Əvəzolunmaz (33-cü bölüm FİNAL)

Əvəzolunmaz (33-cü bölüm FİNAL)
Bölümlü Hekayələr
10.09.2017 15
Zümrüd otağına gedəndə qapını bağlı görüb təəccüblənir..Onun otağının
qapısı həmişə açıq olardı...Qapıya yaxınlaşıb açmaq istəyəndə Lalənin
danışığını eşidib dayanir..

-O mesajdan sonra onlar ayrılacaq bax görərsən.

-..................................

-Yox öz nömrəmdən yazmadım..Tanış bir qızın nömrəsini satın almışdım..Mesajı yazandan sonra qırıb tulladım..

-...............................

-Kim nişanlısına belə mesaj gələndən sonra ona inanar?..Cahangir mənimdi..-gülürdü ki qarşısında Zümrüdü görüb dəstəyi asır..

-Sən nə vaxt gəldin..-kəkələyərək deyib otaqdan çıxmaq istəyir..

-Kim ilə danışırdın?

-Heç rəfiqəmlə.....Getmək istəyəndə Zümrüd onun qolundan tutub otağın qapısını bağlayır..-Hey nə olub?

-Bilmirəm nə işlər eləmisən..Eşitdim danışığını...

-Mən heç nə etməmişəm Zümrüd...

-Kimə nə mesaj yazmısan?...Cahangir niyə sənin olmalıdır ki?

-məən..məən..

-Özüm öyrənərəm indi...-Telefonu götürüb Səbinəni yığmaq istəyəndə
Cahangirdən zəng gəlir..Telefonu açıb danışanda Laləyə öldürücü
baxışlarla baxır...Cahangir öyrənmişdi mesajı yazanın kim
olduğunu..Səiddən kömək istəmişdi..O,nömrənin sahibini tapıb danışaraq
hər şeyi aydınlaşdırmışdı...Cahangirə mesajı yazanın adını deyib
məlumatları vermişdi..O,da Zümrüdə zəng edib Lalənin evdə olduğunu
soruşurdu...Zümrüd danışığını bitirib onun qarşısında dayanır..

-İndi ya hər şeyi mənə danışırsan,ya da Cahangirə!..Çox hirslidi evə gəlir...

Lalə çıxılmaz vəziyyətə düşmüşdü..Cahangirin xəbəri olduğunu bilib ağlayaraq Zümrüdə danışmağa başlayır..

-Mən onun üçün elədim bunu..Səbinə ona layiq deyil..

-Sən necə axmaq biri imişsən!Bunu edərək əlinə nə keçdi Lalə?.....O
mesaj onları heç vaxt ayıra bilməzdi...Qardaşım kənardan o qədər ağılsız
görünürdü ki sən bu yola əl atdın?

-Zümrüd o məni sevsin istədim...

-Heyf bibimə...Onun sənin kimi qızı var...İndi bütün paltarlarını yığıb evinizə qayıdırsan!

-Bunu edə bilmərəm-ağlayaraq Zümrüdün əlindən tutur-bəs imtahan?

-Sən özün öz qərarını hərəktinlə vermisən..İndi getməsən axşam
olacaqlara mən cavabdeh deyiləm...Cahangir səni rüsvay etməmiş indi
get..Bibimlə danışsa bu sənin üçün pis olacaq..Yaxşısı o gəlmədən get...

Lalə onun dediklərindən qorxub kor peşman paltarlarını çantasına
yığır..Anası bunları bilsə onun üçün yaxşı olmayacaqdı
bilirdi...Dayısına və Gülər xanıma darıxdığı üçün getmək istədiyini
deyib gedir..



Cahangir eşitdiklərindən sonra əsəbini necə sakitləşdirsin
bilmirdi..Səidin dediklərinə inanmağı gəlmirdi..Bibisi qızının bu
hərəkəti onu utandırmışdı..Bir daha Səbinəyə inandığı üçün
sevinirdi..Bilirdi ki nə olsa da o yalan danışmayacaq biridi...

Səbinə yıxılanda biləyinin ağrıdığını narahat olmasın deyə Cahangirə
deməmişdi....Yolboyu heç biri danışmırdı..Cahangir tez tez Səidlə
danışıb məsələni həll edirdi..Səbinə isə pis olduğundan ağzından bir
kəlmədə çıxara bilmirdi..Biləyinin ağrısı bir yandan,bu söhbət digər
yandan onu ağrıdırdı..Boğazı düyünlənmişdi qəhərdən..Ağlamaq
istəmirdi...Cahangir onu xəstəxanaya gətirir həkimin baxması
üçün..Alnındakı çapığa tikiş qoyulmalı idi bəlkədə..Maşından düşüb
girişə gedəndə onun əlindən tutur..Səbinə biləyinə görə ağrıyıb üzünü
turşudur....Həkim onun harada belə yara aldığının soruşur...Ətraflı hər
şeyi həkimə danışırlar...

-Siz sağ hissəniz tərəfdən yıxılmısınızsa biləyinizdə problem yaranmayıbki?Başa düşdüyümə görə pis yıxılmısınız.

-Səbinə demək istəmir həkimə biləyinin ağrısını..Bir Cahangirə,bir
həkimə baxıb susur.....Həkim onu biləyinə toxunanda tez geriyə çəkir
ağrıdan...

-Düz bilmişəm..Biləyinizə ağırlıq düşüb-onun əlini ehtiyatla əlinə alıb
yavaşca toxunaraq müayinə edir...Alnında ki yaranın tikişə ehtiyacı
olmur..Biləyinədə maz vurub bağlayır..Birazəzilmişdi....Cahangirin
məzəmmətli baxışlarını görməmək üçün başını qaldırmırdı
Səbinə...Həkimə minnətdarlıqlarını bildirib otaqdan çıxırlar..

-Niyə ağrıdığını gizlətdin?

-Əvvəl çox ağrımırdı...

-Düş qabağıma!.Günah məndə idi ki səni həkimə vaxtında
gətirmədim...Acıqla deyib onu önünə qatıb gedir..Səbinənin dodağını
büzməsinə gülüb ona bildirmir...

Evin qarşısında düşəndə Səbinə bayaqdan cəsarət edib soruşa bilmədiyini deyir..

-Cahangir?

-can..

-Mesajı kimin yazdığını öyrəndin?

-Sən narahat olma buna görə..Mən onu edəni tapıb cəzasını
verəcəm...Danışaraq onu bloklarına gətirir..-get dincəl..Biləyini çox
ağıra salma..



Səbinə qapıdan girəndə Nəzrinlə Rəsulun qapıdan çıxmağa hazırlaşdığını görür-hara belə?

-Həmişə siz gəzəcək deyilsiniz..Bu gündə mən Nəzrinimi gəzdirəcəm..

-Şükür şeytanın ayağını qıra bilib yoldaşın Nəziş...

-Sənin əlinə nə olub?..Səbinəyə yaxınlaşıb biləyinə baxır Nəzrin..

-Kiçik qəza oldu biraz....

-Mən danışaram Cahangirlə!...mənim bacımı bu hala niyə qoyub ..

-Rəsuul!

-Rəsul!..

Rəsul onlara güləndə,qızlarda gülür...Səbinə ilə sağollaşıb çıxırlar evdən..



Cahangir evə çıxıb Laləni axtarır...Zümrüd yanına gəlib onun getdiyini
deyir..Əlindən qaçmışdı Lalə..Hirsindən otağına keçir..Zümrüd nə qədər
soruşsada nələrin olduğunu danışmır..Cahangiri yola gətirib bibisinə
deməməsini istəyir...Nə də olsa qohum idilər..



15 gün sonra.....



-Mamaa ayaqqabılarımı tapa bilmirəm.....Evdə gəlinliklə o tərəf bu tərəfə gedərək axtarır..

-Ay qızım yatağının altına qoymusan..Ora bax..

-Baxdım yoxdur...Həyəcandan aləmi bir birinə qatırdı....Nəzrin gedib onun otağında qutunu tapıb gətirir..

-Al burada...Tələsmə Səbişş..hələ 1 saat var Cahangirin gəlməyinə..

Nəzrini öpüb ayaqqabılarını geyinir..

-Nəziş bax gör necə görünürəm?...

Nəzrin onun qolları dantəl olan ağ gəlinliyinə,böyük tacla buruq
edilərək yığılmış saçlarına. heyranlıqla baxırdı...-Tfu,tfu göz dəyəcək
gəlinimizə...Mamaa üzərliyi gətir yandıraq..Nəzrin evləndikdən sonra
Minirə xanıma mama deyirdi..Öz valideynlərindən ayırmırdı..Minirə xanım
onu eşidib bir qabda üzərlik yandıraraq otağa girir..Onu qızların başına
fırlayır..-Allah balalarımı pis gözdən,bəd ağızdan qorusun...Nəzrin çox
ayaq üstə qalma..Otur bir yerdə..

-Mama düz deyir Nəziş..Çox qaçma ora bura..Olmaz sənə..

Rəsul otağından çıxıb Nəzrini axtararaq onların yanına gəlir...

-Narahat deyilsənki?..ürəyin bulanmır daha?

-Yox..yaxşıyam...

Bu günlərdə hamilə olduğunu öyrənmişdilər Nəzrinin....Rəsulun sevinci
ikiqat olmuşdu...Onu gözündən uzaq qoymurdu..Hamiləliyi bulantı ilə
başlamışdı deyə narahat olurdu....

Vaxt yetişir...Cahangir əlində gəlin gülü ilə otağa daxil olur...Səbinə
gülü alıb onun qoluna girir..Böyüklər xeyir dualarını deyib onlara
xoşbəxtlik diləyirdilər...Gəlinin belini Rəsul bağlayır..Bacısının
xoşbəxtliyini görüb kövrəlmişdi..Özünü ələ alıb lenti
bağlayır..Qardaşının kövrəldiyinə onunda gözləri dolur...Atası çırağın
başına hərləyəndə Səbinə göz yaşlarını saxlaya bilmir...Adil bəyində
gözləri dolmuşdu..Hansı ata kövrəlməzki qızı gəlin köçərkən?Atalar üçün
qızları bir başqa aləmdi..Onlarla nəfəs alırlar..Adil bəy qızının
alnından öpüb onu evindən yola salır...

Cahangir onun ağlamağına gülümsəyirdi..Bu xoşbəxtlik göz yaşları
idi..Hər bizə qismət olan göz yaşları....Maşını Cahangir idarə
edirdi.Axır ki arzusuna,sevgisinə çatmışdı...Səbinədə çoxlu şəkillərini
çəkirdi onunla....

Restorana çatıb qol qola girirlər..Cahangir ciddi duruşunu
pozmadan,Səbinə isə üzündə gülüşləri əksiltmədən ətraflarına
baxırdılar...Toy gözəl başlamışdı..Sevdikləri mahnı ilə rəqs edərək
göydən gül yağışı yağmasında açılışı edirlər..

Zümrüdlə Nəzrin ortadan çıxmırdı...Rəsul onu nə qədər ayağa çox durmasını istəməsədə,üzündəki gülüşünə heç nə demirdi...

Toy öz axarı ilə çox gözəl keçirdi...Nail arada Zümrüdü təklikdə tutub söhbət edirdi..

-razı olmuş olsaydın indi bizim toyumuz idi..

-Gec olsun güc olmasın deyib atalar əzizim..-onun yanağından öpüb gülümsəyir..

-Ax sənin bu gülüşün olmayada....Bir əli ilə özünə çəkib qucaqlayır..



Cahangirin rəqs etməklə arası olmadığına görə Səbinənidə oynamağını istəmirdi..Amma bu ki Səbiş idi...Ona da rəqs etdirirdi....

Toyun sonunda gül atma mərasimində gənclər,subaylar gəlinin ardında
durub onu gözləyirlər..Səbinə 2 dəfə onları aldadıb gülü sonra
atır..Necə atmışdısa gül kənarda dayanan Səidin qucağına
düşür..Cahangir ona gülüb əli ilə işarə edərək növbəsinin çatdığını
deyir..



Müəllif: Milady Ovodскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!