Bürclər və yuxu

Bürclər və yuxu
Bürclər, Qoroskop
10.09.2017 34
Qoç

Qoç bürclərinin yuxuları ümumiyyətlə dincdir və yuxuları çox vaxt azadlıq və müstəqillik ehtiyaclarının yanında müvəffəqiyyətli kariera istəklərinin bir əks olunmasıdır.



Buğa

Buğa bürcləri ümumiyyətlə narahat yatarlar. Gördükləri yuxular maddiyyət və pulla əlaqədardır. Gün içində nə yaşadısa yuxusunda da onu yaşamağa davam edərlər. Yuxu onlar üçün əhəmiyyətlidir. Boş vaxtlarını yataraq keçirməyi seçərlər. Bütün günü ya da gecəni yataraq keçirə bilərlər.



Əkizlər

Əkizlər, bütün bürclər arasında yuxunu ən az sevəndir. Yuxu ehtiyacı olsa belə oyanıq keçirəcəkləri hər dəqiqə onlar üçün çox əhəmiyyətli və qiymətlidir. Gecələri gec saatlara qədər yatmazlar, etmək istədikləri hər şeyi tamamlayana qədər yatağa girməmələri xarakteristik xüsusiyyətləridir. Səhərlər də tez durarlar. Ümumiyyətlə özlərini yuxularında bir şeydən qaçarkən görərlər. Bu vəziyyət, şüuraltından gələn mesajları nadir olaraq dinləmələrinin bir əks olunması ola bilər.



Xərçəng

Hissiyyatlı və romantik təbiətləri səbəbiylə xərçəng bürcün insanları yuxucul insanlardır. Xərçənglər yuxularında ümumiyyətlə bilmədikləri bir yerdə gəzər ya da harada olduqlarını anlamağa çalışarlar. Sabahısı gün də yuxularını xatırlamaz hətta buna görə yuxu görmədiklərini sanarlar.



Şir

Lider ruhlu şir bürcü narahat bir yuxuya malikdir. Heç olmasa yuxuları gözəldir. Rəngli təbiətləri yuxularının da rəngli olmasına səbəb olar. Yuxularında, əsla deməyə cəsarət edə bilmədikləri şeyləri deyə bilərlər. Bu səbəblə yuxularını əhəmiyyət vermələri əhəmiyyətlidir.



Qız

Gündəlik həyatlarında qız bürcündə doğulan insanlar sakit və içinə qapalı bir görünüş daşıyar. Ümumiyyətlə qaranlıq tonlarda yuxular görərlər və naməlum görünüşlərlə boğuşarlar. Ümumiyyətlə də tam olaraq enerji dolu və canlı bir şəkildə oyana bilməzlər. Oyandıqlarında xatırladıqları onları narahat etməyə bəs edər.



Tərəzi

Tərəzi bürcündə insanlar davamlı olaraq universal bir uyğunlaşmanın arxasında olduqlarından, bu səylərinin qarşılıqsız nəticələnməsi yuxularını mənfi təsir edə bilər. Ancaq ümumiyyətlə, ən dinc yuxuya sahib bürclərdən biridir.



Əqrəb

Ehtiraslı və rəqabətçi təbiətləri, əqrəb bürcünün yataqda vəhşiləşməsinə səbəb olar. Bu vəziyyət yuxuları baxımından da etibarlıdır. Davamlı olaraq yataqda dönüb dayanan əqrəb narahat bir yuxuya malikdir. Yuxularında ümumiyyətlə qısqanclıq ya da zorakılıq kimi hislər yaşayarlar.



Oxatan

Oxtan bürcündə təbiətən yuxuculdurlar. Erkən yatmağı və mümkün olduğunca gec qalxmağı sevərlər. Yuxuları ümumiyyətlə başlanğıcı və bitməsi olan hekayələr şəklindədir. Bu hekayələr əksəriyyətlə də xoşbəxt bir sona sahib olar. Bu səbəblə digər bürclərə görə ən xoşbəxt oyananlar da oxatan bürcü insanlarıdır.



Oğlaq

Oğlaq bürcündə təbiətinlər canlı bir təxəyyülünə malikdir və bu xüsusiyyətləri də yuxularının çox canlı olmasını təmin edər. Yuxuları çox dərin olduğu halda, gecə içində bir neçə dəfə oyanmaları olasıdır.



Dolça

Bütün bürclər içində ən çox yuxu görənlər dolça bürcüdür. Ümumiyyətlə də bu yuxuları canlı bir şəkildə xatırlayarlar. Yuxuları bir çox fərqli simvol ehtiva edər və çox vaxt özlərini fərqli və kompleks vəziyyətlərdə taparlar. Yuxuları dinc olsa da, yatarkən çox danışarlar.



Balıq

Balıq bürcü insanları dinc ancaq yüngül bir yuxuya malikdir. Ümumiyyətlə su ilə əlaqədər yuxular görərlər. Yuxuları ümumiyyətlə sənətçiləri və məşhur insanları ehtiva edər. Çox vaxt sevdikləri insanları görərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!