Bürclərlə Ümumi Tanışlıq

Bürclərlə Ümumi Tanışlıq
Bürclər, Qoroskop
10.09.2017 24
Son vaxtlar "sevgi astrologiyası” adı ilə tanınan təncim sahəsi gizli
elmlərdən ən məşhurudur. Dünya sivilizasiyasını təşkil edən müxtəlif
mədəniyyətlərin insana təsiri hamıya necə məlumdursa, kosmik cisimlərin
insan həyatına təsiri də bir o qədər aydındır.
Doğrudan da, məsələn, kim Afrikada doğulub boya-başa çatıbsa, onun
dünya görüşü Avropada anadan olub boya-başa çatan insandan fərqli
olacaq. Hər bir bürcün həyatı da fərqlidir. Bürc və səyyarələrin
münasibətləri xarakterimizi formalaşdıran vacib faktorlardan biridir.
Hər bir bürcün ünsürü, idarəedici səyyarəsi var. Bürclərin cədvəli
aşağıdakı kimidir:



Qoç bürcü

Ünsürü – od.

İdarəedici səyyarəsi – Mərrix (Mars).

Bədənin dominant hissəsi – baş.



Buğa bürcü

Ünsürü – torpaq.

İdarəedici səyyarəsi - Zöhrə (Venera).

Bədənin dominant hissəsi - boğaz.



Əkizlər bürcü

Ünsürü
- hava.

İdarəedici səyyarəsi – Ütarid (Merkuri).

Bədənin dominant hissəsi - boyun və əllər.



Xərçəng bürcü

Ünsürü – su.

İdarəedici səyyarəsi - Ay.

Bədənin dominant hissəsi - döşlər.



Şir bürcü

Ünsürü – od.

İdarəedici səyyarəsi – Günəş.

Bədənin dominant hissəsi – ürək.



Qız bürcü

Ünsürü – torpaq.

İdarəedici səyyarəsi – Ütarid (Merkuri).

Bədənin dominant hissəsi – bağırsaqlar.



Tərəzi bürcü

Ünsürü – hava.

İdarəedici səyyarəsi – Zöhrə ( Venera).

Bədənin dominant hissəsi – böyrək.



Əqrəb bürcü

Ünsürü – su.

İdarəedici səyyarəsi – Mərrix (Mars) və Pluton.

Bədənin dominant hissəsi – cinsiyyət üzvləri, çanaq boyu sahə.



Oxatan bürcü

Ünsürü
– od.

İdarəedici səyyarəsi – Müştəri (Yupiter).

Bədənin dominant hissəsi – bud.



Oğlaq bürcü

Ünsürü
– torpaq.

İdarəedici səyyarəsi – Zühəl (Saturn).

Bədənin dominant hissəsi – dizlər.



Dolça bürcü

Ünsürü
– hava.

İdarəedici səyyarəsi – Uran.

Bədənin dominant hissəsi – baldırlar.



Balıqlar bürcü

Ünsürü
– su.

İdarəedici səyyarəsi – Neptun.

Bədənin dominant hissəsi – pəncə və dabanlar.



Bir-birinə dost və düşmən dörd ünsür özünü bürclərdə də göstərir. Hər
bir ünsürə aid olan üç bürc öz arasında müttəfiqdir. Hava ilə Od, Su
ilə Torpaq dostdur. Su və Torpaq Od ilə düşməndir. Hava isə həm torpaq,
həm də su ilə dolana bilər, ancaq əsl dostluqları tutmaz. Bir-birinə
müxalif (düşmən) olan bürclərin temperamentində, düşüncə tərzində,
fikirlərin ifadə formasında və tərzində böyük fərqlər var. Onlar eyni
hadisəyə müxtəlif munasibet bəsləyirlər. Hətta bir lətifəyə qulaq asıb biri gülməkdən qəşş edə, o
biri isə yüngül təbəssümlə deyə bilər: "Hə, nə olsun?..” Eyni musiqi də
onlarda müxtəlif ovqatlar yaradar. İngilis məsəlində deyildiyi kimi:
"Bir mahnıdan xoşlanmayan iki nəfərin bir evdə yaşaması çətin işdir”.
Müxalif bürclərin daşıyıcıları bədən və tər qoxusuna görə də bir-birindən fərqləndiyindən bir-birini qəbul etmirlər.



P.S. Taleyin qismətilə müxalif burcler ailə qurmuşsa, Allah-Təala kompromis üçün onlara çox ağıllı uşaqlar
verir. Hələ körpə yaşlarından uşaq ailədəki iki əziz adamdan hansının
ədalətli olması ilə bağlı düşüncələrə vardığından zəkası vaxtından tez
və çox inkişaf edir.
Hacı Firudin Qurbansoyскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!