Bürclər cizgi film qəhrəmanı kimi

Bürclər cizgi film qəhrəmanı kimi
Bürclər, Qoroskop
10.09.2017 46
Qoç - Maşa və ayı cizgi filmindəki Maşa. Maşanın xarakteri bütün qoçların xarakteri ilə üst-üstə düşür-tərs və sərbəst.Buna görə o nə istəsə əldə edə bilər. Hətta ayı ilə əla dost ola bilər.
Buğa - Bu bürc altında doğulanlar öz evini sevir,evcanlıdır. Sakitlik və rahatlıq axtaran Şrek tam uyğun gəlir. Nə olsun ki Şrek bəzən kobud olur, naturaca hədsiz xeyirxah biridir.
Əkizlər - Bu balaca dəcəl Jerry-dir. Jerry tipik əkizlərdir. Axı bu bürcün nümayəndələri də çox hərəkətli və hər şeylə maraqlanandırlar. Və onlar bizim dünyamıza hədsiz pozitivlik qatırlar.
Xərçəng - Tipik xərçəng sədaqətli,emosional və evdardır. Bu bürcə köhnə xeyirxah bir cizgi filminin qəhrəmanı Kuzya uyğun gəlir.
Şir - Kaprizli və müstəqil Nyuşa bu bürcü təmsil edəcək. Cazibədar qəhrəmanımız bütün kişi cinsinin nümayəndələrini özünə tabe etməyi xoşlayır. Həmişə hər vəziyyətdən qalib çıxmağı bacarır.
Qız - Su pərisi filmindəki gözəl Ariel şahzadəyə aşiq olur və onun xatirinə doğma dənizi də tərk etməyə hazırdır. Qız bürcünün nümayəndələri öz məqsədlərinə çatmaq üçün hər şeyə hazırdırlar. Xoşbəxtlik axtarışında getdikləri yol onları hara aparsa da ardınca gedəcəklər.
Tərəzi - Tərəzilər adətən xeyirxah və hamıya kömək əlini uzatmağa hazır olurlar. Bu Ağbənizdir-gənc xanım həmişə hər kəsə kömək edir,ona uzanan əli boş qaytarmır. Onun ən yaxın dostları bu diqqəti və qayğını qiymətləndirir. Tərəzilərdə də belədir-hər zaman yanlarında sadiq və əsl dostları var.
Əqrəb - Ördək hekayələri cizgi filmindəki Scrooge McDuck – hər şeyə işğüzar yanaşma,öz ailəsini sevən və qayğısına qalan biridir. Amma həmişə öz mənfəətini gözləyəcək, kommersiya işlərinə qarşı güclü hissiyatı ilə məşhur olacaqlar. Scrooge əqrəblərin simasıdır.
Oxatan - Prostokvaşino cizgi filmindəki sadəlövh Şarik-əsl optimist, heç vaxt ruhdan düşməyən oxatanların bariz nümunəsidir. Həmçinin Şarik narazı Matroskinə heç vaxt hirslənmir,həmişə konfliktli hallardan yayınmağa çalışır. Çünki xeyirxah qəlbi var. Düzgünlüyü,açıqfikirliyi və həyatsevərliyi heyranedicidir.
Oğlaq - Ən çətin vəziyyətlərdə də dözüm və özünü idarə etməyi bacaran kapitan Vrungel həm də özünə inamı və cəsarəti ilə seçilir. Bu bürc həm də praktik və işğüzarlıq vəd edir.
Dolça - Onlar açıqfikirli və dostcanlıdırlar. Özgə dərdini yaxşı başa düşür və əllərindən gələni edirlər ki dara düşən dostlarına kömək olsunlar. Ona görə də onların cizgi filmindəki qəhrəmanı timsah Genadır. Tənhalığa nifrət edən Gena bundan qaçmaq üçün elə orijinal hərəkətlər edə bilər ki... Məsələn bir dəfə o bütün şəhərə dost axtarmağı haqda elan da yapışdırmışdı.
Balıq - Kədərli və xəyalpərvər İa-nı hansınız xatırlamırsınız? Vinni Pux cizgi filmindən tanışdır sizə. Bu personaj açıq aşkar balıqları təmsil edir. Axı balıqlar melanxolokdirlər,onlar fəlsəfi fikirlərə meyl edirlər. Güclü təsəvvür qabiliyyəti,ətraf aləmi idealizə etmək onlara məxsus haldır. İa heç vaxt qonaq getmir, onun sevimli yeri göl qırağıdır. Burda düşüncələrə dalmaq onun çox xoşuna gəlir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!