Əvəzolunmaz (27-ci bölüm)

Əvəzolunmaz (27-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 33
Səbinənin işdə onsuz olmasını istəmirdi Cahangir..Tez tez mesaj yazıb nə
etdiyi ilə maraqlanırdı..Lazım olmadıqca otaqdan çıxmamasını
tapşırmışdı...Qızlar işlərini bitirib Rəsulu gözləmək üçün çöldə
dayanırlar..Yeni praktikaya gəlmiş Elvin vacib bir kağız üçün onların
yanına gəlir..Bilmədiklərini onlardan soruşur..Qızlar kömək edib
bildiklərini ona izah edirlər..Başları qarışmışdı ki,Rəsulu qarşılarında
görürlər..Elvin onlara minnətdarlığını bildirib içəri keçir..Nəzrin
onun əsəbi sifətini görüb ürəyində dualarını edir..

-Səbiş batdıq..Rəsulun əsəbləşməyindən narahat olsada sakitliyini pozmamağa çalışır.

-Qorxma mən yanındayam!...

Rəsul onlara yaxınlaşır-O kim idi?!..İşdən çıxıb gəldiyinə görə geymini
dəyişməmişdi..Bilirdi ki Nəzrinin çox xoşuna gəlir onu belə
görmək..Əsgər geyimi hansı oğlana yaraşmazki?..Gəlib gedənlərin ona
baxdığını görüb acığı tutur Nəzrinin..

-Yeni gəlib..Bizim kimi praktikaçıdı....

-Sizin yanınızda nə işi var?

-Bir sənəd haqqında soruşurdu....Səbinə onlara baxıb ağzını açmağa imkan tapmırdı..

-Sizdən başqa soruşmağa adam tapılmır bankda!?

-Bizdən soruşanda nə olurki?

-Hirs ilə maşına oturur..Qızlarda onun ardından gedib otururlar..Səbinə
danışmaq istəysədə susmağının məsləhət olduğunu başa düşüb
dinmir..Rəsula əsəbi olanda yaxın durmamaq lazım olduğunu
bilirdi...Nəzrin onun bu qədər qısqanc olmasını başa düşə
bilmirdi..Özünü pis hiss eləyirdi o belə olanda..Axı o səhv bir hərəkət
etməmişdi..Qısqanclıq inamsızlıqdan yaranır bəzən..O,artıq Rəsulun ona
inanmadığını düşünməyə başlayırdı.EVə çatıb düşürlər...

Səbinə üzərini rahatlayıb yeməyini yeyir..Nəzrinlə danışıb onlara
gedir..Elə yeni çatmışdı ki bankın bir neçə işçisi gəlir,aralarında
təbii ki Səlimədə var idi..Bu dəfə nə əcəbsə qapalı geyinmişdi....Onlar
oturub Cahangirlə söhbət edirdilər..Zümrüdgildə çay süzürər..

Z-Bu qadın kimdi 4 kişinin içində gəlib?

N-Sənə demişdime Səlimə..bax o..

Z-hə Cahangirdə gözü olan?..Səbinəyə baxıb gülürlər..

S-mən ona göstərəcəm gözünün orda burda olmağını!..

Z-Əcəb edərsən Səbiş...Onun kimilərinə görə insan heç kimə inana bilmir..-Çayı süzərək ona baxır-Nə edəcəksən bəs?

-Əlinə istiot qabını alıb gülür-Bax bunu edəcəm..

N-ha.ha.ha...

Z-Ver bura...Səbinədən alıb istiotu çaya töküb qarışdırır.

N-gəlin baldız bir birinizin tayısınız-onlara gülürdü.

Çayı Zümrüd aparır..Hərəninkini öz qarşısına qoyur..Nəzrinlə Səbinə
qapıdan onlara baxıb gülməmək üçün özlərini saxlayırdılar..Cahangir
onlarda bir hal olduğunu başa düşür...Zümrüd çayları qoyub Səbinə göz
vuraraq otaqdan çıxır...Çaylar içilirdi..Səlimə içmək istəyəndə fikri
söhbətdə olduğuna görə çayın ətrinin dəyişdiyini hiss eləmir..Elə bir
qurtum almışdı ki rəngi dəyişir..Məcbur qalıb o qurtumu udur..Salfetlə
ağzını tutur.Nəzrin güləmyini saxlaya bilməyib əli ilə dodaqlarını
tutur..Səbinə isə halını pozmadan onlara baxırdı..Səlimə anlayır ki bunu
ona kim edib.Səbinəyə qanlı-qanlı baxır...Hərkəs çayını içib bitirəndən
sonra Səbinə yenidən çay təklif edir..

-Səlimə xanım siz heç çayınıza toxunmamısınız..Təzələyim istəyirsiniz!..

-Çox sağol Səbinə..İstəmirəm!..Mən bilən bu evin qızı Nəzrindi,sən niyə süzürsən çayı?

-O da bu evin qızıdır Səlimə xanım,həmdə mənim nişanlım-deyib Səbinəyə
baxır Cahangir...Otaqdakılar sevinərək onları təbrik edirlər.

-Filiala rəhbər keçmisiniz...Təbriklər.....Allah xoşbəxt eləsin ...Səbinə qızımızın ayağı düşərli olub sizə..

-Çox sağol Əmirxan dayı(mühasibatçı)..Biraz elə oldu-ikisidə gülüb
Səbinəyə baxırlar..Siniyə qabları yığıb mətbəxə keçir tez..Nəzrində onun
ardından gəlib qucaqlayır Səbinəni..

-Eşitdin Səbiş?qaqaşın vəzifəsini artırıblar....

-Nəziş boğuldum...Cahangirdən qabaq sən öldürəcəksən məni
deyəsən...Gülüşərək sevinirlər..Qonaqlar birazda oturub
qalxırlar..Səlimə onların nişanlı olduqlarını eşidəndən kefi
qaçmışdı..Planları suya düşmüşdü bir sözlə...

Qonaqlar gedəndən sonra qızlar qonaq otağına keçir..Nəzrin qardaşını
qucaqlayıb təbrik edir...Zümrüd onların yanına gələndə qızları sevincək
halını maraqlanır..

-Zümrüd...qaqaş bankın rəhbəri seçilib..Mənim qardaşımdan bacımdan
birdənədi,birdənə-deyib onu qucaqlayır....Zümrüd ani şok yaşamışdı
eşitdiklərinə..O,da qardaşını təbrik edir..

-Bunu bizə nə vaxt deməyi düşünürdün,bilmək olar?-deyib Səbinə gözlərini süzür..

-Sənə Qəbələdən qayıdanda xəbərim olacaq demişdim..Bax bunu deyəcəkdim....

Qızlar onları otaqda tək qoyub aradan çıxırlar..

-Bayaq Səliməyə baxıb niyə gülürdünüz?

-Mən?mən gülməmişəm..Şər atma üzərimə..

-Səbinə!

-Caan...

-ikisidə gülür bu sözə...-Sözümü oğurlama..Sənin hələ cəzan var..

-Mən yazıq neylədimki?yazıq sifət alıb ona baxır..

-Elə baxma mənə,sən bilirsən neylədiyini..Sizə kim deyibki durub tək gəlin xəstəxanaya!..

-Hava gözəl idi gəzmək istədim..

-Rəsul ilə də gəzərək gələ bilərdin..

-..........................

-Düşünmürsənki başına yenə bir hadisə gələrdi?!Niyə bu qədər özbaşına hərəkət edirsən..

-Mən sadəcə qarda gəzmək istədim...Yadına qaçırıldığı gün, Elman düşür..Gözləri dolur....

-Səbinə?..onun kövrəldiyini görüb peşman olur sərt
danışdığına...Yerindən qalxıb onun yanına getmək istəyəndə Səbinə ondan
əvvəl tərpənib evdən çıxır..



Otağında uzanıb kitabını oxuyurdu Nəzrin..Telefona tez tez baxıb bir
mesaj ya da bir zəng gözləsədə heç nə yox idi..Fikrini dərsə vermişdi ki
Rəsuldan mesaj gəlir..Onu aşağıda gözlədiyini yazmışdı..Gecə olduğundan
Nəzrin evdən çıxmaq istəmir..Gələ bilməyəcəyini yazır...bir necə dəqiqə
sonra Rəsulun inad etməsinə görə üzərini geyinərək Zümrüdə xəbər verib
həyətə düşür...Maşına söykənib havaya baxan Rəsula baxıb gülür..Sonra
ciddiləşib,paltosunun yaxasını əli ilə özünə sıxaraq onun qarşısında
dayanır..Rəsul ona baxıb gülümsəyir..

-Niyə məndən küsürsən?niyə?

-içmisən?..

-niyə Nəzrin,niyə səni bu qədər sevirəm?

-Yavaş eşidəcəklər-əli ilə onun ağzını tutur..-get evinizə,sabah danışarıq...

-Nəzrinin biləyindən tutub yavaşca əlini çəkir-yox indi danışaq..-Səni
çox qısqanıram,mən nə edim?...özümlə bacarmıram..Nə zaman səni bu qədər
çox sevmişəm?..

-Ətrafına baxıb heç kimin olmadığına rahatlayır..

-Nəzrin-.....onu belindən qucaqlayıb özünə sıxır..

-hmmm..

-Birdə küsmə məndən..Bir gün səninlə danışa bilmədim özümə yer tapa bilmirdim..

-.....................

-Birdə mənsiz heç yerə getməyəcəksənki?

-Sən mənə inanmırsan?

-Sənə yox insanlara inanmıram mələyim..Məni sevirsən?

Onun sevgi ilə parıldayan gözlərinə baxanda inadına yox demək istəyir
amma bacarmır...Bu ürəkdi necə sevgisini gizəltsin?Hələdə ki
qarşılıqlıdırsa...

-Cavab verməyib onu bərk qucaqlayır....

-Mən belə olmaq istəmirəm 2 həftəyə toy olacaq!..

-Necəsənki?-ondan ayrılıb sual verir..

-Səni küsdürüb özümə yer tapa bilmirəm...Sənin yanında bir başqasını görmək istəmirəm..Özümü hardan saldım bəlaya....

Danışıb onun könlünü almağı bacarır..Nəzrin sakit təbiətli biri
idi..Onun üçün Rəsulun hər sözü qanun kimi idi...Çox inadkar xarakterdə
deyildi...

Səbinə gecəni göz yaşları ilə keçirir..Qaçırılma hadisəsindən sonra çox
kövrək olmuşdu..Cahangirin sərt danışığına qəlbi qırılmışdı..O biraz ilk
qarda gəzmək istəmişdi..Sağolsun Rəsul ilə Cahangir burunundan
gətirir...Cahangirin zənglərinə cavab vermir...Yastığını qucaqlayıb
ağlayaraq yatır..Qərara gəlmişdi sabah Cahagirlə ciddi söhbət
edəcəkdi...



Müəllif: Milady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!