Yetim qız (11-ci bölüm FİNAL)

Yetim qız (11-ci bölüm FİNAL)
Bölümlü Hekayələr
10.09.2017 69
"Əvvəlin nədirsə axırın odur"



Artıq o evdən çıxırlar hara
gedəcəklərini, nə edəcəklərini bilmədən addım atırdılar, ünvansız
addımlar idi. Lakin bu addımların bilinməyən bir mənzili vardı
xoşbəxtliyə doğru gedirdi bu iki gənc bəlkə də sadəcə çalışırdılar.
Artıq heç kimin də onlara qarışacağı yox idi ikisidə yetkin gənc idi.
Sadəcə xoşbəxt olmaq istəyirdilər. Artıq üç gün küçələrdə
gecələmişdilər. Dördüncü gün səhər saatlarında Eynərə prokuror dostundan
zəng gəlir. Biləndə ki Eynər üç gün çöllərdə sevdiyi ilə ac susuz qalıb
ağzına gələni deyir niyə bir kəlmə deməmisən deyə.

Və onları
şəhərdəki evlərindən birində bir müddət qonaq eliyir. Artıq bir ay
keçmişdi. Eynər hətta Asiya ilə rəsmən evlənmişdi, özü də prokuror
dostunun əliylə dəstəyilə yavaş yavaş özünü toplayırdı.

Bir gün prokuror dostu Elçin xəbər tutub olanları bu iki aşiqə danışır.

Sən demə Asiyanın nənəsi çoxdan ölmüş Evini və bir miqdar pul qoyub getmişdi yetim nəvəsi üçün.

Onu
da yetimlər evinin müdiri Elçin vasitəsilə çatdırır Asiyaya. Hətta
anası və atasının şəklini və anasının məktubunu da Asiyaya çatdırırlar.
Asiya günlərlə ağlamışdı kövrəlib, tək təsəllisi isə sevdiyi ona görə
hər şeyi atıb onu seçən Eynər idi. Artıq imkanları normal olmuş.
Asiyanın evində yaşayırdılar iki sevgili.

Leylaya gəldikdə isə ruhi
xəstə olmuş və nevroloji ruhi əsəb dispanserinə yatırılmışdı.İntiqam
artıq iflasın eşiyində idi. Boşandığı yoldaşı onu müflis etmişdi demək
olar ki.Arzu isə hansıki hər gün sevişdiyi 22 yaşında katibəsi sən demə
saxtakarın biri imiş. Bir gün təsadüf nəticəsində onun əsl şəxsiyyət
vəsiqəsi Intiqamın əlinə keçmişdi. Talıbova Ləman İntiqam qızı imiş o
sən demə. Hansı ki, 20 il əvvəl Intiqamın itkin düşən qızı Ləman imiş
sən demə bu. Bunu isə ilk vaxtlar nə Ləman nə İntiqam bilməyib. Artıq
Intiqamın qeyrəti Ləmanın namusu ayaqlar altında idi. İntiqam şəhərdə
nəyi var nəyi yox satıb getmişdi şəhərdən.

Ləman isə saxtakarlıq və başqa günahlardan həbsxana həyatı sürürdü.

Bir
gün məlum olur ki Leyla xəstəxanadan qaçıb. Eynər işə gedən vaxtı onun
qabağını kəsib son dəfə halallaşmaq istəyir. Eynərin maşınına otururlar.
Biraz söhbətdən sonra isə Leyla deyir sən mənim olmadınsa heç kimin
olmayacaqsan və çantasından böyük bir daş parçası çıxarıb Eynərin başına
vurur. Eynər özündən gedir və çox güclü qəza baş verir.

Elçin və
Asiya müəyyən vaxtdan sonra ora getdikdə isə yolun kənarında polis
ambulans camaat və cansız iki bədəndən başqa heç nə yox idi. Leyla və
Eynər artıq yox idi.

Asiyanın naləsi dağları daşları yarırdı. Hətta o
an güclü yağış başlamışdı. Eyniylə Asiya doğulduğu gün anası öləndə
yağan yağış kimi. Yer göy ağlayırdı sanki. Səndəmi Eynər səndəmi vəfasız
çıxdın deyib sevgilisinin cansız bədənini öpüb qucaqlayırdı.

Artıq
heç nə dəyişməyəcəkdi sadəcə olaraq 7 ay sonra Asiyanın dünyaya gələcək
körpəsi heç vaxt atasını görməyəcək atasız böyüyəcəkdi...



Müəllif: Rəvan Nişançı Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!