Nigahların uyğunluğu haqqında (VI hissə)

Nigahların uyğunluğu haqqında (VI hissə)
Bürclər, Qoroskop
10.09.2017 15
Kişi Tərəzi – qadın Qoç

Təmkinli, qəşəng, sağlam düşüncəli  Tərəzi həssas və sadəlövh Qoçu özünə cəlb edib yoldan çıxaracaq. Bu nigah əksliklərin güclü mübarizəsidir.



Kişi Tərəzi – qadın Buğa

Ümumi cəhətlər çoxdur bu bürclərdə. Lakin qadını ərinin ədabazlığı və himayəçiliyi razı salmayacaq. Bu nigahı ər-arvadın cəmiyyətdə mövqeyi, birgə fəaliyyəti xilas edə bilər.



Kişi Tərəzi – qadın Əkizlər

Ər ailədə qayda – qanunun və qarşılıqlı anlaşmanın təminatçısı olacaq. Nəzakətlə, dönmədən qadınını lazım bildiyi səmtə yönəldən ər, azadlıq xülyası yaradaraq, əslində qadınını gizlicə idarə edəcək. Əkizlər yaxşı ana və tərbiyəçidirlər. Bu qadın ərinə yaxşı yoldaş və arxadaşdır.



Kişi Tərəzi – qadın Xərçəng

Nigah o zaman mümkündür ki, ər və arvad ailədə öz vəzifələrini dəyişmiş olsunlar. Buna baxmayaraq hər iksi üçün bir  prinsip var: Sən sənsən, mən də  mənəm.



Kişi Tərəzi – qadın Şir

Bu şahanə Şirlə , hər şeyi ölçüb biçən Tərəzinin nigahıdır. Onları təmtəraq, sədaqət və sakit həyat gözləyir. Bu nigah Şir bürcü üçün ən əlverişli nigahdır.



Kişi Tərəzi – qadın Qız

Münasib nigahdır. Hər ikisi sakit həyata, rahatlığa və xoş güzərana can atır . Bir birini tamamlayan cütlüklərdir.



Kişi Tərəzi – qadın Tərəzi

Eyni bürc olsalar da müxtəlif tipə mənsubdurlarsa nigah əlverişli ola bilər. Əks halda  həm tərəf müqabil, həm də rəqib kimi olacaqlar.



Kişi Tərəzi – qadın Əqrəb

Ər arvadın üsyankar təbiətini yumşaltsa belə bu nigah məsləhət görülmür. Tərəzinin yungül xasiyyəti qadının xoşuna gəlməyəcək, qadının ehtiraslılığı da kişini qorxudacaq. Bu ailəni bəlkə uşaqlar qoruyub saxlaya bilər.



Kişi Tərəzi – qadın  Oxatan

Qarşılıqlı hörmət əsasında yaranan bu nigahda ər-arvad bir – birinə kömək edərək fəal surətdə həm ailədə, həm də cəmiyyətdə mövqe tuta biləcəklər.



Kişi Tərəzi – qadın Oğlaq

Qadının xasiyyətindəki sərbəstlik, ailədə qayda – qanunu sevən kişinin xoşuna gəlməyəcək. Məhəbbətdən başqa hər şeydə ümumi dil tapacaq bu cütlüyun nigahı uğur qazana biləcək.



Kişi Tərəzi – qadın Dolça

Çox xoşbəxt nigahdır. Suyuşirin, gözəl, zərif qadın ağıllı ərini özünə cəlb edəcək.  Belə ailələrdə yaxşı uşaqlar doğulur.



Kişi Tərəzi – qadın Balıqlar

Qarşılıqlı rəğbətləri olsa da fiziki cəhətdən elə də uyğun deyillər. Hərdəmxəyal Balıqların xasiyyəti kişiyə, ciddi və rəsmiyyətçi ər də qadına xoş gəlməyəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!