2014-cü At ilində sizi nə gözləyir? Ətraflı

2014-cü At ilində sizi nə gözləyir? Ətraflı
Bürclər, Qoroskop
10.09.2017 47
Qoç
 
Əgər bu
vaxta qədər yalnız maliyyə problemləri, ailə-məişət çətinliklərini aradan
qaldırmaq barədə düşünürdünüzsə, 2014-cü ildə karyeranı yüksəltmək, vətənpərvərlik,
yaradıcılıq, valideyn və övlada məhəbbət daha çox diqqət mərkəzində olacaq.
Sevgi münasibətləri isə öz ixtiyarınıza veriləcək. İlin ilk ayında əksər sahələr
bürcünüz üçün o qədər də səmərəli olmayacaq. Göstərilən ərəfədə daxili
orqanlarınızla bağlı problemlərlə üzləşəcəksiniz. Bu səbəbdən də vaxtında tədbir
görməlisiniz. 2014-cü ildə biliyinizi artırmaq, istedadlı insanlardan təcrübə
toplamaq istiqamətində konkret addımlar atmalısınız. Novruz ərəfəsində şəxsi
büdcənizi qənaətlə xərcləyin ki, sonrakı iki ayda gözlənilən maliyyə
böhranından qurtula biləsiniz. Ümumi yanaşsaq, ilin birinci yarısı sizin üçün qənaətbəxş
olacaq. Əgər boş məsrəflərə pul xərcləməsəniz, ciddi narahatçılığınız
olmayacaq. İyuldan sonra ciddi seçim qarşısında qalacağınız güman olunur. Gələcəyiniz
çıxardığınız qərarlardan birbaşa asılı olduğu üçün dəfələrlə götür-qoy etməyiniz
lazım gələcək. Avqustun ortalarından isə bu vaxta qədər gizli fəaliyyət göstərən
düşmənləriniz üzə çıxacaq. Həmin müddətdə rəqibinizi konkretləşdirdiyiniz üçün
mübarizəniz effektli olacaq. Əgər riskdən qorxmasanız, cəsarətli addımlar
atsanız, qələbəyə daha tez yetişəcəksiniz.

 
Buğa
 
Hamıdan fərqli
olaraq siz 2014-cü ilin gəlişindən daha çox şeylər gözləyirsiniz. Çünki ötən il
kifayət qədər çətinliklə rastlaşmısınız. Ələlxüsus da dost və doğmalarınızla
aranızda ciddi soyuqluq, fəaliyyət sahəsində yaranmış problemlər, şəxsi büdcənizi
tənzimləmək üçün etdiyiniz cəhdlərin tez-tez boşa çıxması İlan ilinə olan
etimadınızı azaldıb. Buna baxmayaraq ilin elə ilk həftələrində qarşınıza çıxan
şanslardan yararlanmalısınız. Hər şeydən əvvəl köhnə planları, nə vaxtdan bəri
daxilinizdə cövlan edən layihələri reallaşdırmağa çalışın. Əgər martın
ortalarına qədər bu istiqamətdə məqsədinizə yetişsəniz, ilin qalan 8 ayını şad
və xürrəm tərzdə başa vuracaqsınız. Aprel ayının ortalarında rastlaşdığınız
adamların şəxsi həyatınızda olduqca böyük rolu olacaq. Bunun üçün ilk növbədə təşəbbüskarlıq
öz tərəfinizdən olmalıdır. Bir sözlə, müttəfiqlərə səmimiyyətinizi göstərə bilsəniz,
onlar karyerada yüksəlişinizə və maliyyə uğurlarınıza təminatçı olacaqlar.
Yeganə çətinliyiniz avqustda olacaq. Yaxşı olar ki, göstərilən müddətdə əsas
diqqətinizi səfərlərə və istirahətə yönəldəsiniz. Payızda isə böyük sınaqlarla
baş-başa qalacaqsınız. Yenə də hər şey özünüzdən, çıxardığınız qərarlardan, gəldiyiniz
nəticələrdən asılı olacaq. Həyatın aparıcı amili olan sevgi məsələsində isə vəziyyət
qənaətbəxş olmalıdır.

 
Əkizlər
 
2014-cü
ilin ilk 6 ayı ərzində insanlarla münasibətinizdə, eləcə də dünyagörüşünüzdə mənfi
fəsadlar nəzərə çarpacaq. Amma çətin olsa da, qarşınızda duran məqsədlərə yetişə
biləcəksiniz. Astrologiya elminə görə bürcünüz informasiya toplamaqda mahirdir.
Ulduzların düzümü Novruz bayramından may ayının ilk həftəsinə qədər olan müddətdə
daha ehtiyatlı olmağınızı məsləhət görür. Deyilən ərəfədə rəqibləriniz kifayət
qədər güclənəcək və məğlubiyyətinizə nail olmaq üçün canfəşanlıq göstərəcəklər.
Gərəkdir ki, yeni və ciddi işlərdən uzaq olasınız. At ili bürcünüzə zamanla
ayaqlaşmağı, etikanı qorumağı və daha çox təcrübi işlərlə məşğul olmanızı təlqin
edəcək. Əgər bu ənənəyə sadiq qalmasanız, iyunun sonuna qədər çətinliklə
baş-başa qalacaqsınız. İş barədə özünüzü aldatmağa, boş-boşuna vaxt itirməyə
son qoymalısınız. Əgər hər şeydən əliniz üzülsə, yalnız məhəbbətdən yapışın.
Çünki, bu il başlıca xilas amiliniz məhz sevgi olacaq. İlin birinci yarısında
maliyyə durumunuz aşağı səviyyədə olsa da, payıza doğru müsbət dönüş əldə edəcəksiniz.
Ümumiyyətlə, sentyabrın sonlarından başlayaraq tale üzünüzə güləcək.

 
Xərçəng
 
Astroloji
göstəricilərdən hiss olunur ki, ötən il bir neçə mühüm işə başlasanız da
onların əksəriyyəti yarımçıq qalıb. Bu baxımdan qarşılamaqda olduğunuz 2014-cü
il sizin üçün çox məhsuldar dövr olacaq. Yanvar-mart aralığında bəzi cəhdləriniz
boşa çıxsa belə, yeni müttəfiqlər qazanmağınızdan razı qalacaqsınız. Məhz göstərilən
üç ayda karyeraya yüksələn "kəsə yolu” tapacaqsınız. Aprelin ortalarından
etibarən şəxsi büdcənizi tənzimləməkdə heç bir maneə ilə rastlaşmayacaqsınız.
Göstərdiyimiz zaman kəsiyində böyük biznesə girişmək, perspektivli maliyyə sövdələşmələrinə
başlamaq üçün neçə-neçə şans qazanacaqsınız. Yay aylarında ailə-sevgi münasibətləriniz
mənfi müstəviyə istiqamət götürə bilər. Ola bilsin ki, bəzi bədxahlar
sevdiyiniz şəxslə aranızda soyuqluq yaratmaq istəyəcəklər. Dedi-qoduya aludə
olmayın. Əgər tövsiyələrimizə əməl etsəniz, qızmar yayda vəziyyətiniz qaydasına
düşəcək. Sentyabrın ortalarından başlayaraq istər karyerada, istərsə də biznes
fəaliyyətinizdə uğurlarınız artacaq. Noyabrda sağlamlığınızı qoruyun. Həmin
zaman kəsiyində spirtli içkilərdən, soyuq qidalardan uzaq olmalısınız. İlin son
ayını isə ürəyiniz istəyən tərzdə keçirəcəksiniz.

 
Şir
 
At ili
sizin üçün itkilərlə başlayacaq. Ümumiyyətlə, qış aylarını olduqca gərgin tərzdə
başa vuracaqsınız. İstər qarşılıqlı münasibətlərdə, istərsə də fəaliyyət zəminində
çoxsaylı problemlərlə rastlaşma ehtimalınız var. Odur ki, Novruza qədər riskli
hərəkətlərdən uzaq olmalı, ağlınız kəsməyən işlərdən çəkinməlisiniz. Elə ki
mülayim yaz başladı, tale üzünüzə gülməyə başlayacaq. Ötən üç ayda
rastlaşdığınız maliyyə problemləri də məhz deyilən ərəfədə yoluna düşməyə
başlayacaq. Əgər iştirakçısı olduğunuz situasiyalardan ləyaqətlə çıxa bilsəniz,
vəzifə pilləsində ucala da biləcəksiniz. Avqust-oktyabr aralığında isə
karyeranızda daha parlaq mənzərə yaranacaq. Həmçinin ailə-sevgi problemləriniz
kifayət qədər azalacaq. Bu prosesi daha da sürətləndirmək istəyirsinizsə,
davranış və hərəkətlərinizdə ədalətli prinsiplərə söykənməli, kiminsə qəlbini
qırmamağa çalışmalısınız. 2014-cü ildə səfərləriniz də çox olacaq. Şəxsi büdcəniz
imkan versə, xarici ölkələrə getmək imkanı da qazanacaqsınız. Amma Göy qübbəsi
daha çox Vətəndə səyahət etməyi məsləhət görür. İlin ikinci yarısında siyasi
dünyagörüşünüz nəzərəçarpacaq dərəcədə yüksələcək. Əgər az da olsa siyasətlə məşğul
olursunuzsa, sizi daha böyük uğurlar gözləyir. Ulduzlar səhhətlə bağlı elə bir
ciddi probleminizin olmayacağını vurğulayır.

 
Qız
 
Ötən dövrlərlə
müqayisədə 2014-cü ilə reallığın gözü ilə yanaşmalı, hər bir hadisəni dönə-dönə
analiz etməlisiniz. Onu da unutmayın ki, bu il dostlarınız xeyli artdığından
mühafizəniz də güclənəcək. Bu səbəbdən də nə qədər ciddi olsa belə, rəqiblərdən
qorxmamalısınız. Əksinə, əzmkarlığınızı artırmalı, öz ideyalarınıza yetişmək
üçün qətiyyət göstərməlisiniz. Belə etsəniz, may ayından başlayaraq fəaliyyətinzdə
əsaslı dönüş yaranacaq. Daha əvvəlki dövrlərdəki kimi aldanmayacaq, öz
potensialınızı göstərə biləcəksiniz. At sizdə mistik inancları da artıracaq. Bu
baxımdan İslami qaydalara riayət edəcəyiniz gözlənilir: namaza başlamaq, müqəddəs
pirlərimizi ziyarət etmək, digər ayinlərə həvəs göstərmək və s. Yeni ildə üzərinizə
düşən başlıca vəzifə səbir nümayiş etdirməkdən ibarətdir. Ulduzlar yazqabağı və
payızın ortalarında səhhətinizə diqqət yetirməyinizi tövsiyyə edir. Həmişəki
kimi laqeydlik göstərsəniz, həkimə düşməyiniz qaçılmaz olacaq. İyunun
sonlarından başlayaraq ailə-sevgi münasibətləriniz ideal səviyyəyə çatacaq. Evlənmək
üçünsə oktyabr-dekabr aralığını seçməyiniz məsləhətdir.

 
Tərəzi
 
Proqnozlarınızın
tərtibatında istifadə etdiyimiz bütün mənbələrdə göstərilir ki, martın
ortalarına qədər əksər sahələrdə ağır sınaqlarla baş-başa qalacaqsınız. Belə
deyək ki, həmin üç ayda sanki "cənnət darvazası” önündə bədxah adamlarla cəngə
girəcəksiniz. Odur ki, özünüzdə təpər tapıb rəqiblər üzərində qələbə çalmağa
hazır olmalısınız. Qalan məsələlərlə işiniz yoxdur. Ən azı ona görə ki, sonrakı
müddətdə Göylər sizi hifz edəcək. Aprelin əvvəllərində tərəfdarlarınız güclənəcək
və onlar çox işlərdə sizə dəstək verəcəklər. Ötən ilin noyabrından rastlaşdığınız
problemləri də məhz həmin dövrdən etibarən qaydasına salacaqsınız. Bir amili də
unutmayın ki, 2014-cü il evli "Tərəzi”lər üçün çətin, subaylar üçünsə şən keçəcək.
Amma ehtiyatlı olmaq lazımdır ki, may-iyun aylarında xəyanətə tuş gəlməyəsiniz.
Ümumiyyətlə, yaz ərəfəsində təkcə sevgilinizlə deyil, doğmalarınızla,
qohumlarınızla, qonşu və həmkarlarınızla da mülayim davranış nümayiş etdirməli,
isti münasibət göstərməlisiniz. Ulduzlar avqusta uğurlu bir sövdələşmənin
iştirakçısı olacağınızı bəyan edir. Hətta bu danışıqların gələcəyinizə parlaq təsir
göstərəcəyi də qaçılmazdır. Amma gərək öz problemlərinizə göz yumub başqaları
haqqında düşünməyəsiniz. Əvvəl özünüzə əncam çəkin ki, imkanınız olsun və sizi
narahat edən şəxslərə də əl tutasınız. Səfər və yeni işlərə gəlincə, bu, yalnız
avqust ayında uğurlu ola bilər. Orqanizminizdə cüzi şəkildə mövcud olan qara
ciyər, qan dövranı və duzlaşma problemlərini nəzərə almasaq, il boyu səhhətinizdən
şikayət etməyəcəksiniz.

 
Əqrəb
 
Bu il baş
verən hadisələr o qədər zəngin və sürətlə hərəkət edəcək ki, Atın nə vaxt ötüb
keçdiyini bilməyəcəksiniz. Yanvar ayında fəaliyyət dairənizi genişləndirmək
istiqamətində etdiyiniz cəhdlər boşa çıxsa da, ruhdan düşməyə lüzum yoxdur.
Çünki vaxtı yetişməmiş işlərə tələsik yanaşmaq yalnız zərərinizə ola bilər.
Buna baxmayaraq fevralın ikinci yarısından başlayaraq müştərək biznes sahəsində
çoxsaylı uğurlarınız olacaq. Hətta nəticə sizi qane etdiyindən paralel fəaliyyətə
də həvəs göstərəcəksiniz. Amma bu ehtimala lüzum yoxdur. Çünki ilin birinci
yarısında təkbaşına hansısa karyeraya yetişməyiniz inandırıcı deyil.
 
Atın himayədarlıq
etdiyi dövr bürcünüzün dinə-imana gəlməsində əhəmiyyətli rol oynayacaq. Hətta
qatı ateist olsanız da, bu aralıqda Tanrıya xoş gələn hərəkətlər edəcək, dini
ayinlərə hörmətlə yanaşacaqsınız. Bu il qazancınız artsa belə, bir qədər qənaətcil
olmağınız vacibdir. Şəxsi büdcənizi qorumaqsa başlıca vəzifənizə çevrilməlidir.
Çalışın ki, sevgi məsələlərində amansızlığa, eqoistliyə son qoyasınız. Əks təqdirdə
uzun müddət başağrısına mübtəla olacaqsınız. Eyni zamanda mart, iyul və
oktyabrda ciddi rəqiblərlə rastlaşma ehtimalınız var. Nəzərə alın ki, 2014-cü
ilin himayədarı sizin planet -Marsdır. Deməli, hamıdan enerjili məhz siz
olmalısınız.

 
Oxatan
 
Atın hakim
olduğu dövr şəxsi həyatınızda ən keşməkeşli ərəfə olacaq. Necə deyərlər,
oddan-alovdan keçəcəksiniz. Nəticənin uğurlu olacağını düşünüb bəri başdan bu
kimi sınaqlara baş qoşmamalısınız. Əks təqdirdə nail olduğunuz çox şeyi itirə
bilərsiniz. Söylədiyimiz amillər daha çox ilin birinci yarısında baş verəcək. Təxminən
avqustun sonundan başlayaraq itirdiklərinizi tapacaq, yarımçıq qalan işlərinizi
bərpa edəcəksiniz. Bu istiqamətdə keçmiş şöhrətiniz də köməyinizə yetəcək. Təəssüf
ki, dost sarıdan yenə də narahatçılıqla üzləşəcəksiniz. Hətta bu xoşagəlməzliyin
ailə-sevgi münasibətlərinizə də mənfi təsir göstərməsi mümkündür. Bu səbəbdən də
sevginizi qorumalısınız. Evlənmək istəyənlərsə, aprel-oktyabr aralığından
istifadə etməlidir. Səhhətinizlə bağlı problemlərə gəlincə, bildirək ki, bu il
ayağında yel olan "Oxatan”lar daha ehtiyatlı olmalıdır. Bundan başqa xroniki xəstəliklər,
qan dövranının normal tənzimlənməməsi sizi narahat edə bilər. Yeni ildə
bürcünüzün üzərinə düşən başlıca vəzifə keçmişə aludə olmamaq, insanlara olan mənəvi
borclarınızı qaytarmaqdır. Borc deyən kimi yada pul düşdüyündən gəlin,
ulduzların bu istiqamətdə verdiyi proqnozlara nəzər salaq. Unutmamalısınız ki,
qazanmaq üçün ən uğurlu dövrünüz aprel, avqust və dekabr olacaq. Bizneslə məşğul
olanlar isə ən ideal ərəfə yaşayacaqlar.

 
Oğlaq
 
İlk öncə nəzərinizə
çatdıraq ki, bu il qəlbinizə yaxın olan adamlar əksər məsələlərdə sizə yardımçı
olacaq. Dostlarla, qohum-qardaşla, o cümlədən qonşu və həmkarlarınızla aranızda
yaranmış soyuqluq aprel ayından başlayaraq qaydasına düşəcək. Münasibətləri tənzimləmək
məsuliyyəti öz üzərinizə düşdüyündən ilkin addımı da özünüz atmalısınız. İndi
münaqişəli situasiyalara cəlb olunmaq vaxtı deyil. Çünki At ilinin birinci
yarısında işlərinizi necə qursanız, sonrakı müddətdə də elə o cür davam edəcək.
Ulduzlar yazın sonlarında ciddi səhvlərə yol verəcəyinizdən narahatdır.
Çalışmaq lazımdır ki, ətrafınızda olan hər kəsə inanmayasınız. Daha çox
yalandan uzaq olmalısınız. Bunu bacarsanız, sentyabrdan etibarən nəzərdə
tutduğunuz ideyaların əksəriyyəti reallaşacaq və daxili təlatümləriniz səngiyəcək.
İlin sevgi amili isə əsasən özünüzdən asılı olacaq. Əgər mülayim və nəzakətli
olsanız, rəğbət qazanacaq, əksinə olsa, küsüşmələr prosesi başlayacaq. Bu il
sizə çoxlarının işi düşəcək. Bacardığınız qədər onlara kömək göstərin ki, rəğbət
qazanasınız. 2014 yaradıcı "Oğlaq”lar üçün daha uğurlu il olacaq. Maliyyə
durumunuz qənaətbəxş olmasa da, kisəniz boş qalmayacaq. İş yerini dəyişmək
planlarınızı isə təxirə salın. Çünki başqa işə keçsəniz, vəzifə pilləsində yüksəlməyəcəksiniz.
Səhhətinizə gəlincə, bilməlisiniz ki, 2014-cü ildə sümüklərinizi, mədə-bağırsağınızı
və qan-damar sisteminizi qorumalısınız.

 
Sutökən (Dolça)
 
Şaxtalı
yanvar və ilk dekadası (1-10) çoxsaylı çətinliklərlə üzləşsəniz də, ruhdan düşməyinizə
lüzum yoxdur. Əksinə, hər bir mübarizədə əzmkarlıq göstərməklə qarşınızı kəsən
maneələri dəf etməyə çalışmalısınız. Ötən dövrlərlə müqayisədə 2014-cü il ətrafınızda
olan insanların sizi anlamağına zəmin yaradacaq. Artıq onlar sizi yüngülbeyin,
zəif dünyagörüşlü, səthi düşüncəyə malik adlandırmayacaq, fikirlərinizlə həmrəy
olacaqlar. Bu səbəbdən də dostlarınız da artacaq. Mart-oktyabr aralığı isə
bürcünüz üçün ən ideal ərəfə olacaq. Karyerada yüksəliş, maddi durumun yüksək səviyyəyə
çatması, yeni və etibarlı dostlar, o cümlədən mənəvi rahatlıq həmin müddətdə
sizi məmnun edəcək. Evlənmək və yeni işlərə başlamaq üçün də şanslar
qazanacaqsınız. Rəqibləriniz xeyli zəifləyəcək, dünyaya baxışlarınız dəyişəcək.
Yeni sevgi məcaralarına isə çox da aludə olmayın. İlin son iki ayı müəyyən qədər
gərgin fonla müşayiət olunsa da, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzlikləri
dəf edə biləcəksiniz. O ki qaldı sağlıq durumunuza, bu istiqamətdə At sizi
kifayət qədər qoruyacaq. Özünüzü yalnız soyuqdan qorumaqla kifayətlənməlisiniz.

[/b]
[b]Balıqlar

İlin birinci yarısında doğmalarınızla, ələlxüsus da
kiçikyaşlılarla bağlı problemləriniz, o cümlədən, yaxın dostlarınızla münaqişələriniz
gözlənilir. Bunun qarşısını almaq üçün mülayim davranmalı, məntiqli çıxışlar
etməli, ətrafda baş verən prosesləri düşüncəli şəkildə analiz etməlisiniz. Əks
təqdirdə çoxsaylı çətinlikləriniz olacaq. Mayın əvvəllərinə qədər iş yerini dəyişmək,
xarici ölkələrə səfər etmək, o cümlədən, riskli addımlar atmaq fikrindən
daşınmağınız vacibdir. İyundan ilin sonuna qədər nəzərdə tutduğunuz planların
böyük əksəriyyəti həyata keçəcək. Bu sıraya ailə qurmaq, məşhurlaşmaq, vəzifə
pilləsində yüsəlmək, həmçinin nüfuzu artırmaq kimi amillər aiddir. Ulduzlar təvəqqe
edir ki, ünsiyyətdə olduğunuz hər kəslə mülayim davranın. Çünki bu il kiminləsə
konfliktə girməkdənsə, daha ideal planları icra etmək daha məqsədəuyğundur.
Astroloji göstəricilər sağlıq durumunuzun aprel, se
ntyabr və dekabr aylarında
problemli olacağını göstərməkdədir. Odur ki, bəri başdan bu istiqamətdə tədbirli
olmağınız məsləhət görülür. Fevraldan başlayaraq maddi durumunuz ikiqat-üçqat səviyyədə
artacaq. Amma özünüz də aktivliyinizi artırıb qazanmaq istiqamətində canfəşanlıq
göstərməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!