Ay bürclərdə: (Şir bürcündə)

Ay bürclərdə: (Şir bürcündə)
Bürclər, Qoroskop
10.09.2017 53
Əsas fikir: Mənim həyatım, mənim qərarlarım.
Sehrli sözlər: Cana yaxın, vəfalı, comərd, eqoist, isti, şən, zövq düşkünü, hökm edici.
Günəşin uşaqları Ayın təsirindəykən comərd, dürüst, köməksevər və yaxşı niyyətli olar. Bununla yanaşı özünə həddindən artıq güvənən, bildiklərindən çaşmayan və fikirlərini başqalarına da təlqin etmə səyində olan idealist insanlardır. Qarşısındakıları təsir etmək üçün üstün səy göstərərlər. Doğuşdan aktyor olan bu insanların rol qabiliyyətləri və hadisələri dramatizə etmələri qüsursuzdur. Ayı şirdə olanlar sevdikləri vaxt, bütün mənlikləriylə sevərlər. Sadiq bir aşiq, sahiblənici bir yoldaşdır. Səhvlərinin üzünə vurulmasından xoşlanmaz, davamlı olaraq təriflənmək istər. Özlərini üstün gördükləri üçün başqasının yanında uzun davamlı işləyə bilməzlər, öz işinin müdiri olmaq istəyərlər. Qəşəng və bahalı paltarlar geyinmək istəyərlər. Romantikdirlər ,amma həddindən artıq qürurlu olduqları üçün qarşı tərəfə bunun hiss etdirməzlər.
Peşələr: İdarəçi mövqelərində müvəffəqiyyətli olarkən, təhsil, turizm, otelçilik sahələrində də işə meyllidirlər.
Sağlamlıq: Ay bürcü şir olan insanlar ümumiyyətlə güclü, müqavimətli və sağlam olarlar. Şir ürəyi və kürəyi təmsil etdiyi üçün ulduz xəritəsində sərt təsirlər varsa, sağlamlıq problemləri də bu bölgələrdə olacaq.
Uğurlu daşlar: Almaz, sarı safir, sarı brilyant, dağ kristalı, kaplangözü, mirvari,  kəhrəba uğur gətirən daşlar olaraq istifadə edilə bilər.

Rənglər:
Ağ, qızıl sarısı, narıncı, sütlü qəhvərəngi seçim edilə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!