Qız bürcü haqqında hər şey

Qız bürcü haqqında hər şey
Bürclər, Qoroskop
10.09.2017 72
Bu bürcdə doğulan şəxslər ciddi və ləyaqətlidirlər. Təvazökarlıq
onların xarakterinin ən gözəl xüsusiyyətidir. Qızın çox gözəl davranış
qaydaları vardır. Onlar özlərini məclislərdə, cəmiyyət qarşısında əsl
xanım və ya cənab kimi aparırlar.


Qız
bürclü şəxslərlə özünüzü səmimi, olduğunuz kimi aparın. Qız yalanı,
qeyri-səmimiliyi sevmir. Onların xoşuna gəlmək üçün hisslərlə yox,
ağılla hərəkət edin. Onlara göstərin ki, siz praktikliyi, düzgünlüyü
həyatda hər şeydən üstün tutursuz.


Onları bahalı restorana dəvət
etməyin, çünki Qız artıq pul xərcləməyi sevmir. Əgər keçirdiyiniz
məclislər evdədirsə, onda çoxlu adamlar, tanışlar çağırmayın. Hamının
gözü qarşısında ona kompliment söyləməyin.


Əgər görüşə çağırdığınız
şəxs Qız bürclü qadındırsa, ona qarşı çox diqqətli, nəzakətli olun.
Qeyri-adi gözəl davranış qaydaları ilə onun ürəyinə yol tapın.


Söhbəti əsasən ondan məsləhət almaq üçün açın, guya siz hansısa bir
məsələyə dair nə qərara gələcəyinizi bilmirsiz. Qız bürclü insanlar
məsləhət verməyi sevirlər.


Onlar öz sağlamlığına qarşı çox
diqqətlidir. Onunla rasional qida haqqında danışa, idman və sağlamlıq
jurnallarından söhbət aça, yeni məqalələr haqqında məlumat verə
bilərsiz.

Onlara qarşı diqqətli olun. Təyin etdiyiniz vaxtdan gec
olmayaraq görüşə getməyi unutmayın. Görüşə gecikmək yarımçıq adamların
işidir.

Qız bürclü şəxs seçdiyi insana hörmətlə yanaşır. Siz də ona
qarşı elə olun. Yadda saxlayın ki, Qız bürclü insanlar realistdirlər.
Ona görə də, boş yerə vəd verməyin. Qıza ən böyük hədiyyə kitabdır.
Oxumağı, mütaliə etməyi sevdiyindən bağışladığınız hər bir kitab onun
üçün ən əziz xatirədir.

[/b]
 
Kişi Qızın başqa bürclərlə uyğunluğu

Qız - Qoç. İlk
görüşdən bir-birinə maraqları arta bilər, amma bunu nəzərə almaq
lazımdır ki, Qoçlar çox emosionaldır. Qarşı tərəfin məhz onun dediyi ilə
oturub-durmasını istəyir. Yaranan problemlər ailənin uzunmüddətli
olmasına maneədir.

Qız - Buğa. Hər
ikisinin oxşar xüsusiyyətləri var. Təcrübəli, evdar, istiqanlı,
evtikəndirlər. Bir-birinə uyğundurlar. Əgər hər ikisi kompromisə
getsələr, bir-birinə güzəşt etsələr, xoşbəxt ailə yarana bilər.

Qız - Əkizlər. Əkizlər
sərbəstliyi sevir. Qızın onlar üçün qoyduğu qayda-qanuna çox vaxt
riayət etmirlər. Bu da, Qızı özündən çıxara bilər. Qısa müddətli əlaqə
mümkündür. Ailə çox vaxt uğursuz olur.

Qız - Xərçəng. Qız
Xərçəng üçün hisslərin təhlükəsizliyini təmin edir. Xüsusi diqqət
ayırır. Bir-birinə çox uyğun insanlardır. Bütün münasibətlərdə bu
uyğunluq görünür. Dostluq və işgüzarlıq münasibətləri əladır. Ailə də
uğurludur.

Qız - Şir. Onlar bir-biri ilə
çətin ki, tutsunlar. Qız tənqid etməyi sevir, Şir isə bunu xoşlamır.
Bir-birini başa düşmürlər. Oxşar cəhətləri olduqca azdır. Maraqları
üst-üstə düşmür. Münasibətləri çox vaxt alınmır. Ailə qurmaq heç
məsləhət deyil.

[b]Qız - Qız.
Hər
ikisi eyni bürcün sahibi olduğundan oxşa cəhətləri çoxdur. Bir-biri ilə
yaxşı yola gedirlər. Bir-birinə tələbləri böyükdür. Əgər tərəflərdən
biri güzəşt addımı atarsa, onda xoşbəxt ailənin yaranması mümkündür.

Qız - Tərəzi. Tərəzi
bürcü sevgiyə Qızdan fərqli olaraq çox ciddi yanaşır. Qızın soyuqqanlı
olması çox vaxt Tərəzini özündən çıxarır. Tərəzi dözümlülük göstərmir.
Bu da münasibətlərin korlanmasına ciddi təsir göstərir. Ailə çox
uğursuzdur.

Qız - Əqrəb. Əqrəb bürclü Qız
bürclü ilə münasibətdə özünü çox rahat hiss edir. Qız bürclü tez-tez
güzəştə getsə ünsiyyətlər daha möhkəm olar.

Qız - Oxatan. Oxatanın
münasibətdə qeyri-ciddiliyi Qızı daim narahat edəcək. Oxatanın
dözümsüzlüyü, daim başçı rolunda olması, qısqanclığı ünsiyyətlərin də
qısa müddətliyinə gətirib çıxarır. Ailə uğurlu sayılmır.

Qız - Oğlaq. Hər
ikisi hissiyyata qapanan dözümlü, intellektli, ağıllı insanlardır.
Dostluq və işgüzarlıq münasibətlərində Qız daim Oğlağa güzəştə gedir.
Ailə münasibətləri çox uğurludur. Arada qarşılıqlı hörmət mövcuddur.

Qız - Dolça. Bir-birini
bəyənsələr də bunlar arasında ailə münasibətləri mümkün deyil. Çox vaxt
belə ailələrin dağılması müşahidə olunur. Bu bürclü insanların
işgüzarlıq münasibətləri də nadir hallarda olur. Dostluq münasibətləri
də uğursuzdur.

Qız - Balıqlar. Qız
sevginin zəka ilə, intellektlə, ağılla sıx bağlı olduğunu hesab edir.
Balıqlar isə əksinə, hissə çox qapanırlar. Buna baxmayaraq, uğurlu
ailənin yaranması mümkündür.Qədim türkcə - Buğdabaşı;

Farsca - Xoşe; Qədim yunanca - Parthenos

Latınca - Virgo; Ərəbcə - Sünhülə, Üzra; Rusca - Deva

 
Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabındanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!