İyul ayında bürclər nə vəd verir?

İyul ayında bürclər nə vəd verir?
Bürclər, Qoroskop
10.09.2017 109
Iyul ayında bürclər nə vəd verir?



  Qoç - Qoçlar üçün uğurlu aydır. Hər şey asanlıqla alınacaq, xüsusilə əgər
emosiyalarınıza nəzarət etsəniz və həyata daha ciddi yanaşsanız. Azart
oyunlarında uduş sizdən yan keçəcək. İşdə heç bir dəyişikliklər
gözlənilmir.



  Buğa - Bu ay aktiv peşəkar fəaliyyət və məişət problemlərilə bol olacaq.
Ayın ortası səbir göstərməniz məsləhətdir. Üzərinizə böyük məsuliyyət və
taleyüklü məsələlərin həllini götürməyin. Bu ay sizi yeni tanışlıqlar
gözləyir.



  Əkizlər- Bu ay sizi işlərinizdə durğunluq gözləyir. Dolaşmış və
həllini sonraya saxladığınız məsələnin çözülməsi gözlənilir. İkinci
dekadada Əkizlər anidən verdikləri qərarlara görə əziyyət çəkə bilərlər.
Nəhayət, çoxdan gözlədiyiniz həyata keçəcək.



  Xərçəng - Bu ay sizi xoşagəlməz hadisələr gözləyir. Bu müddətə vacib
məsələləri planlaşdırmaq məsləhət deyil. Ən yaxşısı iyulu istirahətə və
sevimli məşğuliyyətə, həmçinin yaxınlarınıza və ailənizə sərf edin.



  Şir - İyul ayından Şirlər borclarını qaytaracaq və hesabat aparacaqlar.
Ola bilsin, ruh düşkünlüyünə qapılasınız. Amma bu situasiyadan çıxmağa
sizə dostlarınız və sevdiyiniz insanlar yardımçı olacaq. Planlarınız
barədə ətrafdakılara danışmamaq məsləhətdir.


  Qız - Bu ay gələcək planlarınızı qurmaq üçün əlverişli dövrdür. Fiziki
fəallıq gözlənilir. İdman sahəsində irəli getməyiniz istisna edilmir.
Ayın ortası işdə əsəb gərginliyi ola bilər.



  Tərəzi- Bu ay nəfəs dərməyə belə vaxtınız olmayacaq. İşiniz
başınızdan aşacaq, həmçinin onların yerinə yetirilməsi variantları
arasında seçim etmək məcburiyyətində qalacaqsınız. Hərəkətlərinizi
diqqətlə götür-qoy etmək ən yaxşı yol kimi görünür.



  Əqrəb-Yayın ortası Əqrəblər üçün daxili "mənləri" və xarici görünüşlər
üzərində işləmələri üçün əlverişli zamandır. İyulda siz əks cins
nümayəndələrinin xoşuna gələcəksiniz, amma hər şeyi öyrənmə həvəsiniz
ucbatından konfliktlər yarana bilər.



  Oxatan- Oxatanların riskli addımları gözlənilməz nəticələrə çıxara bilər.
Xarici investorlarla danışıqlar uğurunuza işləyə bilər. Əgər iyulda
istirahət götürmək istəsəniz, tam yerinə düşər.



  Oğlaq- Oğlaqlar üçün ilin ortası çox çətin keçəcək. Neqativin qarşısını
sizdən vəzifəcə böyük olan adamın xeyrinə məsuliyyətdən imtina etməklə
ala bilərsiniz. Vacib məsələləri və dəyişiklikləri sonraya saxlayın.
Uzaq səfərlər sağlığınıza mənfi təsir göstərə bilər.



  Dolça- İyulda bütün vaxtınızı ictimai rifahınıza sərf edəcəksiniz. Yeni
layihələrə başlamaq məsləhət deyil. Ayın sonuna təsadüf edən səyahətlər
sizin üçün xoş olacaq. Arzularınızı həyata keçirməyə çalışmayın. Onsuz
da onların hamısı reallaşmayacaq.



  Balıqlar- İyul ayında da sınaq müddətiniz davam edəcək. Yeni layihələrdən
imtina edərək fəal istirahətə vaxt ayırmanız məsləhətdir. Əgər
tənbəlliyin daşını ata bilsəniz, bütün işləriniz yağ kimi gedəcək. Şəxsi
həyatınızda yaxşılığa doğru dəyişikliklər olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!