Bürcləri sevdiyi insandan ayrılmağa nə məcbur edər?

Bürcləri sevdiyi insandan ayrılmağa nə məcbur edər?
Bürclər, Qoroskop
10.09.2017 34
Qoç bürcü
Başqaları ilə maraqlandırğınızı hiss etdirməyiniz, onu qısqanmağınız sizdən bezməsi üçün kifayətdir.
Buğa bürcü
Çətin ayrılar. Cinsəl istəksizliyiniz, maddi qərarlarınızın tez-tez səhv olması, qənaətcil ola bilməməyiniz, bədxərcliyiniz, bir sözlə, büdcənizi yaxşı idarə edə bilməməyiniz ayrılmaq üçün əsaslı səbəbdir.
Əkizlər bürcü
Qısqanclığınız onun sizdən bezməsinə gətirib çıxara bilər. Bir anda hər şeyi atıb çıxıb gedər...
Xərçəng bürcü
Qaçsanız qovar, qovsanız qaçarlar... Sizin onun düşündüyü biri kimi olmadığınızı bildiyi andan etibarən ayrılıq yaxınlaşır. Onu incitməyiniz, tənqidləriniz, şəfqətli davranmamağınız və hirsli rəftaranız sizdən soyumusına bəs edir.
Şir bürcü
Qüruruna toxunub, səhvlərindən bəhs etsəniz, çox güman ki, sizi atıb gedəcək və bir da çətin ki, geri qayıtsın...
Qız bürcü
Diqqətli, ağıllı və səmimi olmağınız yetərlidir. İntellektual və savadlı deyilsinizsə, çox tez itirəcəksiniz.
Tərəzi bürcü
Modern, məşhur, baxımlı və sayğılı olmamanız yetərlidir. Pis olmamaq və nəzakətli olmaq xətrinə heç bir şey söyləmədən sizi tərk edəcək.
Əqrəb bürcü
Sizi idarə etməyinə icazə verməlisiniz, ya da əlinizdən bir saniyə belə olsun buraxmamalısınız. Sizi idarə edə bilməyəcəyini hiss etməsi ayrılmağa və sizi acılar içində qoymağa yetərlidir.
Oxatan bürcü
Gəzməkdən xoşunuz gəlmirsə, maraq dairəniz fəqlidirsə münasibətlərinizin ömrü uzun olmayacaq. Ağıllı olmadığınızı hiss etdiyi an sizdən uzaqlaşmağa qərar verəcək.
Oğlaq bürcü
Ən çətin ayrılan bürcdür. Sizi həddindən artıq bəyənibsə, ailəsi haqqında pis danışmamalısınız. Lakin pullarını sağa-sola xərcləsəniz, ona kömək olmaq əvəzinə, çətin vəziyyətə salsanız, gec-tez ayrılmağa qərar verəcək.
Dolça bürcü
Onu istəmədiyinizi hiss etməsi və ya bunu deməyiniz yetərlidir. Bunlar olmasa, ona hər gün nə etdiyini, nə ilə məşğul olduğunu, işlərinə müdaxilə etməyiniz, dostları ilə görüşməyi qadağan etməyiniz rahatlıqla ayrılığa səbəb ola bilər.
Balıq bürcü
Ayrılmaq üçün konktret səbəb yoxdur. Çünki səbəblər hər an dəyişə bilər. Duyğusal dünyasını alt-üst edəcək hər hansı bir hadisə yetərlidir. Əsas səbəb öz xeyrinə heç nə əldə edə bilməməsidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!