Bürclər və onların xüsusiyyətləri

Bürclər və onların xüsusiyyətləri
Bürclər, Qoroskop
10.09.2017 51
Qoç – hər zaman öndə olmağı sevən qoçlar doğuşdan öndər
xüsusiyyətlərini daşıyır. Qoç bürcündə olanlar çox güclü olur, bitmək
bilməyən mübarizə və arzu hissi ilə coşurlar.

Bu insanlar başqalarının əmri ilə işləməkdən nifrət edir və olduqları
mühitdə rəhbər vəzifəsinə yüksəlmək üçün əllərindən gələni edirlər. Çox
az hallarda istəklərinə nail ola bilımirlər. Bu zaman isə tək başına iş
qurmağı düşünülər.



Buğa – bu bürcün sahibləri olduqca səbrli, qərarlı və
güvənli insanlardır. Həyatda müəyyən məqsəd və hədəfləri var. Onlara
nail olmaq üçün böyük səbr və inadla çalışırlar. Eyni zamnda həyatdan
zövq almağı da bacarırlar.

Başa düşən və xoş niyyətli biridir. Tənbəllik etməsələr, başladığı işi
tez bitirirlər. Bu bürcün insanları digərlərindən fərqli oalraq, çox
gözləməyi bilir.

Bəzən sırf səbrli olduğu üçün böyük uğur əldə edə bilər. Ani dəyişiklik
və təəccübləndirici yeniliklərdən xoşlanmır. Xüsusən də maddi
vəziyyətlərdən risklərdən özünü qorumağı bacarır.



Əkizlər  — əkizlər bürcü ağıl və düşüncəni təmsil edən
bürcdür. Son dərəcə güclü və aktiv beyni var. Hər şeyə marağı olduğu
üçün hamısını birdən öyrənmək istəyir. Əldə etdiyi məlumatı başqalarına
ötürməyə həvəslidir. Buna görə də yaxşı yazma və çox danışma
qabiliyyətinə malikdir.

Bir yerdə uzun müddət qalıb vaxt itirmək istəmirlər. Uzun və səbrli
işlər onlarlıq deyil. Çox tələsən və narahat xarakterləri var, həmçinin
çox bacarıqlı insanlardır.



Xərçəng – xərçəng bürcü doğrunu deməkdən çəkinmir.
Daxili dünyası olduqca zəngindir. Öz şüur altındakı fikirləri kəşf
edərək ehtiyacı olan güvən duyğusunu inkişaf etdirə bilər. Beləcə
qabığından çıxaraq dünya ilə arasındakı bağlantını gücləndirə bilər.
Bunu bacardığı zaman sevdiklərinə də dəstək olur.

Onlar üçün yuva və ailə məhfumları olduqca əhəmiyyətlidir. Onları hər
şeydən üstün tutur və uğrunda hər cür fədakarlığı etməyə hazırdırlar.
Əslində, bu hiss onların sahib olduğu hər mövzuda keçərlidir. Əldə
etdiyini itirmək qorxusu yaşadığı üçün daima  mübarizə aparır. Yüksək
müşahidə qabiliyyətinə sahib olduğu üçün nə vaxt, nə etmək lazım
olduğunu yaxşı bilir.



Şir  – şir bürcü özünü xarici dünyaya ifadə etmək üçün
yaşayır. Bu öz ifadəsini yardıcılığa da əks etdirir. Yaratdıqları
şirlərin daxili dünyansının inikasıdır. O hər zaman səhnədə olmalı və
insanlara özünü göstərməlidir. Özünü nə cür ifadə etməyindən asılı
olmayaraq, həmişə alqış arxasınca qaçır. İdarə etmək onların təbiətində
var. Bacarıqlı bir rəhbər, eyni zamnda yaxşı idarəçidir.



Qız – qız bürcləri son dərəcə tədbirli və mükəmməl
işçidir. Həmişə uzun planlar qurur. Hədsiz məsuliyyəti olduğu üçün hər
hər şeyi ən kiçik detalına qədər təhlil edir. Ən yaxşısını edə bilmək
üçün sistem hazırlayır.

Bütün bunları başqalarına ən yaxşı xidməti göstərmək məqsədilə edir.
Bütün işlərində son dərəcə məsuliyyətlidir. Onların bu hərəkəti
başqalarına bəzən çox mənasız gəlsə də, işlərini eyni qayda ilə davam
etdirirlər. Xidmət sahəsindəki hər iş və araşdırma tipli sahələr qızlar
üçün uyğundur. 



Tərəzi – bu bürcün sahibləri tək öz məqsədini qurur və
 balanslaya bilir. Azadlıqları məhdudlaşdırıldığı zaman işdə balansı
saxlamğa çalışır. Diplomatiyası və bacarılqları çox inkişaf edib. Öz
istək və düçüncələrini ifadə edərək  daxili dünyada sülh və huzuru təmin
edir.

Xarici mühitdə ahəngi tapdığı zaman bu hal onların daxili dünyasına
təsir edir. Buna görə də onlar incəsənət sahələri ilə yaxından
maraqlanır. Onlar üçün gözəllik hər şeydən öndə gəlir. Bu bürcün
insanlarından çoxlu sənətçi olur. 



Bürclər və onların xüsusiyyətləri
 Əqrəb  — əqrəb bürcü olduqca güclü və dərin duyğulara
sahibdir. Buna görə də mübarizə aparmaqdan heç vaxt imtina etmir. Özünə
zərər verdiyini bilsə belə, məqsədlərindən vaz keçmir. Kompleksli
insandır. Özünə qapılmağı və gizli qalmağı sevir. Ona edilənləri heç
vaxt unutmur və bir gün fürsət düşən kimi mütləq intiqam alır.

Intuisiyaları çox güclü inkişaf etdiyi üçün başqalarının görə
bilmədiyini hiss edir. Maraqlandığı sahələrdə dərin mməlumata sahib
olur. Əqrəblərin 6-cı hissləri güclü inkişaf etdiyi üçün insanları çox
yaxşı başa düşür və tanıyır. Bu qabiliyyətini hansı mqsədlərdə istifadə
etməsi isə onun özünə məlumdur. 



Oxatan  —  oxatan bürcü hər şeyi öz təcrübələri
əsasında öyrənir. Beləcə öz həyat fəlsəfəsini özü inkişaf etdirir.
Həyatın mənasını dərk edənə qədər həyatı bir məcara kimi görər. Onlar
xoşxasiyyətli və şən olur. Həmişə uzaqlaşmaq və çox uzaq ölkələrə
getməyi planlayır. Azadlığına və sərbəstliyinə son dərəcə düşükndür.
Yüksək idealları olan inanclı insanlardır.



Oğlaq – oğlaq bürcü üçün hədəflər çox vacibdir. Buna
görə də hərəkət etməzdən əvvəl yaxşı plan qurur, şərtləri diqqətlə
gözdən keçirir və bundan sonra işə başlayır. Hədəfinə çatmaq üçün onu
yolundan azdırmaq çox çətindir. İntizamlı, əzimli və səbrli şəkildə
işləyərək yoluna davam edir.

Oğlaqlar hər zaman hər şeyin ən yaxşısnı seçir. Buna görə də hədəflərinə
nail olan zaman bir çox maenə ilə üzləşir. Amma bu maeələr onu
əngəlləyə bilmir. Daha çox çalışır və onları yolundan atmağa nail olur.
Onlar cəmiyyətdə yer tutmağa çalışır və onu itirməmək üçün əllərindən
gələni edir. Buna görə də çox zaman əxlaqi dəyərlərə sayğısızlıq etmir. 



Dolça – dolça bürcü insanlıq adına ən ideal bürcdür.
Azadlıq, insanlar arasında bərabərlik, qardaşlıq kimi anlayışlar onun
idealında həyat tərzidir. Daha əvvəl heç kimin düşünmədiyini düşünə  və
reallaşdıra bilər. Hamıdan fərqlənir və orijinal insanlardır.

İstədiyini əldə etmək üçün heç kimin dəstəyinə ehtiyac duymadan hər kəsə
meydan oxuyar. Beləcə yeniliklərə əməl edir. Yenilik və yaradıcılıq,
dünyanı dəyişdirən hər cür mövzu onun maraq dairəsinə daxildir.



Balıqlar – balıq bürcü olduğu mühitdən başqa bir
həqiqət olduğunu düşünür. Bu həqiqətə çatmaq üçün özünü tapmalı, eqodan
və onun sərhədlərindən xilas olmalıdır. Beləcə xəyalını qurduğu
gözəlliklər bütünləşə bilər.

Həssas xarakteri və mühaşidə qabiliyyəti nəticəsində qarşısındakı insanı
anlamasını asanlaşdırır.  Bu özəlliyi sayəsində qarşısındakı insanla
bütünləşib tək ola bilir. Yəni, insanları yaxşı anlaya bilir və onlara
lazımi və ehtiyac duyduqları mənəvi köməyi göstərə bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!