Nigahların uyğunluğu haqqında... (X hissə)

Nigahların uyğunluğu haqqında... (X hissə)
Bürclər, Qoroskop
10.09.2017 22
Kişi Oğlaq – qadın Qoç

Ərin qadını tərbiyə etmək cəhdi ailədə münasibətlərin gərginləşməsinə səbəb olacaq. Əgər qadın zəif iradəlidirsə xoş Oğlağın halına)))

Əksinə olarsa onda daş qayaya rast gəlib...))) Bu nigah ər üçün əsil dayaq, qadın üçün isə ikilikdə təklikdir.



Kişi Oğlaq – qadın Buğa

Münasib nigahdır. Onları ümumi maraq və cinsi həyatdakı uyğunluq birləşdirir. Kişi Oğlağın özünü ağıllı, hər şeyi bilən kimi göstərməsi qadını qəzəbləndirsə də, onun əzmi və işgüzarlığı Qoça xoşdur.



Kişi Oğlaq – qadın Əkizlər

Nadir hallarda baş tutan nigahdır. Təkəbbürlü , soyuq Oğlaq və qeyri ciddi, sadəlövh Əkizlər...

Bir- birini bu xüsusiyyətlərinə görə tanıyan bu bürcün adamları bir nigahda çox qala bilməz...



Kişi Oğlaq – qadın Xərçəng

Nadir hallarda baş tutan bu nigahda ər qadının qarşısına hədsiz tələblər qoyacaq. Başa düşməyəcək ki, Xərçəngi dəyişmək mümkün deyil...



Kişi Oğlaq – qadın Şir

Münasib nigahdır. Qadınını sevən ər onun bütün vədlərinə inanaraq səbirlə qadınının  düzəlməsini gözləyəcək...



Kişi Oğlaq – qadın Qız

Sakit və möhkəm nigahdır. Hər ikisi həyata ayıq nəzərlə baxır və işini bilir. Ağıllı qadın ərin ürəyincədir.

Məhəbbət dolu ər isə qadına sevginin hər üzünü göstərəcək. Uşaqlar bu ailənin  əsasıdır.



Kişi Oğlaq – qadın Tərəzi

Qadının dərrakəsi, aza qane olması Oğlağın ürəyincədir. Qadın isə onu özünə arxa, dayaq bilir. Məhəbbətdən başqa hər şeydə ümumi dil tapa bilən bu cütlük firavan yaşayacaq...)))



Kişi Oğlaq – qadın Əqrəb

Iki güclü bürcün uğurlu nigahıdır. Məhəbbət və qarşılıqlı anlaşma şəraitində dünyaya gələn uşaqlar da xoşbəxt böyüyəcəklər...



Kişi Oğlaq - qadın Oxatan

İnsanın daxilindən gələn qanunlarla ictimai qanunlar, fərdiyyətçilikə kollektivçilik birgə mümkündürsə, bu nigah da mümkündür)))

Yalnız uşaqların xatirinə bu nigah mümkün ola...



Kişi Oğlaq – qadın Oğlaq

Iki tənha adamın nigahıdır. Heç nədə bir-birinə güzəştə getməyən Oğlaqları yalnız ümumi məqsəd və fikir birliyi birgə saxlaya bilər. Çay üstündə ensiz körpüdə üz-üzə gələn iki çəpişin əhvalatını bilməmiş deyilsiniz...)))



Kişi Oğlaq - qadın Dolça

Bu bürclər işgüzar əməkdaşlıq və dostluq üçün yarayırlar. Ərin qadının azadlığını əlindən almaq istəyi bu nigahı mümkünsüz edir.



Kişi Oğlaq – qadın Balıqlar

Uğurlu nigahdır. Aralarında  güclü fiziki və  mənəvi oxşarlıq olduğundan bir – birini gözəl anlayaraq xoşbəxt olacaqlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!