Nigahların uyğunluğu haqqında...(VIII hissə)

Nigahların uyğunluğu haqqında...(VIII hissə)
Bürclər, Qoroskop
10.09.2017 27
Kişi Əqrəb – qadın Qoç

Arzuedilməz nigahdır.  Hətta aralarındakı böyük cazibə də bu iki davakar bürcü birləşdirmək üçün kifayət deyil. İkisi də bir-birinin qarşısında həyata keçməsi mümkün olmayan tələblər qoyacaqlar. Cinsi həyat üçün də arzuolunmazdır.



Kişi Əqrəb – qadın Buğa

Nadir hallarda baş tutan nigahdır. Güclü sesual uyğunluq var: qarşılıqlı ehtiras və arzu... sonunda bir-birindən doymaq... Onlar ər-arvadlıqda yox,  aşiq- məşuq kimi daha xoşbəxt ola bilərlər.



Kişi Əqrəb – qadın Əkizlər

Çətin də olsa tez – tez rast gəlinən nigahdır.  Bir – birini heç cür başa düşə bilmirlər. Qadın ərinə bəzən uşaq kimi, bəzən də müdrik adam təsiri bağışlayır. Əqrəb istər istəməz qadının arxasınca gedir və asılılığını anlayanda əzab çəkir. Qadın isə ərinin üzərindəki hökmranlığını anlayanda onu atıb getmək istəyəcək. Amma arada qırılmaz bağlar var...



Kişi Əqrəb – qadın Xərçəng

Ər – arvad münasibətindən çox aşiq-məşuq üçün yarayan münasibətdir. Nigahları çətin də olsa hər ikisi üçün maraqlı olacaq.



Kişi Əqrəb – qadın Şir

Əsl kişi və güclü qadın cazibədarlığının birliyidir. Bu nigah ağlasığmaz ehtiraslar doğurur. İllər bu hisslərin üstünə su səpməsə, həmişə belə gərgin vəziyyətdə yaşamaq  onlara çətin olacaq)))



Kişi Əqrəb – qadın Qız

İkisi də iradəli olsalar nigah uğurlu ola bilər.  Yalnız ağıllı və mülayim qadın belə ehtiraslı və coşqun ərin qarşısını ala bilər...



Kişi Əqrəb – qadın Tərəzi

Zərif və yaraşıqlı Tərəzi üsyankar Əqrəbi özünə uyğunlaşdıra biləcək. İntim həyatlarında da, mürəkkəb həyat məsələlərində də bir- birinə tərəf müqabildirlər.



Kişi Əqrəb – qadın Əqrəb

Birlikdə yerləri dar, ayrılanda darıxan bu bürclərin birgə həyatı alınan iş deyil.



Kişi Əqrəb – qadın Oxatan

Dostluq və əməkdaşlığa əsaslanan bir nigahdır. Qadın ərinin ən yaxın məsləkdaşı və ehtiraslı sevgilisidir. Uşaqlar isə ailənin dayağıdır.



Kişi Əqrəb – qadın Oğlaq

Əlverişli nigahdır.  Bir-birini hər zaman güclü məhəbbətlə sevən bu cütlüyun gözəl uşaqları olacaq.



Kişi Əqrəb – qadın Dolça

Güclü və sərt təbiətli ər və dəyişkən xasiyyətli, intizamsız arvad... Mübarizələrlə dolu bu nigahda bir-birini itirmək ikisinə də çətindir.



Kişi Əqrəb – qadın Balıqlar

Uğurlu və möhkəm nigahdır. Bir-birlərini yaxşı başa düşürlər və qarşılıqlı ehtiras da onları birləşdirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!