Əvəzolunmaz (29-cu bölüm)

Əvəzolunmaz (29-cu bölüm)
Bölümlü Hekayələr
10.09.2017 9
Qonaqlar gedəndən sonra başı qarışıq olduğundan Cahangir ilə danışa
bilməmişdi...İşlərini yekunlaşdırıb yatağına uzanır..Yorğanını üzərinə
çəkib Cahangiri yığmaq istəyirdi ki qəlb qəlbə qarşı məsəli ondan zəng
gəlir..Üzündə gülüş yaransada toyun tez olmağını xatırlayıb qaşqabağını
tökür..

-Eşitdim biri mənə hirslənib..

-Düz eşitmisən...

-Mən sənə izah elədiyimi düşünürdüm..

-Mənimdə fikirlərimi soruşmağını demişdim..

-Evlənmək istəmirsən?

-İstəyirəm amma belə tez yox..

-Niyə?

-Bilmirəm..

-hmm....

İkisidə biraz susurlar..Səbinə onun qəlbinə dəydiyini anlayır..

-Cahangir?

-Caan..

-Məndən küsmədin?son iki ayda bu qədər olanlar məni çaşdırıb..Sən və Mən..sonra bu üzük

-Mən səndən istəsəmdə küsə bilmərəm Səbinə..Yadımdan çıxmamış deyim sabah səninlə üzük almağa gedəcəyik..

-Barmağımdakı nədir bəs?Hə küsmə sən heç zaman məndən..Mənə olar sənə yox-deyib gülür..

-O üzük mamanın sənə hədiyyəsidir..Bizim üzüklərimizi hələ alacam...Niyə mənə olmaz küsmək?

-Çünki sən oğlansan..Oğlan dediyin küsüb inciməz..Qızlara məxsusdu küsmək..

-Ay səni çoxbilmiş.....Gecəni beləcə şirin şirin danışaraq keçirirlər...

Sabah qızları dərsə Rəsul aparır...Cahangirdə hazırlaşıb işinə
gedir..Günorta Səbinəni dərsdən götürüb üzüklərə baxmağa
gedirlər..Səbinə,onun qarşısına qoyulan hər bir üzüyə heyran
qalırdı..Cahangir ona baxıb gülürdü..

-Səbinə seç daha bunlardan birini..

-Hamısı çox gözəldi axı..Seçim edə bilmirəm...Əlini birinə uzadıb
göstərir-bax buna gör necə incədi...Sonra da digərini göstərib-hii bu
ondan lap gözəldi...Cahangir?yazıq sima ilə ona baxır

-Can Cahangir..Elə baxma..

-Onda özün bəyən birini mənə..

-Sən seçsən yaxşı olardı...Yaxşı-yaxşı elə baxma...Xoşuna gələn üzüyü
götürüb ona uzadır-Bax bu çox xoşuma gəlir..Cahangirin əlindən alıb
üzüyə heyranlıqla baxır..

-Az bax..Ondan alıb üzüyü barmağına taxır..-İncə barmaqlarını yaraşdı....

-Bu çox gözəldi Cahangir...Olar üzüklərimizə ad yazdıraq?

-Seriallara çox baxdığın burdan bilinir-ona gülüb razılaşır..

Sonra Cahangirə üzük seçib götürürlər.Səbinədən fərqli olaraq o
rahatlıqla birini bəyənir...Sonra bir yerdə oturub yemək yeyib şirkətə
qayıdırlar...Səliməni görsədə vecinə almırdı..Onun cavabını Cahangir
vermişdi...



Toy hazırlıqlarına başlamışdı ailələr..Nəzrin ilə Rəsul otaqları üçün
mebəlləri seçib evə yığdırmışdılar..Onlar ayrı evə
çıxmayacaqdılar..Rəsulun otağını təzə gəlin otağı kimi
bəzəmişdilər..Toya 3 gün qalırdı...Bütün işləri həll edib sona gəlinlik
almağı saxlamışdılar..Gəlinlik üçün qızlarıda özləri ilə
aparırlar.Cahangir gəlmək istəsədə işinə görə alınmır..Amma Səbinəyə
başa salmışdı ki çox cəzb edici geyim almasın..Qızlar Nəzrinə
gəlinliklər göstərib geyditdirirdi..Bəyənib bəyənməmək isə Rəsula
qalırdı..Bir neçəsini mız qoyub bəyənməmişdi..Axırıncı gəlinliyi geyinib
çıxmışdı ki Rəsulun heyran baxışlarını gülür Nəzrin..Rəsul onu
alacaqlarını deyib sevindirir qızları..Bezmişdilər artıq gəlinlik
seçməkdən..Növbə Rəsulun idi..İndidə ona bəylik seçirdilər..Butikə girən
kimi Nəzrinin gözünə bir geyim sataşır..Qızları çağırıb onlara
göstərir..Zümrüdlə Səbinə biraz müzakirə edib geyimə bir neçə aksesuar
qataraq razılaşırlar onunla..Rəsul isə öz aləmində idi..Geyimlərə başı
qarışmışdı..Nəzrin onu səsləyib çağırır...Qızlar üçüdə birlikdə
manikendəki geyimin qarşısından çəkilib ona göstərirlər..Rəsul ilk
razılaşmır..Nəzrinin yalvarışından sonra geyinir..Güzgünün qabağına
keçəndə bəyənmədiyi geyimin ona belə gözəl yaraşdığına inanmır...Qızlar
kənardan ona baxıb gülürlər....Sıra Zümrüd və Səbinə də idi..Ziyafət
geyimləri olan bir butikə girirlər..Zümrüd özünə qara,dar,balıq
ətəyi,kənardan maloçnu rənglə əhatələnən gözəl bir don seçir...Səbinə
bir neçə geyim seçsədə yenə seçim arasında qalır..Axırda qızların
köməkliyi ilə birinin üstündə qalır..Bədənə oturan açıq rəngli dantəl
qarışığı donu bəyənir..



Gün ərzində çox yorulmuşdu Zümrüd..Yorğunluqdan yatağında yuxulayırdı ki
telefonun səsinə dik atılıb səksənir..Ürəyini tutub dərindən nəfəs
alır..Telefonun ekranına baxanda nömrəni tanımır..İlk əvvəl açmaq
istəmir ama sonra açır..Toy hazırlıqlarında olduğuna görə düşünürki
tanış biri olar..Alo demişdi ki oğlan səsi eşidib kimin olduğunu
xatırlmağa çalışır..

-Necəsən Zümrüd?

-Yaxşıyam sağolun.. siz kimsiniz?

-Nail..

-........................

-Deyəsən narahat elədim yatmışdın..

-Sən hardan bilirsən yatdığımı?

-Yuxulu səsindən...

-Niyə zəng eləmişdin?

-Pəncərədən baxa bilərsən?bilmirəm işıq yanan pəncərələrdən hansıdır sənin otağın..

Zümrüdün yatağı pəncərənin yanında idi..Dizləri üstünə qalxıb pərdəni çəkib baxır...

-Sən burda neynirsən?

-Səni görməyə gəldim...Maşına söykənib ona baxaraq danışır.

-Dəli olmusan?Cahangir görsə nə deyəcəksən?

-Məndə görməyini istəyirəm...

-Yox sən dəqiq dəli olmusan..

-3 gün vaxtın var Zümrüd..ya xoşluğunla mənimlə evlənəcəksən ya da mən bilirəm nə edəcəm-deyib ona gülümsəyir..



Toy günü 

Qızları salona Rəsul aparır..Cahangir isə qonaqlar,restoran ilə məşğul
olurdu....Toy axşam olacaqdı..Nəzrin saçlarını buruq elətdirib
kənarlarından topladır..Üzünü sadə makyaj elətdirir həmişəki
kimi..Onsuzda ona çox makyaj yaraşmırdı..Üzünün gözəlliyini əksinə
korlayırdı bəzənmək....Səbinə saçlarını fenlədib düzləşdirir..Saçları
buruq halında gödək görünürdü..Fenlənəndən sonra o buruq saçları uzun
gözəl görünür...Parlaq gecə makyajı elətdirir..Zümrüd saçlarını topuz
yığdırır..Yaşıl gözlərini vuğulayan cəlbedici makyajla görkəmini
tamamlayır....Hazır olduqdan sonra Rəsul onları götürüb evə
qoyur....Qohum əqrəbalar yığışmışdı evə artıq..Tez birtəhər üzərlərini
geyinirlər..Səbinə oğlan evi olduğu üçün Nəzrinin yanında ola
bilmirdi..Zəng edib ayaqqabısının altına onunda adını yazmasını deyir..

-Ay dəli onsuzda nişanlısan daha adını niyə yazdırırsan?

-Az sən yaz..Rəfiqəmin ayaqqabısına adım yazılmalıdı ya yox?

-Yaxşı-yaxşı yazıram.-gülüb danışığıqlarını sonlandırırlar...

Vaxt yetişir,vağzalı sədaları altında bəy evi çıxaraq gəlin evinə
gedir..Rəsul əlində gəlin gülü ilə qonaq otağına keçib onu Nəzrinə
verir..Böyüklər bir ağızdan xeyir dualarını,təbriklərini
deyirdilər.Gəlinin belini bəyin qardaşı bağlayar..Nəzrinin belini
başqasının bağlamağını istəyəndə Rəsul qoymur..Cahangir onun
dostu,qardaşı sayılırdı..Qız evindən olsada onun bağlamağını
istəmişdi..Cahangir lenti iki dəfə Nəzrinin belinə bağlayıb
açır..Üçüncüdə isə bağlayır..Ətrafdakılar buna kövrəlmişdi..Səbinəya
baxanda onun dolmuş gözlərini görüb şirin təbəssüm qonur üzünə..Mahir
bəy qızını çırağın başına fırladaraq xeyir duasını verirdi onlara..Bütün
adətləri yerinə yetirib vağzalı səsində evdən çıxırlar..Qapını Zümrüd
bağlayacağından tək qalmamaq üçün Səbinəni özü ilə saxlayır...Hər kəs
maşınlara oturub getməyə hazırlaşır...Cahangir qızların hələ düşmədiyini
görüb yuxarı çıxır..Zümrüd bir iki əşyasını götürüb qapını bağlayıb
qardaşıgil ilə blokdan çıxırlar...Bibisi qızı Laləni Cahangirin
maşınında görüb görüşür Səbinə...Lalə 22 yaşında idi..Zümrüd kimi o da
magistr imtahanlarına hazırlaşırdı..İmtahana görə onlarda qalacaqdı bir
müddət..Amma Səbinənin bundan xəbəri yox idi..Səbinə arxa oturacaqda
oturmaq istəyəndə Zümrüd qoymur..Ona təkid edib Cahangirin yanında
oturdur...Qızlar deyib gülərək həyəcanlarını yatırmaq istəyirdilər..

-Səbiş əllərin yenə buz kəsib..

-Həyəcandandı yəqin Zümrüd..Ay necə gözəl görünür bizimkilər...

-Sən niyə həyəcanlısanki?-Cahangir onun əlindən tutub narahat olur-Belə
incə don geyinəndə buz kimi olarsan!..Həm mən sənə demədim çox cəlbedici
olma?

-Qardaşımın,həmdə yaxın rəfiqəmin toyudur,necə həyəcanlı olmayım..Bütün
gözlər üzərimizdə olacaq...Yaxşı da Cahangir..Bütün geyimlər belə idi..

-Bizim gəlinimiz hamıdan gözəldi..Qızla işin olmasın...

-Sağol baldız sən məndəndə gözəl görünürsən..-Arxaya boylanıb onun əlindən tutur-Bu toydan sonra elçilər qapını qıracaq...

-Yox,yox başıma iş açılmasın..Mamanın əlindən qurtula bilməyəcəm bu dəfə...

Lalə çox söhbətə qoşulmur,sadəcə gülümsəməklə yola verir..Restorana
çatırlar..Rəsulgilin maşınına yaxınlaşıb içəri keçməyin vaxtı olduğunu
deyirlər....Musiqi sədalarında zala daxil olurlar...İlk rəqslərini edib
yerlərinə otururlar....Toy çox gözəl keçirdi...Səbinə ilə Zümrüd doyunca
sındırırlar toyda..Naildə gəlmişdi..Zümrüdən gözünü çəkmirdi...Cahangir
oynamağı çox sevmədiyindən rəqsə qalxmırdı...Arada Səbinənin inadına
görə rəqs meydanına gəlirdi...Toyun axırına yaxın lirik rəqsə bütün
cütlüklər qalxır..Səbinə oynamaqdan yorulsada bu rəqsi etməsə ürəyi
partlayardı..

-Yorulub əldən düşmüsən..

-Hə..Ayaqlarım sızlayır..Neçə saatdır bu hündürdəyəm..Amma xoşdu,bax sənə çatmışam..

-Sən hələ bu qədər gözəl görünməyin cavabını ver mənə..

-Sənin yanında eybəcər olmayacaqdımki...

-Sən mənim gözümdə dünya gözəlisən..Bir daha elə düşünmə...

-.....................

-Bəlkə toydan çxıb yenə gəzək?

-Yox birdə bu geyimdə heç yerə gedən deyiləm səninlə..Bu gecə əmimgildə
qalacam..Mama qoymadı evdə qalmağa-dodağını sallayıb bikefləşir..

-Düz edir Minirə xala..Uşağın evdə qalmağı düzgün olmaz..-onu zarafata tutur.

-Deməli uşağam hə?.

-Hə..Sən mənim uşağımsan..Özüm böyüdürəm səni...

-Gözlərini süzüb cavab verməyib rəqslərini edirlər...



Zümrüdü rəqsə dayısıoğlu dəvət edir..Bu zaman Nail bayırda olduğundan
zala daxil olanda onları görüb yaxınlaşır...Onların rəqsini yarım bölüb
Zümrüdlə rəqs etmək istədiyini deyərək əlini uzadır..Oğlan kobudluq
olmasın deyə aradan çəkilir....Rəqs etdiklərində Zümrüd ona çox
baxmamağa çalışırdı.Nail ondan gözünü çəkməyib heyranlıqla baxırdı..

-Bir insan bu qədərmi gözəl ola bilər..

-Bu sözlərini başqalarına saxla..

- 3 gün bitdi.Görürəm öz xoşuna razı olmayacaqsan..Daha gözləməyəcəm Zümrüd...

-..............Ona cavab verməyib özünü vecsiz göstərir....

-İndi çıxırsan burdan..Yoxsa mən özüm aparacam səni..

-Nə?..Mən heç yerə getmirəm..Onun əlindən əlini çəkmək istəyəndə Nail qoymur..

-Cəhd belə etmə...Gəlirsən mənimlə yoxsa özüm aparım!?Düşünməki əlimdən
çıxan kimi azadsan..Çöldə səni gözləyirəm,gəlməsən özüm gəlib
gətirəcəm....

Onun əlini buraxıb zaldan çıxır...Zümrüd onun dediklərinə yerində donub
qalmışdı..Yerinə keçib oturur..Seçim qarşısında qalmışdı..Getmək
istəmirdi.Amma Nailin gəlməyindən ehtiyat edirdi...Qərara gəlib yerindən
durmur..Getməyəcəkdi..Biraz vaxt keçəndən sonra Naili qapıda görüb
narahat olur..Onun üzündəki gülüşə qəzəblənir...Nailin yaxınlaşdığını
görüb tez yerindən qalxıb ona tərəf gedir..Yanından düz keçib zaldan
çıxır...Çöldə onun gəlməyini görüb acıqla baxır..

-Buyur sözünü de!

-Burda deməyəcəm.Otur maşına..

-Sən lap ağ elədin..-deyib içəri girmək istəyəndə Nail qoymur..Qolundan
tutub özü ilə aparır..Zümrüdün çabalarına baxmayaraq buraxmır...Maşına
oturdur-Burdan tərpənməyi ağlından belə keçirmə..Səni çox gözlədim.İndi
sən məni eşidəcəksən!..

Qapını örtüb maşını idarə edərək ordan uzaqlaşır..Zümrüd onun sərt danışığından qorxuya düşsə də üzdə bildirməməyə çalışır..

-Məni axtaracaqlar..Qayıdaq..

-Narahat olma birazdan qaytaracam....Araya sükut çökür...Nail sakit bir
yerdə saxlayıb enir maşından..Zümrüd də düşüb onun qarşısında dayanır...

-Sabah bizimkilər sizə gələcək və sən razı olduğunu deyəcəksən!

-Başa düşmədim?...heç vaxt!

-Səbəb...

-Səbəb...səbəəb...Səbəb istəmirəm evlənmək..Və səninlə heç evlənmək istəmirəm..Evlənməyəcəmdə!..

-Demək belə....Günah məndən getdi-deyib ani hərəkəti ilə onu qucaqlayıb dodaqlarına yapışır...



Toyun axırları idi..Səbinə ətrafda Zümrüdü görməyib axtarır..Tapmayıb
narahat olmuşdu ki onun Nail ilə bərabər gəldiyini görüb
təəccüblənir...Yaxınlaşmaqistəyirdi ki daha restorandan çıxmaq vaxtı
olduğundan gedə bilmir..Nəzrin gülünü atmağa hazırlaşır..Subay qız
oğlanlar onun arxasında durub həvəslə gülü tutmağı
gözləyirdilər..Cahangir onu qoymasada,şirin dilinə salıb ondan icazə ala
bilir Səbinə..O da subaylar arasında dayanır..Bir..iki..üç deyib Nəzrin
gülü atır..Zümrüd kefsiz dayanmışdı ki gül onun qucağına düşür...Səbinə
onda bir hal olduğunu anlayırdı..Gülərək ona yaxınlaşır

-Bizdən qabağa düşənə oxşayırsan Zümrüd.

-.................Cavab verməyib qaşqabağını tökür...Səbinə onun qoluna girib çıxırlar restorandan...

Cahangirin maşınına oturanda Laləni görüb gülümsəyir....Toy haqqında
danışıb müzakirələr aparırdılar...Yenə Lalə onların çox söhbətinə
qoşulmayıb sadəcə gülümsəməklə yola verir..



Müəllif: Milady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!