Nigahların uyğunluğu haqqında (IX hissə)

Nigahların uyğunluğu haqqında (IX hissə)
Bürclər, Qoroskop
10.09.2017 22
Kişi Oxatan - qadın Qoç

Kişi Oxatan qadın Qoçu özünə tabe edə biləcək. Hər ikisinin kənarda əyləncə axtarmaq həvəsi olsa da, bir-birindən möhkəm yapışacaqlar. Çünki bir-biri üçün yarandıqlarını anlayırlar.



Kişi Oxatan – qadın Buğa

Belə nigah nadir hallarda uğurlu olur. Ərin amiranəliyi Buğanın xoşuna gəlmir. İntim həyatda bir-birini təmin etsələr də, kişinin öz fikrini qəbul etdirməyə çalışması və qarşısındakını nəzərə almaması bu nigahı yaşada bilməz.



Kişi Oxatan – qadın Əkizlər

Nadir, az yayılan nigahdır. Qadın ərinin iradəsini müəyyən istiqamətə yönəltməyə, ər də öz növbəsində onu idarə etməyə çalışacaq. Müəllim-şagird münasibətinə bənzəyən bu münasibətlər müəyyən niyyətlərlə qurularsa qorunub saxlanıla bilər.



Kişi Oxatan – qadın Xərçəng

Zahirən parlaq, aldadıcı və yalançı daş-qaşı xatırladan bu nigahda  ər var gücü ilə onun əlindən çıxmağa çalışan qadını saxlamağa çalışacaq.



Kişi Oxatan – qadın Şir

Münasib nigahdır. Ümumi cəhətlər çoxdur. Hər ikisi səyahəti sevir, ehtirasa və nüfuza meyllidir. Bu tərəf müqabil üçün keçilməz hədd yoxdur.



Kişi Oxatan – qadın Qız

Bədxərc və əliaçıq kişinin qənaətcil Qızla tanışlığı nigahatan gedib çıxmır))))



Kişi Oxatan- qadın Tərəzi

Ümumi dünyagörüşləri, dostluq və məhəbbət nigahı xoşbəxt və davamlı edir.



Kişi Oxatan – qadın Əqrəb

Tez-tez təsadüf edilən nigahdır. Ər və arvad ehtiraslı aşiq – məşuq və həmfikirdirlər. Gözəl və qayğıkeş valideyndirlər.



Kişi Oxatan -  qadın Oxatan

Hər ikisi əsil oxatandırlarsa birgəyaşayış çətin olacaq. Ailədə nüfuz uğrunda daim mübarizə gedəcək.



Kişi Oxatan – qadın Oğlaq

Ümumi cəhətləri çoxdur. Dözümlü və dəyanətli qadın işgüzar ərinin qüvvə və bacarığını lazımi məcraya yönəldə biləcək. Mənəvi birlik bu ailənin təməlidir.



Kişi Oxatan – qadın Dolça

Uğurlu nigahdır. Hər ikisi fəal və diribaşdırlar. Yaraşıqlı qadın təmkinli ərlə yola gedir. Uşaqlar bu nigahı daha möhkəm edir.



Kişi Oxatan – qadın Balıqlar

Xoşbəxt nigaha nadir hallarda təsadüf edilir. Aralarındakı fiziki yaxınlıq bu nigaha kifayət etməyəcək. Qadının yaraşığı və şəxsiyyəti kişinin ürəyicə olmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!