Günün qoroskopu

Günün qoroskopu
Bürclər, Qoroskop
10.09.2017 60
16 sentyabr, cümə, XVIII Ay günü, Günəş - Qızda, Ay - Buğada, Merkuri - Qızda, Venera - Qızda, Mars - Şirdə, Yupiter - Buğada, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda
Münəccim öncəgörümləri
Qoç - Əsəblərinizi gərməklə özünüzü gücə salmayın. İşlərinizdəki uğurlarınızı artırmaq üçün inamla çalışın. Qarşıya qoyduğunuz biznes planlarını uğurla həll edəcəksiz. Səhhətinizə qarşı diqqətli olun.
Buğa - Səhhətiniz sizin üçün problem yaratmayacaq. Maliyyə planlarını həyata keçirərkən xeyli çətinliklərlə üzləşəcəksiniz. Ünsiyyətlərinizdə səmimilik və fədakarlıq xoş ovqat yaradır. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.
Əkizlər - Səhhətiniz sizdən diqqətli olmağı tələb edir. Özünüzü gərgin və yorğun hiss edəcəksiniz. Xoş münasibət bəslədiyiniz adamların köməyinə ehtiyacınız olacaq. Biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda əməli nəticə yoxdur.
Xərçəng - Hələ ki biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda nəzərəçarpacaq əməli nəticə yoxdur. Ünsiyyətlərinizdəki mehribanlıq və güzəştlər sizin fədakarlığınızla meydana çıxır.
Şir - Maliyyə işlərinizdə irəliləyişlərdən məmnun qalacaqsız. Səhhətinizlə bağlı həlli vacib olan məsələlərə diqqət ayırmalısınız. Sevgi münasibətləriniz qarşılıqlı ittihamlarla doludur.
Qız - Ünsiyyətlərinizdən məmnun qalacaqsız. Sizə qarşı rəğbəti olan adamların problemlərinizlə maraqlanması və onların həlli yönündə çalışması güvəncinizi artıracaq. Səhhətinizdən narazılığınız olmayacaq.
Tərəzi - Həkim məsləhətinə qulaq asmaq vacibdir. Tez yorulursunuz. Gücünüzdən səmərəli istifadə etməklə uğurlarınızı çoxalda bilərsiniz. Biznes planlarını həyata keçirmək sizin üçün çətinlik yaradacaq.
Əqrəb - Maliyyə işləriniz bu günlər, demək olar ki, heç alınmır. Yorulmadan çalışmalarınıza baxmayaraq, əldə etdikləriniz çox azdır. Bu gün özünüzü gümrah hiss edəcəksiniz. Səhhətinizdən şikayətiniz olmayacaq.
Oxatan - Maliyyə durumunuzu artırmaq cəhdlərində geriləməsəniz, işləriniz qənaətbəxş alınacaq. Səhhətinizin tələblərinə riayət etməlisiniz. Ünsiyyətlərinizdəki natarazlıqdan əziyyət çəkəcəksiz.
Oğlaq - Səhhətinizlə bağlı ciddi şikayətləriniz olmayacaq. Şəxsi münasibətlərinizdə yaranmış qarşılıqlı güzəştlərdən məmnun qalacaqsız. Maddi məsələləri yoluna qoymaq cəhdləriniz isə əhəmiyyətli nəticə verməyəcək.
Dolça - Əsəbi əhval-ruhiyyəniz daxili sıxıntılarınızı artıracaq. Özünüzü zəif hiss edəcəksiniz. İndi maddi imkanlarınızı artırmaq yönündəki çalışmalarınızda böyük uğurlarınız var.
Balıqlar - Səhhətiniz sizdən ötrü problem yaratmayacaq. Ünsiyyətləriniz mehribanlıq və səmimilik müstəvisindədir. Maliyyə yönündə çalışmalarınız o qədər də yaxşı alınmır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!