Su ünsürü bürclər haqqında

Su ünsürü bürclər haqqında
Bürclər, Qoroskop
10.09.2017 75
Su



Xərçəng bürcü 23 İyun - 23 İyul



Əqrəb bürcü 24 Oktyabr - 22 Noyabr



Balıq bürcü 20 Fevral - 21 Mart



Su bir çox şəkildə ola bilər. Maye, buxar, qaz ya da donmuş ola bilər. Kiçik bir su qabarcığı qədər günahsız ya da okeandakı qabarmış bir dalğa qədər vəhşi ola bilər. Hər şeyi çox dərindən hiss edən su bürclərinin içlərində ehtiras fırtınaları əssə də çölə çox bir şey bildirməzlər. Sakit sular dərin olar. Su bürcləri bir şeyi anlayıb həll etməyə çalışdıqları zaman səssizləşib içlərinə qapanarlar. Onları tanımaq və anlamaq zaman içində olacaq. Özlərini yavaş yavaş açarlar. Dərin və güclü duyğularını diqqətlə qorumağa çalışarlar. Aşiq olduqları zaman ürəkdən sevərlər və çox bağlanarlar. Romantik və çox həssasdırlar. Hissləri çox güclüdür və sizin söylədiklərinizdən çox üz ifadənizdən bədən dilinizdən məna çıxararlar. Bu xüsusiyyət Balıq bürcündə çox inkişaf etmişdir. Su təmizləyər və həyatın davam etməsini təmin edər. Su universal həlledicidir, maddələri həll edər və onun xüsusiyyətlərinə uyğunlaşar. Su bürcündən birinə probleminizi izah edin, öz problemi imiş kimi boynuna götürər. Sizi diqqətlə dinlər, duyğularınızı hiss edər, mənən dəstək olar və yaxşı tövsiyələr verər. Başqalarının dərdlərini öz dərdləri kimi boynuna götürüb kədərlənməkdən və davamlı fədakarlıq etməkdən yorularlar. Buna görə hərdən bir tək qalıb özlərinə gəlməyə ehtiyac duyarlar. Su qrupu ruhu idarə edər. Su məhdudlaşdırılmağı sevməz, təxəyyülü çox inkişaf etmişdir və çox yaradıcıdır. Şəkil, musiqi, fotoşəkilçilik, ədəbiyyat və rəqsdə digər insanlardan ilham alaraq yaradarlar. Yaradıcılıqla əlaqədar işlərdə, kiçik işlətmələrdə, emalatxanalarda ya da öz işlərində işləməkdən zövq alarlar. İti hissləri ilə maliyyə sahəsində də çox müvəffəqiyyətli ola bilərlər. Su bürcləri yaxın əlaqələrdə çox müvəffəqiyyətlidirlər. Yengəc bürcü, su qrupunu xüsusiyyətlərini ailəsinə və yuvasına olan bağlılığı ilə göstərərlər. Ailəsini bəsləyər, böyüdər və qoruyar. Cəmiyyətləri meydana gətirən ən kiçik vahid ailədir. Yaxşı bir yuva qurucu olan Yengəc üçün ən əhəmiyyətli şey yoldaşı və uşaqları ilə sevgisini paylaşmaqdır. Əqrəb bürcünü , insanlar arasındakı seksual və pul əlaqələr çox maraqlandırar. Astrologiyada 8. evin nümayəndəsi olan Əqrəb, doğumu, ölümü və yenidən doğuşu təmsil edər. Bu ev eyni zamanda başqalarının pulunu təmsil edər. Əqrəblərdə başqalarının pulunu idarə etmədə çox bacarıqlıdırlar. Sirrli strukturları vardır və özləri haqqında ipucu verməzlər. Balıq sonuncu bürcdür və özündən əvvəl gələn bütün bürclərdən bir xüsusiyyət götürmüşdür. Buna görə də bütün bürclərlə yaxşı razılaşar. Mənəvi dəyərləri ağırlıq təşkil edən Balıq bürcü digər insanlara kömək edər. Dolça ümumi mənada insanlıq üçün bir şeylər edərkən, Balıq bürcü birə-bir insanlara köməkçi olar. Başqalarına kömək etmək uğruna özünü fəda edə bilər. Balıq bürcü fədakarlıq deməkdir və yaxınları üçün edə bilməyəcəyi fədakarlıq yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!