Əvəzolunmaz (32-ci bölüm)

Əvəzolunmaz (32-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 16
Yorğanını qucaqlayıb şirin yuxusunda idi ki telefonun səsinə onu götürüb nömrəyə baxmadan gözləri bağlı açır..

-Aloo.

-Sən hələ yatmısan?..

-Cahangir səhər 8-də yatmalıyamda,xoruz kimi duracaq deyiləmki..

-Yarımsaat saatın var,hazırlaş düş aşağı...

-Niyə axı?..

-Bir yerə getməliyik..

-Sən get mən sonra gələrəm..-deyib yorğanını daha da qucaqlayır..

-Səbinə!....hazırlaş dedim..

-of yaxşı-yaxşı.....

Danışığı sonlandırıb deyinərək yatağından durur..Əl üzünü yuyub
geyindikdən sonra mətbəxə keçir..Rəsul ilə Nəzrinin yanına gəlib özünə
çay süzüb oturur..Yuxulu halı hələdə üstündə idi...

-Sən niyə tez durmusan?....iş yox dərs yox

-Cahangir qoymadı yatmağa,-çayını şirinçay edib içərək danışır-gəzməyə
aparır deyəsən...-Elə bunu demişdi ki Cahangirin zəng etdiyini görüb
yerindən qalxır..-Mən getdim...

-Xoş istirahətlər Səbiş...

-Sağol Nəzişim-onun yanağından öpüb oradan uzaqlaşır.

Üzərini geyinib papağınıda əlinə alıb qapıdan çıxır....Nəzrin onlara
görə sevinsədə pis olmuşdu..Bunu Rəsula bildirməməyə çalışıb üzündə suni
gülümsəmə yaradır..Rəsul işinə görə onu çox gəzdirə bilmirdi...Səhər
çıxıb axşam yorğun gəlirdi..Nəzrinin bildirməməyə çalışsa da Rəsul onun
kövrək ürəyini tanıyırdı..Nəzrinində gəzmək istədiyini
görürdü...Yeməyini bitirib onu öpərək işinə gedir..Rəsulu işə yola salıb
gedir yatır...

Səbinə maşına oturub Cahangir ilə yola düşür..Nə qədər etsədə ondan hara
gedəcəklərini öyrənə bilmir..Hələ hava çox işıqlanmamışdı,o da 1
saatlıq yol gedəcəklərini bilib yatır....Cahangir onu gözəl mənzərəsi
olan rayonlardan birində,istirahət mərkəzinə gətirir..Fevral ayı
olduğundan ətraf qara bürünərək ağappaq idi..Hələ dağlıq yer olduğuna
görə havasıda bir başqa gözəl idi..Səbinə hələdə yatırdı...Üzünə
dağılmış saçlarını yana edib yanağında öpərək onu oyadır..

-Gözəlim..

Səbinə oynamaq istəmiyib cavab vermir..Cahangir onun tərləmiş saçlarını arxaya edərək yenə səsləyir..

-Oyan Səbinə çatmışıq..

Gözlərini açıb qarşısındakı mənzərəyə heyran qalır..Papağını qoyub maşının qapısını açmaq istəyəndə Cahangir qoymur..

-Tələsmə...Üzərini yaxşı bağla..

-Bağlamışam..Aç qapını..Qar məni gözləyir..Sevinərək pəncərədən çölə
baxır..-Ay amaan nə gözəldi buralar......Qapını açıb düşərək dizə kimi
çatan qarı ovucuna yığır ..havaya atıb başına yağış kimi səpələnməyinə
gülürdü....Cahangirdə maşından düşüb onun yanına gəlir...

-Gəl səni şəlaləyə aparım..

-Sən buraları hardan tanıyırsanki?

-Universitetdə oxuyan zaman gəlmişdim..

-Hmm demək elə?..Əlindəki qarı yumrulayaraq ona anidən atıb qaçır..

-Demək qar topu yemək istəyir ürəyin...Yerdən qar götürüb ovucunda yumurlayaraq oynadır..

-Bacarana can qurban-deyib qar topasını ona atıb qaçır...Dizə kimi qarda
sürətli qaçmaq mümkün deyildi..Səbinə var gücü ilə ondan qaçıb
uzaqlaşmağa çalışır...

Cahangirin ürəyi gəlmidi ona çox qar atmağa..Ardınca qaçıb tənginəfəs
halda ona çataraq qucaqlamışdı ki ikisidə müvazinətlərini itirib qarın
üstünə yıxılırlar...

-Bəlkə üstümdən durasan?...Səbinə onunla bu qədər yaxın olmağına utanmışdı..

-Nc yerim rahatdı...Gülərək ona baxırdı ki gülüşü üzündən itir..Onun
dodaqlarına toxunub aram-aram öpməyə başlayır...Cahangirin isti nəfəsini
üzündə hiss etib ona qarşılıq verirdi...Onun dodaqlarından
ayrılıb-bəlkə burdan qalxaq?

Cahangir onun üşüdüyünü bilib son dəfə alnından öpüb özü ilə bərabər
yerdən qaldırır..Onu qucaqlayaraq ordan uzaqlaşır...Gəzərək şəlalənin
yanına gəlib çatırlar..Səbinə ondan ayrılıb şəlalənin lap yaxınına
gedir...Hər yer irili,xırdalı daşlıq və buz olduğundan sürüşkən
idi..Suya çatmağına az qalmış ayağı sürüşür..Sağ qolu üstə yıxılanda
alnının kənarı daşa dəyib qanayır...Cahangir ona çatıb yerdən qaldırır

-Çox incinmədin?

Yıxılmağının qorxusundan gözləri dolsa da gülümsəyib yox deyir..Alnının
saçlarına yaxın yerindən qan süzüldüyünü görüb Cahangir cibindən
dəsmalını çıxarır..Onun papağını çıxarıb saçlarını yana edərək dəsmalı
ilə qanı silir...Başının bərk dəydiyi alnında açılan çapıqdan
bilinirdi..Səbinənin ağrıdığını görüb pis olur..

-Ay eləmə,incidir...

-Al bunu -dəsmalı verib onu qucağına qaldırır..

-Ey nə edirsən?qoy yerə məni..

-Yerə qoyum bu dəfədə qolunu,ayağını şikəst edəsən?

-Günah məndə deyildi ki yer çox sürüşkən idi..Həm belə çətindi aparmaq yıxılacaqsan səndə..

-Az danış,o dəsmalı yaranın üzərinə qoy!..

Şəlalədən uzaqlaşıb maşına gətirir onu..

-Cahangir gedirik?

-Yarana baxılmalıdır...

Buradan belə tez getmək istəmirdi..-Birazda qalaq..incitmir çox...

-Yox.....Onu maşına oturdub dəsmalı yaranın üzərindən çəkib baxır...

-Nə olar birazda qalaq..Bax söz verirəm diqqətli olacam..Bir yaradan
ötrü bu günü korlamaq istəmirəm..Uşaq kimi and içərək onun əlindən
tutur..

-....................

-Nə olar qalaq burda....Onun baxışlarına dözməyib razılaşır..

-Yaxşı...Amma ilk əvvəl yaranı təmizləyib bağlamalıyıq..

Sevinərək onun boynunu qucaqlayıb yanağından öpür...-yaxşı..indi hara gedirik bəs?

-Burada kiçik koteclər var ev kimi..Ora....Maşını işə salıb oradan
uzaqlaşırlar...Gəlib kotec kimi kiçik evlərdən birini danışaraq bir
günlük istirahət üçün götürür açarını...Maşına qayıdıb Səbinənin
düşməyinə kömək edir...Birlikdə evə girirlər..Səbinənin evin
şirinliyindən xoşu gəlir..Ətrafa diqqətlə baxaraq gəzir...Sobanı onunla
üzbəüz divanı görüb gülür..Cahangir onun niyə güldüyünü soruşur..

-heç...Filmləri xatırlatdı bu soba mənə..Sadəcə bu qazla işləyənlərdəndi..Romantika üçün gərək odunla olaymış..

-Filmlərdə biz insanların həyatından götürülüb..bunu unutma....Keçib
sobanı yandırıb otaqdakı skaflara baxaraq yara üçün lazım olanları
axtarır...

-Cahangir mən acmışam..

-Mətbəxə bax...

Səbinə mətbəxə keçib orada heç nə tapmır yeməyə..Quru çaydan,duz və
istiotdan başqa bir şey görmür..Əlacsız çaydanı soyuq su ilə doldurub
qazın üzərinə qaynamağa qoyur...İçəridə yanan sobaya görə otaqlar tez
isinmişdi...Sobanın qarşısındakı divana gəlib oturur..Cahangirdə onun
yanına oturub tapdıqlarını qarşılarında olan kiçik masaya qoyur..

-Tapdın yeməyə bir şey?....Səbinənin saçlarını kənara edib yarasına baxaraq danışır..

-Yox....Sən bunları neynirsən?

-Zəng edib yemək sifariş verərəm...İndi sakit dayan,yaranı təmizləyib
bağlayım üzərini....Nəm əski ilə yaranın üzərində ki qanı silib,tapdığı
ki,ik cuna və yapışdırıcıdan istifadə edərək onun yarasının
bağlayır....Səbinə çantasından güzgünü çıxarıb yara olan hissəyə baxır.

-Eee bu nədi..Eybəcər görünürəm..Əlini atıb açmaq istəyəndə Cahangir qoymur..

-Dəymə!..

Onun sərt baxışından çəkinib əlini aşağı salır..Cahangir götürdüklərini
yerinə qoyub yemək sifariş edir....Səbinə ayaqlarını qatlayıb yarı
uzan;qlı halda divanda yanan sobaya baxırdı...İstilik onu
xumarlandırmışdı..Cahangir adyal gətirib onun üzərinə örtərək yanında
oturur..Səbinə ona sığınaraq adyal ilə onunda üzərini örtür..Telefonunda
"ƏVƏZOLUNMAZ” mahnısını dinləyirdi..Başını onun sinəsinə qoyub
gözlərini yumur...Cahangir onun telefonunun ekranında nəyi dinlədiyinə
baxanda üzündə gülüş yaranır...Qulaqcıqları ondan alıb telefondan
çıxarır..Onu qucaqlayaraq birlikdə dinləməyə başlayırlar..

Gözlərin tənha deyil önümdə

İzlərin silinməz can gülümdəm

Özgə dünya yalandır,bircə qalan gümandır..

Sevda kölgəsindəsən özümdə..

Şəhərim yatıb,xəyallar oyaq..

Gəl ulduzlara birliktdə sayaq

Saçların enməz ƏVƏZOLUNMAZ....



-Cahangir niyə bu mahnını çox sevirsən?

Biraz fikrə gedib danışmağa başlayır.-Bu ifanı ona görə çox
sevirəmki,hər misrasında sən varsan,,gözlərin,gülüşün,,hərəkətlərin
var.......Bu ifanın adı mənim üçün xüsusidir..

-Necə yəni?...Onun sinəsindən başını qaldırıb üzünə baxır

-Necəsi odur ki o mahnı sənsən mənə...Adı kimi ƏVƏZOLUNMAZımsan....-Səbinənin burnundan öpüb gülümsəyir..

-Niyə sən məni bu qədər çox sevirsən?Mən nə etmişəmki bu qədər çox sevilirəm?..-Onun

gözlərinə baxır..

-İnan o sualı məndə özümə vermişəm..Niyə bu cücəni çox
sevmişəm,sevirəm-gülüb onu qucaqlayır..Nəfəs-nəfəsə dayanaraq bir
birlərinə baxırlar..

-Cahangir..

-caan Cahangir...

-Səni sevirəm..Həmdə çox..

-inanım?

-heç inanma .-deyib incimiş kimi onun qollarından çıxıb arxaya
söykənir..Cahangir onun əlindən tutub –mən sənə özüm qədər inanmışam
həmişə..Kim nə desə,etsədə sən mənim Səbinəmsən..Yalan danışmağı
bacarmayan..Ürəyində kini olmayan,dil-dil ötən,şirin dillimsən-demişdik
ki Səbinə onun boynunu qucaqlayır...

Sifariş verdikləri yeməyi deyib gülərək yeyib evdən çıxırlar..Gecəyə qalmaq istəmirlər...

-Yadımdan çıxdı demək Səbinə..15 gün sonra toyumuzdu.

-Bəs Zümrüdgil?

-Onlar bizdən sonra...

Telefonunda şəkillərə baxırdı ki Səbinə mesaj gəlir..Onu oxuyanda rəngi
dəyişir...Bilmirdi Cahangirə göstərsin yoxsa göstərməsin..Təərəddüd
edirdi ki Cahangir onun narahat olduğunu görür..

-Nə olub Səbinə?

Gizlətməyin düzgün olmadığını düşünüb telefonu ona verir..

-"Sən mənimsən..Heç kimə verməyəcəm” mesajı oxuyan kimi maşını tez yolun kənarında saxlayır..

-Əclaf-deyib maşından düşür..Hirsini birtəhər cilovlamağa çalışsa da
bacarmır..Mesaj gələn nömrəyə zəng edir..Bağlı olduğunu eşidib lap
əsəbləşir...Səidə zəng edib Elmanın vəziyyətini,aqibətini
öyrənir...Mesaj gələn nömrəni ona verib kimin olduğunu öyrənməsini xahiş
edir..

Səbinə maşında oturub içi-içini yeyirdi...Cahangirin yanında özünü başı aşağı hiss edirdi...



-Bu iş olmayacaq demişdim sənə

-Lalə günahdı..Girmə onların arasına..

-Sən mənim rəfiqəmsən ya onların vəkili?

-...............................

-Cahangir nişanı atıb mənimlə evlənəcək bax görərsən!



Müəllif: Milady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!