Bürclər iyun ayında nə vəd verir?

Bürclər iyun ayında nə vəd verir?
Bürclər, Qoroskop
10.09.2017 34
Qoç


İyun ayında Qoçları ikili dövr gözləyir. Ayın
əvvəlində pislik, fitnə-fəsadlardan əziyyət çəkə bilərsiniz. Ancaq ayın
ikinci yarısında sizin üçün uğurlu olacaq, xüsusilə intellektual əməklə
məşğul olanlar üçün. İyunda həzmlə bağlı probleminizin də olması istisna
edilmir.



Buğa

İyun ayında son dövrün köhnə problemlərindən
sonra dincəlmək imkanınız olacaq və gələcək planlarınız üçün güc
toplayacaqsınız. Sizin üçün ilin ən əsas devizi iyun ayında
gerçəkləşəcək: "Asta gedərsən, həmişə gedərsən".



Əkizlər

Bu ay Əkizlər üçün sakit keçəcək. Amma maddi məsələlərdə
və yollarda ehtiyatlı olmalısınız. İyunun ortalarında isə qısa müddət
ərzində istənilən pozitiv istəyinizin həyata keçmə ehtimalı var.




Xərçəng

Xərçənglər üçün iyun qeyri-adi olacaq. İşdə sizi problemlər gözləyir.
Arxanızca yaxşı danışmaya bilərlər. Ancaq cavab vermək lazım deyil. Bu
sizə baha başa gələ bilər.




Şir

İş sahəsində danışıqlar
Şirlərə uğur gətirə bilər. Onları dostları və həmkarları müdafiə
edəcəklər. Yeni layihəyə başlaya bilərsiniz. Ancaq dəyişikliyi ayın
sonunda etsəniz, daha çox uğur qazana bilərsiniz.




Qız

İyunda
siz şəxsi mülahizələrinizi yürüdəcəksiniz. Dostlarınız və iş
yoldaşlarınız sizi müdafiə edəcəklər. Romantik addımlarda fikirləşmədən
qərar verməyin.




Tərəzi

İyun ayında yaradıcılıq işlərinə
başlaya bilərsiniz. Başlanğıc uğurlu olacaq. Yaşayış yerini dəyişmək
məsələsini ilin bu vaxtında təxirə salsanız yaxşıdır.




Əqrəb


Bu ayda həyatda baş verə biləcəklərə inanmaq lazımdır. Taleyinizlə
mübarizə ilin bu vaxtında uğur gətirməyəcək. Yolunuzda maneələr
gözlənilir.




Oxatan

Bu ay intellektual əməyinizdə gərginlik
gözlənilir. İşgüzar həyatınızda da uğursuzluq ola bilər. Romantik
hadisələrdə taleyin verdiyi şansları əldən buraxmayın.




Oğlaq


Bu ay sosial durumunuzu düzəltmək istiqamətində addımlar atacaqsınız.
Nəticə ürəyinizcə olacaq. Güman ki, professional sferada çətin seçim
etməli olacaqsınız.




Dolça

Dəyişkən emosional hadisələr yaşaya
bilərsiniz. Səbirli, intizamlı olmaq lazımdır. Düşünülməmiş hərəkətlərə
yol verməyin. Əsasən də yollarda daha ehtiyatlı olmalısınız.




Balıqlar

Ayın əvvəlində əsəb sisteminizdə problem yarana bilər. Maraqlarınızı
ətrafdakılara görə qurban verməli olacaqsınız. Cavabdehliyiniz emosional
hadisələrdə sizə kömək edəcək. Ən əsası isə məişət və yol qəzalarından
qoruyacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!