Nigahların uyğunluğu haqqında (V hissə)

Nigahların uyğunluğu haqqında (V hissə)
Bürclər, Qoroskop
10.09.2017 16
Kişi Şir – qadın Qoç

Bu bürclər arasında ümumi cəhətlər çox olduğundan məhəbbət tez yaranır. Lakin bu  münasibət maraqlı bir oyuna bənzər. Belə ki, sərt, tez coşan qadın inadkar və təkəbbürlü ərin işini çətinləşdirir. Qadın sakit "qoyun”dursa, ər də çox məğrur deyilsə, bu ailədə məhəbbət mehribanlıq olacaq. Bundan başqa onları sənətkarlıq yaradıcılığı və uşaqların tərbiyəsi də birləşdirir.



Kişi Şir – qadın Buğa

İnadkar Buğa  məğrur Şirin əsəbləri ilə oynasa da  onları çox güclü ehtiras birləşdirir.



Kişi Şir – qadın Əkizlər

Münasib nigahdır. Qadın ərinə parlaq və maraqlı şəxsiyyət kimi baxır, kişi isə qadını ilə körpə uşaq kimi davranır. Bir-birinə hədsiz maraq onlar arasında dostluğa aparacaq ki, bu da nigahın ömrünü uzadacaq.



Kişi Şir – qadın Xərçəng

Münasib nigah deyil. Qarşılıqlı məhəbbət, maraq olsa belə  Şir sirli Xərçəngin toruna düşməsə, bir – birinə güzəştə gedə bilsələr, bağışlamağı bacarsalar birgə yaşayış mümkündür.



Kişi Şir – qadın Şir

Bir qəfəs iki Şirə darlıq edəcək. Nigah o zaman mümkündür ki, Şirlərə xas səciyyəvi cəhətlər onlarda güclü olmasın. Bu izdivacdan ya  çox ağıllı və istedadlı uşaqlar doğulur, ya da elə aşağı səviyyəli uşaqlar doğulur ki, hamını məyus edir.



Kişi Şir – qadın Qız

Dostluq və məhəbbətə əsaslanan bu nigahda qadının ehtiraslı olmaması Şiri narazı salacaq. Nazlı Tərəzi ehtiraslı Şiri özündən çıxaracaq. Nigah ər və arvadın birgə yaradıcılıq marağı olduqda mümkündür.



Kişi Şir - qadın Tərəzi

Olduqca münasib və arzuedilən nigahdır. Bu nigah şahanəliyin, şan - şöhrətin, sadəlik və sədaqətin nigahıdır.



Kişi Şir – qadın Əqrəb

Bu nugah elə də münasib sayılmır. Şir əsil kişidir.  Əqrəb isə hipnozçudur. Güclü iradəyə malik Əqrəb qadınla qətiyyətli və coşqun Şirin münasibətləri hər zaman gərginlik yaradacaq.



Kişi Şir – qadın Oxatan

Təmizkar, səmimi və impulsiv  qadın Oxatan  Şirin ürəyincədir. Xasiyyət və temperament onları birləşdirir. Olduqca maraqlı nigahdır.



Kişi Şir – qadın Oğlaq

Dostluq və əməkdaşlıq bu nigahda olsa da nadir hallarda təsadüf edilir. Gözəl və ağıllı Oğlaq Şirin toruna düşsə, sonra onun yalançı vədləırinə etirazını  bildirəndə qiyamət qopacaq...



Kişi Şir – qadın  Dolça

Məsləhətli nigah deyil. Bir qədər yaxınlaşdıqdan sonra anlayacaqlar ki, hər ikisinin həyata və ailəyə baxışları müxtəlifdir. Kölgədə qalmağa , gözə çarpmamağa çalışan Dolçanı ərinin şöhrətpərəstliyi narazı salacaq. Hər ikisi yüksək mənəvi normalara əməl etməyi bacarsalar ailə həyatları davam edə bilər.



Kişi Şir – qadın Balıqlar

Belə nigaha Şirin coşqunluğu və ehtirası, Balığın isə həssas təbiəti mane olur. Cinsi həyatlarındakı uyuşmazlıq çətinlik törətsə də, Şirin planlarını uzaqgörən və tədbirli Balıqlar səbirlə həyata keçirəcək ki, bu da onların nigahlarını xilas edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!