Nigahların uyğunluğu haqqında (VII hissə)

Nigahların uyğunluğu haqqında (VII hissə)
Bürclər, Qoroskop
10.09.2017 45
Kişi Qız – qadın Qoç

Nadir hallarda baş tutan nigahdır. Ər qeyri iradi, impulsiv və səbirsiz qadınını anlamır. Ərin soyuqluğu və nəzakəti isə qadını qıcıqlandırır.



Kişi Qız – qadın Buğa

Tez-tez baş tutan və xoşbəxt nigahdır. Hər ikisi ailəsini sevir, ayıq başla, işgüzarlıqla idarə edirlər. Qadının inadkarlığını anlayan kişi ona güzəştə gedəcək ki, ailədə əmin- amanlıq olsun.



Kişi Qız – qadın Əkizlər

Ümumi maraqlar əsasında qurularsa, hər iki tərəf qarşılıqlı güzəştə getməyi bacararsa nigah mümkündür. Əslində isə bu nigah məsləhət görülmür, çünki tam mənasında müxtəlif təbiətlidirlər, qadının xəyalı göylərdədir. Kişi isə yer adamıdır.



Kişi Qız – qadın Xərçəng

Münasib və məsləhətli nigahdır.  Kişi əsəbi və şıltaq Xərçəngi başa düşüb bağışlaya bilir. Qadına ərinin sədaqəti, uşaqların xatirinə hər şeyə alicənablıqla göz yumması xoşdur. Ər isə qadının həssas və nəzakətli olmasını bəyənir.



Kişi Qız – qadın Şir

Aralarındakı tam anlaşılmazlıq ucbatından məsləhətli nigah hesab olunmur. Yalnız işgüzar maraq və yaradıcılıq marağı əsasında mümkündür.



Kişi Qız – qadın Qız

İki Qız bir- birini tam başa düşür və zövqünü  bilir. Uğurlu və xoşbəxt nigah hesab olunur.



Kişi Qız – qadın Tərəzi

Arada qarşılıqlı anlaşma və rəğbət bu nigahı uğurlu edir. Yaraşıqlı, mehriban və cəlbedici  qadın Ərin ürəyincədir.



Kişi Qız – qadın Əqrəb

Birgə yaşayışda bir- birini tamamlayan bu bürc  möhkəm və xoşbəxt ailə quracaqlar. Belə ki, bir-birini daim sınayan bu münasibətdə ər öz müdrikliyi ilə ipə-sapa yatmayan ehtiraslı qadınını cilovlaya biləcək.



Kişi Qız – qadın Oxatan

Qarşılıqlı vəzifələri və ictimai maraqları olarsa, bu  nigah uğurlu sayılır.  Belə ki, ər qadının marağına xidmət göstərməli, onun planları ilə hərəkət etməlidir. Qadının bədxərcliyi və əliaçıqlığı kişinin, ərinin xəsisliyi isə qadının ürəyicə olmayacaq.



Kişi Qız – qadın Oğlaq

Ümumi cəhətləri çoxdur.  Ər   mehriban, gözəl və düşüncəli qadının qarşısında tələblər qoymayacaq. İkisinin də uşaqlara bağlılığı bu nigahı uğurlu edəcək.



Kişi Qız – qadın Dolça

Aralarındakı güclü fiziki yaxınlığa baxmayaraq, ailəsini və qayda qanunu  sevən ərə qadının sərbəstlik və azadlıq cəhdləri xoş gəlməyəcək. Ona görə də münasib nigah hesab olunmur.



Kişi Qız – qadın Balıqlar

Dünyagörüşcə və xasiyyətcə müxtəlif olan bu  bürcün adamları   heç evlənməsələr yaxşıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!