Aylara görə xasiyyətiniz

Aylara görə xasiyyətiniz
Bürclər, Qoroskop
10.09.2017 105
Hansı ayda doğulmağınızın xasiyyətinizə təsir etdiyini bilirsinizmi? Bu barədə araşdırma aparılıb və məlum olub ki, ilin aylarından asılı olaraq insanların xasiyyətləri də müxtəlif olur.



1. Yanvar - bu ayda doğulanlar əsəbi, ciddi, öyrətməyi və öyrənməyi sevən olurlar. Onlar başqalarının eyiblərini ortaya çıxarmağı xoşlayır, diqqətli, dərin hissli, insanı necə xoşbəxt etmək bacarığına malik olurlar. Uşaqları sevən, ailəcanlı, sadiq həyat yoldaşıdırlar.



2. Fevral - bu qısa ayda anadan olanlar utancaq, ağır xasiyyətlidirlər. Özlərinə etibar etməz, dürüst, inadkar və dəyişkəndirlər.



3. Mart -
bu ayda dünyaya göz açanlar cəlbedici, utancaq, mühafizəkardırlar. Bu ayda doğulanlar simpatik, əsrarəngiz, rahatlıq düşkünü, xidmət etməkdən zövq alırlar. Səbirli, nəzakətli, etibarlı və qisasçıdırlar.



4. Aprel - baharın ikinci ayında dünyaya gələnlər aktiv, enerjili, tez qərar verib tez peşman olurlar. Onlar şəfqətli, məntiqi sevən, diplomatik, dostlarının problemləri ilə yaxından maraqlanan və yaddaşı güclü olurlar.



5. May - "boş" ay sayılsa da bu ayın insanları sərt quruluşlu, əsəbi, fiziki gözəlliyə fikir verən, xəyalpərəst, irəli fikirli və geniş dünya görüşünə malik olurlar. Bu ayda dünyaya gələnlərin məsləhətçiyə ehtiyacı olmaz, çünki işlərini sistemli qurmağı bacarırlar.



6. İyun - yayın ilk ayı sayılan bu ayda doğulanlar eyni vaxtda çox şey düşünən, həssas, şirindil, inadcıl, komik və əyləncəli olurlar. Tez yoldaş qazanıb tez inciyən, intellektual səviyyəsi yüksək olurlar. Bu ayın insanları üçün eşq, romantika kimi mövzular uzaqdır.



7. İyul - bu ayda doğulanlar çox mürəkkəb xasiyyətə, həddindən artıq qürura malik olurlar. Onlar yaxşı sirdaş, başqalarının düşüncələrinə əhəmiyyət verən, özünü sevdirən, simpatiyalı olurlar. Kinsiz, tək qalmağı xoşlasalar da tez bir zamanda özlərinə yoldaş tapmağı bacarırlar.



8. Avqust - yayın ən isti ayı sayılan bu ayda doğulanlar həssas, liderlik xüsusiyyətinə malik, cəsarətlidirlər. Onlar zarafatlaşmağı sevən, diqqətli, tədbirli, azadlığı sevən və romantik olurlar.



9. Sentyabr - bu ayın insanları etibarlı, yüksək biliyə və mədəniyyətə fikir verən, son dərəcə seçici, idmanı və səyahəti çox sevirlər.



10. Oktyabr - bu ayda dünyaya gələnlər ünsiyyətcil, tez küsüb tez barışan, maraq dairəsində olmağı sevirlər. Yalan danışmaz, eqoist olduqları üçün özbaşına başqalarına kömək etməzlər. Bu ayın insanları tez təsir altına düşürlər.



11. Noyabr - payızın son ayında doğulanlar əyləncəli, insanlara tez təsir etməyi bacarırılar. Onlar çalışqan, məsuliyyətli, daxilən mərhəmətli, qayğıkeş, sevdikləri insanlara dərin hisslərlə bağlanan, hər kəsi olduğu kimi qəbul edib sirr saxlamağı bacarırlar.



12. Dekabr - ilin son ayında anadan olanlar isə sadiq, igid, səbirsiz, əzmkar, sosial istiqamətli və qüvvətlidirlər. Onlar dostlarını özlərindən çox düşünən, birlikdə olduqları insanı əyləndirmək bacarığına malik olurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!