Bürclərin xarakteri şer dili ilə

Bürclərin xarakteri şer dili ilə
Bürclər, Qoroskop
10.09.2017 55
Qoç :

Mən bilərəm gerisi boş,

İstəyirsənsə arxamdan qaç.

Əmr alaram, mən verərəm,

Lideriyəm bu fələyin.



Buğa :

Tək diləyim vardır

Bolca pul, zəngin süfrə.

Çox şeydirmi istədiyim,

Zəmanətimdir bunlar mənim.



Əkizlər :

Zəkam parlaq, dilim oynaq,

Hər mövzuya əllərim cəld,

Çətinliyə heç düşmərəm,

Bir də qərar verə bilsəm!



Xərçəng :

Dost canlıyım, romantikəm,

Toxunsalar axar yaşım,

Anam, atam, uşaqlarım,

Mən onlarsız nə edərəm…



Şir :

Mən sevərəm bu dünyanı,

Bir də dönsə ətrafımda!.

Hər dediyim dərhal olsun,

Zənginlik də məni tapsın.



Qız :

Yazdım, çəkdim, qeydlər aldım,

Hər bir şeyi nizamladım,

Yoxdur məndə xarab, əyri,

Mükəmməli mən yaşatdım.



Tərəzi :

Mən musiqisiz yaşaya bilərəm,

Hələ sevmədən heç dayana bilmərəm.

Danişsam da hər mövzuda,

Bildiyimdən çaşmaram əsla.



Əqrəb :

Ən güclü olmağı sevərəm,

Hər kəsi əzib keçərəm.

Hələ məni əsəbləşdirəni

Doğulduğuna peşman edərəm.



Oxatan :

Macəradan macəraya,

Qaçmaq əsl işim mənim

Toplaram həmişə elm, mədəniyyət,

Müdriklikdir işim mənim.



Oğlaq :

Xəsislikdir mənim işim?

Hesabını bilmək gərək.

Günlər aylar düşünərəm

Qərarlarım çaşmaz mənim.



Dolça :

Təqlidçiliyi heç sevmərəm,

İstəsəm də bacara bilmərəm,

Originaldır fikirlərim,

İzlənəcək olan mənəm.



Balıqlar :

Bir dünyam var, sirr tərəfindən saray

Toxunsan qırılaram.

Mən inana bilmərəm gerçəklərə,

Ovunaram xəyallarda.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!