Minirə xanım onu razı salıb
evlərinə yollayır...Səbinəni aparmaq istəyəndə o getmir..Axır razılığa
gəlirlərki Zümrüdgil evə gedib gələndən sonra Səbinə
gedər....Xəstəxanada Səbinənin ailəsi qalmışdı..Rəsulda onlarla
getmişdi..Həkim Cahangiri yoxlamağa gələndə Səbinəni pəncərənin
qarşısında görüb gülümsəyir..

-Siz hələdə burdasınız?

-Başı ilə hə deyir..Əvvəlki söhbətinə görə həkimdən üzr istəməli olduğunu bilirdi Səbinə...Əsəbi halda həkimlə kobud danışmışdı.

-Həkim?..Keçən dəfə sizinlə kobud danışdığım üçün üzr istəyirəm..Mən
insanlarla kobud rəftar edən biri deyiləm.Sadəcə.....Özünüzdə başa
düşürsünüz yəqin..İnsanın sevdiyi birinin orda olması nə deməkdi....

-Sizi çox yaxşı başa düşürəm..İndi icazəniz ilə xəstəmi
görməliyəm..Gülər halını pozmadan incəliklə söhbəti bağlayıb otağa
girir..

Onları pəncərədən görürdü Cahangir..İkisinində gülərək danışmaqlarını
qısqanmışdı..Həkim otaqdan çıxanda Səbinəyə onun çağırdığını deyir.

-Nişanlınız qısqanc biridi deyəsən..Sizi görmək istəyir.Keçə bilərsiniz.

-Çox sağolun həkim...Biraz elədi...Pəncərədən Cahangirə baxıb gülür..Onun otağına keçib yanına gedir..

-Bu da mən..Həkim dedi məni çağırmısan..

-Yaman mehribansınız..

-Düşmən olmalı idik?Cahangirin qısqandığını bilirdi..

-Səbinə!

-Can Səbinə-deyib gülür...

Onun belə deməyinə olan qalan əsəbi yox olur Cahangirin..O,da Səbinəyə qoşulub gülüür..Əlindən tutub yanında oturdur..

-Sən niyə hələdə burdasan?

-Mamangil gəlsin gedəcəm..

-Get mən burdan çıxana kimidə gəlmə..

-Niyə imiş?gələcəm..O,gözəl tibb bacıları ilə tək qoyacaq deyiləm ki səni!

-Rahat danışa bilmirəm onlarla sən olanda,gəlmə...

-Elə oldu?....Yerindən qalxır.

-hmm..

-Nə isə mən gedim...

Onun küsməyinə gülərək əlindən tutub yanına oturdur yenidən..

-Hara gedirsən?

-Həkimdən soruşacaqlarım vardı..

-Yenə həkim!?Sən məni dəli edəcəksən..-Əsəblə danışmağa başlayır..-Heç
bir yerə getmirsən..Burda oturub gözləyəcəksən mamagilin
gəlməsini..Deyib bir əli ilə başını tutur..Əsəbləşdiyinə görə başı
ağrımışdı...

Cahangirin hirslənməyinə narahat olur Səbinə..Hələ yeni çıxmışdı əməliyyatdan..Ona ziyan idi belə çox əsəbləşmək..

-Cahangir?...zarafat edirdim...Niyə bu qədər əsəbləşdinki..Gözlə həkimi
çağırım..Onunla nəvazişlə danışıb əsəbini sakitləşdirməyə
çalışır..Getmək istəyəndə Cahangir qoymur..

-Lazım deyil..

-Yaxşı..Mən gedim sən dincəl..

-Dedim burda qalacaqsan!..

-Cahangir...

-........................

-Onun belə kobud rəftarına pis olur Səbinə...Bilirdiki bu
keyləşdiricinin təsiri idi onu belə əsəbi edən...otaqda qala
bilməzdi.Həm həkim icazə verməzdi,həmdə valideynləri çöldə idi..

-Burda qala bilmərəm,icazə yoxdu..Həm atamgil çöldə gözləyirlər..Orada olacam narahat olma..

-Yaxşı....Səbinənin incidiyini bilirdi..Başının ağrısına görə bir söz deyə bilmir....

Cahangirin razı olmayacağını bilsədə otaqdan çıxan kimi onun ağrısının olduğunu həkimə bildirir..

Bir neçə saat sonra Gülər xanımgildə gəlmişdi..Səbinə pəncərədən
Cahangirə baxırdı..Onun kobudluğundan incisədə küsə bilmirdi..Onun
yatmağını seyr edib düşünürdü..Gülər xanım Səbinəni belə görəndə özündən
utanırdı..onun haqqda dediklərinə,düşündüklərinə görə pis
olurdu..Səbinənin yanına gəlib onu qucaqlayır.-Gözəl qızım get
dincəl..Narahat olma yaxşıdı oğlum...

-..........Gülümsəyib mamasıgil ilə bərabər gedir...Getsədə ürəyi
Cahangirdə qalmışdı..Onun bayaqki halına narahat olmuşdu..Amma evə girər
girməz bütün əhvalı dəyişir..Birbaşa mətbəxə keçib qazanın qapağını
açıb yeməkdən bir qaşıq götürür..

-bəh...bəhhh...bəhhh..Ay mama az dadlı bişir bunları..Bir gün qapıdan keçə bilməyəcəm..

-Harda idi o günlər?keç üzərini dəyiş rahat gəl ye...-Danışaraq öz qazın altını yandırır..

-Əlimi yuyum tez gəlirəm-qaçaraq hamama gedib əl üzünə su vurub
qayıdır..Masaya oturub yeməyini yeməyə başlayır...Yadına xəstəxanada
maması ilə danışdıqları düşür..

-Mama?

-Hə qızım..

-Şey ..hirslənməmisənki mənə?

-Nəyə görə?

-Cahangir...deyib susur..Utanırdı ardını gətirməyə..Minirə xanım üzündə xoş təbəssüm ilə qızına baxır.

-Yox qızım...Sən,Rəsul xoşbəxtsinizsə məndə xoşbəxtəm..



Zümrüd dəhlizdə gözləməkdən yorulub Nailin otağına getməyi düşünür.Amma
utanırdı..Biraz düşünüb onun yanına getməyi qərara alır...Ona acıqlı
olsada bir qüvvə onu Nailə itələyirdi..Niyə inanmırdı Nailə?.....Niyə
onu hər görəndə əsəbləşirdi bu qədər?..Qorxduğu nə idi Naildə,sevgisi
yoxsa yaraşıqlı olması?.Özü ilə ürəyində danışaraq gəlib çatmışdı onun
qapısının yanına..İçəri girib girməməkdə tərəddüd edirdi.Qapının
qarşısında durmuşdu ki qapı açılır..İçəridən Kərim çıxır..

-Zümrüd?

-........Özünü itirir..Mən..Mən.

-Gəl içəri.Məndə aşağı düşürdüm..Yaxşı oldu gəlməyin..Tək qalmaz Nail..

-Nigar xala yoxdu?

-Yox yoxdu..Birazdan gələcəklər..Mən getdim hələlik sizə..Nailə göz vurub gedir..Zümrüd içəri keçib qapını bağlayır..

-Xoş gəldin...

-Necəsən?..Yəqin uzun müddət hərəkət edə bilməyəcəksən...Nədə olsa...

-Yaxşıyam sən necəsən?..Həkim dedi tez düzələcəm çox qırığım yoxdu...

-Lap yaxşı..

-Nə isə olub?fikirli görünürsən..

-Yoo...yox.ya da hə...Nigar xalaya nə demisənki məni tanıdı?Yəqin pis qız kimi tanıyırlar məni..

-Niyə pis biri kimi tanıdıqlarını düşünürsən?

-......................

-Anama heçnə deməmişəm..Sənə aldığım üzükdən tanıdı..Üzük zümrüd qaşlı
idi..Sənin adın və gözlərin kimi..Mənimlə evlənməsən anamın əlindən
qurtarmayacam..Bacıma zəng edibki toya hazırlaş..-deyib gülür.

-Nə?nə toy..

-Bizim toyumuz..Hə de bitsin bu iş..Mənimlə evlən..Səni itirmək istəmirəm Zümrüd..

-Qəzada Cahangirin yox sənin başın zədələnib deyəsən!..Mən hələ oxuyacam..Sonra işləyəcəm..

-Mən oxuma demirəm..Oxu amma mənim yanımda olaraq..Evlənək gedək mənimlə
NevYorka .....Nailin belə danışmağına sevinirdi.Amma bir tərslik onu
razı olmağa qoymurdu.

-Yoxx evlənmirəm səninlə..Heç tanımıramda səni..

-Uzandığı yerdən dikəlmək istəyəndə qolu incidir Zümrüd onu tutub yerinə uzatmaq istəyir..

-Uzan daha çox ağrıyacaqsan...Göz gözə qalırlar...

-Belə tərs olma Zümrüdüm...Bilirəm razısan amma etiraf etmək istəmirsən...Mənə inan..Səni incitmərəm..

-Bu sözləri başqa qızlara deyərsən!Sənə onlar ancaq inanar...Acıqlanıb ondan uzaqlaşır...

-Mənim gözəlim qısqancmış..Bu da qəbuldu mənə..Sən hər şeyinlə qəbulsan..

-Sənin gözəlin mən deyiləm!-deyib otaqdan çıxır..Nailin ağına qarasına deyinərək gedir..



Cahangir oyananda mamasını yanında görür..Yerindən qalxıb
oturur...Əvvəlki əsəbi yoxa çıxmışdı...Xəstəxanadan çıxmaq
istəyirdi..Həkimin müayinəsindən sonra sabah çıxmaq üçün razılığını
alır...

Səbinə hazırlaşıb Nəzrinlə bərabər evdən çıxır..Rəsula xəbər vermədən
evdən çıxdıqlarına görə narahat idi Nəzrin..Onun hirslənməyindən
çəkinirdi..Bəzən bir söz,bir baxış bəsdirki biz özümüzü yığışdıraq..

-Rəsul hirslənsə deyəcəm sən qoymadın zəng etməyə..

-Deyərsən..De ki baldızım qoymadı..Ay Nəzrin biraz hava alaqda.Rəsula desək qoymayacaqdı tək getməyə..

-Cahangirdə hirslənəcək..

-Az danış..Gəl..Onun qoluna girib qarda balaca uşaq tək sevinərək
gedir..Xəstəxanaya çatıb Cahangirin otağına qalxırlar..Nəzrin içi içini
yeyirdi..Səbinəninsə dünya aləm vecinə deyildi...Hamı otaqda idi..



Müəllif: Milady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!