Oxatan bürcünün xüsusiyyətləri

Oxatan bürcünün xüsusiyyətləri
Bürclər, Qoroskop
10.09.2017 49
Oxatanla tanış olan zaman ilk söhbəti heyvanlar haqqında başlasanız
yaxşı olar. Oxatan evində it saxlamasa da, onlar haqqında çox
maraqlanır. Cəngəllik qanununun cəmiyyətdə işləməsini, yırtıcılarla
zəiflərin təması məsələsini açıqlayın. İlk görüşü açıq havada təyin
etsəniz yaxşı olar.


 Oxatanlar
hədiyyə almağı çox sevir. Bunun üçün çox pul xərcləmək lazım deyil. Bu
bürcün sahibləri elə insanlardır ki, hədiyyənin bahalı və ucuz olması
yox, sizin ona diqqətiniz üçün vacibdir.


Oxatanlar çox
ünsiyyətcildirlər. Onların dünya görüşü çox geniş olduğundan, hər barədə
söhbət etmək olur. Lakin laqeyd və passiv həmsöhbətdən tez bezirlər.

Qadın Oxatanlar evlilik təklifinə o saat cavab verməyə tələsmirlər.


Kişi Oxatanlar isə o dəqiqə cavab gözləyirlər. Cavabın uzadılması onun aqressiyasına səbəb olur.

Oxatanlar çox sentimentaldırlar. Onlar sevgilisi ilə ilk görüşü ömrünün
axırına kimi unutmur, tez-tez xatırlayırlar. Hətta başqası ilə ailə
həyatı qursa da, ilk öpüşü yada salır, ya da müqayisə edir.


Bu
bürcün sahibləri çox ailəcanlı şəxslərdir. Əgər sizin həyat yoldaşınız
Oxatandırsa, onda əmin olun ki, mağazadan ağır zənbilləri daşımaq,
məişət problemlərini həll etmək onun öhdəsinə düşəcək.


Amma
Oxatanlara əsla göstəriş verməyin, bu onu qıcıqlandırır. Onlar uşaqları
çox sevir. Uşaqlarının bütün ehtiyaclarını özü ödəyir. Onlardan heç vaxt
ciddi valideyn olmur. Ona görə də, uşaqların tərbiyəsi ilə özünüz
məşğul olsanız yaxşıdır. Oxatanlar uşaqlarının heç bir sözünü yerə
salınırlar. Ona görə də, çox vaxt uşaqlar ərköyün böyüyür. Bunu da
nəzərə alın ki, çox vaxt ailədə mübahisə uşaqların tərbiyəsi ilə
əlaqədar meydana çıxır.
 
 
Kişi Oxatanın başqa bürclərlə uyğunluğu

Oxatan - Qoç. Bir-birinə
uyğun şəxslərdir. Aralarında problem olsa belə, tez barışa bilirlər.
Hər ikisinin ünsürü od olduğundan oxşar cəhətləri çoxdur. Bir-biri ilə
vaxt keçirməyi xoşlayırlar. Hər cür münasibətlər mümkündür. Ailə
uğurludur.

Oxatan - Buğa. Oxatan Buğanın
dedikləri ilə oturub-durmağı sevmir. Buğa daha çox evə bağlıdır,
Oxatansa səyahəti, gəzib-dolaşmağı sevir. Uzunmüddətli münasibətlər
haqqında danışmaq qeyri-mümkündür. Ailə uğursuzdur.

Oxatan – Əkizlər. Hər
iki bürc sahiblərinin oxşar cəhətləri vardır. Hər ikisi hər şeyin yaxşı
olmasına inanır. Yeni tanışları, yeni məkanı çox sevirlər. Əsas problem
Əkizlərin ailədə lider olmaq istəyidir. Bu da Oxatanların xoşuna
gəlməyəcək. Güzəşt olmazsa, ailə uğursuzdur.

Oxatan - Xərçəng. Bir-birindən
kəskin fərqlənən iki bürc. Xərçəng sabitliyi, sakitliyi sevir, Oxatan
isə həmişə yenilik sorağındadır. Dostluq münasibətləri mümkündür. Ailədə
bir çox problemlərin yaranması halları ola bilər. Ailə çox vaxt
uğursuzdur.

Oxatan - Şir. Bu iki bürcün
münasibəti hər ikisinə xoş təsir bağışlayacaq. Oxatan məsləhətə qulaq
asır, Şir isə yox, buna görə də yaranan münasibətdə Şir Oxatanın
üzərində liderlik edəcək. Onlar bir-birini çox gözəl başa düşürlər. Hər
ikisinin oxşar cəhətləri ailənin uğurlu olmasına zəmanət verir.

Oxatan - Qız. Bu
bürc sahiblərinin münasibəti çox vaxt anlaşılmazlıqlarla nəticələnir.
Oxatanın problemlərə laqeyd yanaşması Qızları özündən çıxaracaq.
Münasibət çətin alınır. Çox vaxt Qız küsüb gedir, Oxatan tək qalır. Ailə
uğursuzdur.

Oxatan - Tərəzi. Tərəzinin
dözümlülüyü Oxatanın ürəyincədir. Tərəzi də Oxatanın qeyri-adi
ekstravaqant hərəkətlərini bəyənir. Hər ikisinə ünsiyyət yaratmaq
xoşdur. Dava-dalaş üçün, dedikcə az səbəb olacaq. Münasibətlər yaxşıdır.
Ailə uğurludur.

Oxatan - Əqrəb. Oxatan
səmimi, Əqrəb sirlidir. Oxatan münasibətlərində daimi deyil, Əqrəb
qətidir. Oxatan azadlığı sevir, Əqrəb sabitqədəmdir. Oxatan tez küsüb,
tez də barışır. Əqrəb isə illərlə küsülü qala bilər. Münasibətlər çətin
alınır. ailə uğursuzdur.

Oxatan - Oxatan. Bu
bürc sahibləri bir-birinə çox oxşayırlar. Bəzən bu oxşarlıq yalnız
müsbət xüsusiyyətlərə deyil, mənfi xüsusiyyətlərə də aiddir. Hər ikisi
lider olmağa can atır. Ailədə tərəflərdən biri güzəştə getməyi bacarsa,
uğurlu münasibət alına bilər.

Oxatan - Oğlaq. Oğlağın
hərəkətlərində ehtiyatlıq var. Oxatan isə çox vaxt riskə getməyi sevir.
Oğlaq Oxatana qarşı çox tələbkardır. Bu isə Oxatanı yorur. Onlar bu
münasibətlərdən tez bezirlər. Ailə çox vaxt problemlidir. Od ilə Torpaq
ünsürlərinin bir evdə olması çox çətindir.

Oxatan - Dolça. Hər
ikisi qısqanc, əyləncəni sevən filosof, işgüzardırlar. Oxşar
cəhətlərinə baxmayaraq, çox vaxt münasibətlərdə problemlərlə üzləşirlər.
Dostluq və işgüzarlıq münasibətləri mümkündür. Böyük sevgi olmasa, ailə
çox vaxt uğursuzdur.

Oxatan - Balıqlar. Bir-birindən
çox fərqlənirlər. Heç biri güzəştə getməyi bacarmır. Balıqları başa
düşmək Oxatana çətin gəlir. Bir-birini sevsələr də, ailədə problemlər
yox deyil. Çox vaxt münasibətlər uğursuzluğa gətirib çıxarır.
 
 
 
Qədim türkcə - Yay; Latınca - Sagittarius;
  Farsca - Keman; Ərəbcə - Qövs, Ram;

Qədim yunanca - Texotes;    Rusca - Стрелец
 Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabındanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!