Nigahların uyğunluğu haqqında (XI hissə)

Nigahların uyğunluğu haqqında (XI hissə)
Bürclər, Qoroskop
10.09.2017 50
Kişi Dolça – qadın Qoç

Hər iki bürc üçün əlverişli nigahdir. Dəyişikliklərə, məcaralara və dost naminə fədakarlıqlara hazır olan  kişi Dolça qadın Qoçun ürəyincədir. Kişi Dolça qadının şəxsiyyətinə, müstəqilliyinə hörmət edərək onun sevgisini qazanacaq.



Kişi Dolça – qadın Buğa

Bir –birinə uyğun gəlməyən bürclər olduqları üçün nigah münasib sayılmır. Qadının sədaqəti və  evdarlığı kişini cəlb etsə də, kişinin sərbəstliyə və azadlığa can atmasını  qadın qəbul edə bilmir.



Kişi Dolça – qadın Əkizlər

Küsüşmə və ziddiyyətlər olsa da nigah münasib sayılır. Hər ikisini birləşdirən mənəvi maraq və cazibə nigahı uzunömürlü edəcək. Bu nigah üçün xəyanət fəlakətdir.



Kişi Dolça – qadın Xərçəng

Tez-tez baş tutmasına rəğmən ziddiyyətli nigahdır. Qadının ərini əldə saxlamaq və öz iradəsinə tabe etdirmək istəyi Dolçanı qane etməyəcək ki, bu da daim ziddiyyətlər yaradacaq.



Kişi Dolça – qadın Şir

Ilk vaxtlar bir-birini cəlb etsələr də tezliklə əks adamlar olduqlarını anlayır və ayrılırlar. Bu nigahı heç nə xilas edə bilmir. Diqqət mərkəzində olmağı sevən qadın, kölgədə qalmağı və müstəqilliyi sevən kişini heç cür qane etməyəcək. Hər zaman qadının işlərinə qarışan kişi qadın tərəfindən tərk ediləcək. Yalnız hər ikisində yüksək mənəvi keyfiyyətlər olarsa, onlar sübut edə bilərlər ki, iki əks adam bir dam altında yaşaya bilər...



Kişi Dolça – qadın Qız

Nadir nigahlardandır. Qız bürcünün evdar, səliqə-sahmanlı qadını azadlıqsevər ərə görə deyil. Nigahın taleyi qadının səbrindən asılıdır...



Kişi Dolça – qadın Tərəzi

Münasib və məsləhətli nigahdır. Adətən bir-birini tamamlayan bu cütlük  hər zaman birlikdə olacaqlar.



Kişi Dolça – qadın Əqrəb

Bu nigahda üstünlük qadınındır. Ərini gizlicə idarə etməyi bacaran qadınla kişi arasında çox qəribə bir cazibə var. Hər zaman bir-birinə can atırlar.



Kişi Dolça – qadın Oxatan

Mülayimlik, dostluq və qarşılıqlı anlaşma şəraitində yaranan və ildən ilə möhkəmlənən bir nigahdır.

Uşaqlar valideynlərin dostu və həyatlarının mənasıdır.



Kişi Dolça – qadın Oğlaq

İlk baxışdan bir-birinə vurgun sevgili təsiri bağışlayan bu nigahda hər iki tərəf bir-birini aldatmağa cəhd göstərəcək ki, nəticədə hər ikisinin azadlıq və müstəqillik istəyi qələbə calacaq...



Kişi Dolça – qadın Dolça

Dostluq və bərabərlik əsasında qurulan bir nigahdır. Hər ikisi bir- birini tamamlayır...



Kişi Dolça – qadın Balıqlar

Xoşbəxt nigahdır. Özünəməxsus, zərif, qəşəng qadın və həssas, tez həyəcanlanan, emosional ər bir-birini cəlb edəcəklər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!