Nigahların uyğunluğu haqqında (XII hissə)

Nigahların uyğunluğu haqqında (XII hissə)
Bürclər, Qoroskop
10.09.2017 21
Kişi Balıqlar – qadın Qoç

Daxili güclü meyl olmasına baxmayaraq  aralarında dərin anlaşılmazlıq var. Ona görə də münasib nigah sayılmır.



Kişi Balıqlar – qadın Buğa

Kənardan baxanda xoşbəxt görünsələr də Buğanın kobudluğu, həssas Balığı incidir. Qadın səbrli və mülayimdirsə, ər  də   sadədirsə   onda nigah möhkəm olacaq.



Kişi Balıqlar – qadın Əkizlər

Bu bürcün kişiləri intellekt cəhətdən Əkizlər üçün əlçatmaz zirvədir. Bu qadın Balıq bürcü kişinin qarşısında diz çökməyə belə qadirdir. Balıqlar xəyanəti bağışlamadıqlarından əgər xəyanət olarsa nigah məhv olacaq.



Kişi Balıqlar – qadın Xərçəng

Belə nigahlar mənəvi yaxınlıq, qarşılıqlı anlaşma üzərində qərar tutur. Tərəflərdən biri digərinə güzəştə getməyi bacarırsa, nigah uzunömürlü ola bilir.



Kişi Balıqlar – qadın Şir

Bütün bürclərlə müqayisədə Şir qadın üçün bu nigah ən mürəkkəb nigahdır. Gərək Şir qadın  bütün dünyanı ərinə bəxş edəcək, fədakar bir qadın olsun ki, sirrli və müəmmalı ərlə yola gedə bilsin...



Kişi Balıqlar – qadın Qız

Nadir nigahlardan hesab olunur. Qadın evdardır, qənaətcil və yığcamdır. Qəşəng Qız "sevmək istəyir, lakin bacarmır”.

Anlaşılmaz və diqqətsiz ər qadınını heç vaxt başa düşməyəcək ...



Kişi Balıqlar – qadın Tərəzi

Hər ikisi üçün bəlalı nigahdır. Qadın hər işdə ciddidir, onun hər işdə nizamlanmış dəqiq cədvəli vardır

Kişi isə öz hisslərində "sahilindən kənara çıxır”. Qadının "mən- mənəm, sən – sənsən, uşaqlar da uşaqlar” prinsipi kişini özündən çıxarır.



Kişi Balıqlar – qadın Əqrəb

Bu nigahda qadının əri daim idarə etmək istəyi Balıqları bezdirdiyindən mansib hesab olunmur.



Kişi Balıqlar – qadın Oxatan

Bəşəri qanunların Allahın qanunları ilə birləşməsi nigahıdır. Qarşılıqlı anlaşma şəraitində xoşbəxt bir nigahdır.



Kişi Balıqlar – qadın Oğlaq

İki canda döyünən bir ürək və böyük məhəbbətin nigahıdır.



Kişi Balıqlar – qadın Dolça

Xəyalpərəstli, naməlum inam, baş tutmayan xəyal və arzuların nigahı... Münasib hesab olunmur.



Kişi Balıqlar – qadın Balıqlar

Kimin Okeanı daha böyükdür?)))

Münasib nigah hesab olunmur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!