Ən paxıl və qısqanc bürclər hansılardır?

Ən paxıl və qısqanc bürclər hansılardır?
Bürclər, Qoroskop
05.09.2017 192
Bürclərin hər biri qısqanclıq hallarını fərqli cür yaşayır...
Qoç bürcü: Həmişə ön planda
olmağı sevən Qoçlar arxa planda olduğu zaman da öz mövqeyini artıqlaması
isə göstərəcək. Özünə güvənən tip olduğu üçün ikinci planda qaldığı
zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclığı hiss olduğu zaman
qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və
hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi
olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss
etmək istəyir. Qoçlar dürüst olduğu üçün hər şeyi həyat yoldaşları ilə
paylaşmaqdan zövq alırlar.
Buğa bürcü: Onlar üçün qısqanmaq
təbii duyğulardan biridir. Buğalar əldə etmədiyi hər şeyə qarşı
aqressiv və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə
motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman
insanları sıxa bilərlər. Rahatlığına düşkün olan Buğalar qısqanclıqları
ilə həm özünü, həm də insanları narahat edirlər. Sevgidə isə qısqanclıq
onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi
yaşaması olduqca çətin olur.
Əkizlər bürcü: Şəxsi
həyatlarında Əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk
baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün
qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə,
gizlədirlər. Hər zaman şən və pozitivlikdən yana olduğu  qısqanclıq
duyğuları hiss olunmur. Qəlbi qırılmadığı müddətdə qısqanclıq
duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş
etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi
yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst
olmalıdır.
Xərçəng bürcü: Həddindən ziyadə
duyğusal olan Xərçəng bürcü qısqanclıq mövzusunda da geri qalmır.
Qısqanclıq hisslərinin əsiri olduğu zaman onlar çevrəsindəki hər kəslə
qəddar davranır. Gərgin və narahat halı ilə hər kəsdə qıcıq yaradır.
Qısqanclıqların ən yüksək həddi olanda isə ətrafındakı insanları incidə
və təzyiq göstərə bilərlər. Yalan danışdığınızı o dəqiqə hiss edirlər.
Güvəni sarsıldığı zaman onu bərpa etmək üçün uzun vaxt lazım olur.
Şir bürcü: Şirlər ərköyün olduğu
üçün aşırı diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli
getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər.
Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq
duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc
olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə
bilərlər. Onların inamını qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni,
səhvlərinizi bağışlaya bilirlər.
Qız bürcü: Sakit, soyuqqanlı və
məntiqli davranır. Bu baxımdan qız bürcü qısqanclıqdan uzaq durur. Lakin
hər insanın olduğu kimi qızların da zəif nöqtələri var. Qısqanclığa
qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı
insanları sərt şəkildə tənqid edir. Qızlar qısqanc duyğusunu yaşamır və
yaşatmazlar lakin onları qısqanclığa sürükləyən davranışlardan uzaq
durun. Çünki bu pis nəticələrə gətirib çıxara bilər.
Tərəzi bürcü: Son dərəcə şən
həyat sürən tərəzilər üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğudur.
Lakin hərdən diqqətləri üzərinə çəkə bilmədikləri üçün qısqanclığa
qapıla bilərlər. Qısqanclıq səhnəsi göstərdikdən sonra kin saxlamırlar.
Çox qürurlu olduqları üçün əsasən qısqanclıqları göstərməməyə
çalışırlar.
Əqrəb bürcü: Qısqanclıq əqrəb
bürcünün yaşam tərzidir. Digər bürclərin uzaq durduğu şeyləri də
əqrəblər qısqanır. Özünü kontrol etmə arzusuna nail ola bilmirlər.
Hadisələrin gedişatı zamanı idarəni itirsələr, fırtına qopa və dəhşətli
hadisələr baş verə bilər. İnsanlarla münasibətlərdə siyası davranışlar
sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da,
güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah
və ürəyitəmiz olurlar.
Oxatan bürcü: Adətən bu bürclər
qısqanc deyil. Dəyişkən xarakterə malik olduğu üçün qısqanclıq hissləri
baş qaldırdığı zaman nə cür hərəkət edəcəklərini bilmirlər. Qısqanclıq
hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc
oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır.
Oğlaq bürcü: Məntiqli düşünüb
hər zaman yüksəlməyi düşünür və çevrəsindəki insanların onları geridə
qoyduğunu gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz
mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə
etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər  edə bilər.
Sədaqətinizə güvənməyən oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox
çətindir.
Dolça bürcü: Hər bir insan kimi
dolçalarda hərdən qısqanclıq hisslərinin əsiri olur. Lakin digər
bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər.
Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə
əvəz etməyin tərəfdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının
qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər.  Onlara
qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında
gedəcək.
Balıqlar bürcü: Qısqanclıq balıq
bürcləri üçün ən zərərli duyğulardan biridir. Qısqanclıq hiss etdiyi
zaman ürəyinin yağını yeyib dərin kədərə bürünürlər. Sevdiyi insanlara
hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Bir
yandan da başqalarının onları qısqanmağından xoşları gəlmir çünki
azadlıqları düşkün insanlar olur. Özlərini güvəndə hiss etdikləri
müddətdə qısqanclıq böhranına girmirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!