Qıdıqla, bürcünü öyrən

Qıdıqla, bürcünü öyrən
Bürclər, Qoroskop
10.09.2017 26
İnsanları qıdıqlayaraq bürclərini öyrənə bilərsiniz. Bu, bir zarafat deyil, amma əyləncəlidir, çünki sınanaraq, təcrübədən keçirilmiş astronomik nəticələrə əsaslanır. Siz də sınayın, lakin ehtiyatlı olun, birini qıdıqlayaraq bürcünü anlamağa cəhd etsəniz, problemlə də üzləşə bilərsiniz smile



Qoç bürcü

Daha əlinizi vurmadan yalvarmağa başlayır, daha sonra dayanmanız üçün hər cür rüşvəti təklif edəcək.



Buğa bürcü

Yuvarlanaraq, özünü sizin üzərinizə atar, elə də qalar.



Əkizlər bürcü

Yerə uzanar, qıdıqlanmaqla huşunu itirər, amma seans bitdikdə dərhal olanı unudur və soruşur: "Harada qalmışdıq? Mövzumuz nə idi?"



Xərçəng bürcü

Heç reaksiya verməzlər, bir şey deməzlər, eləcə baxarlar, sonra qapını çırpıb çıxıb gedərlər və bir neçə saat sonra geri gələrlər. On il sonra, bir dava zamanı bu etdiyinizi üzünüzə vuracaqlar.



Şir bürcü

Əvvəl başa düşməzlər, sonra küsərlər və bunu niyə etdiyinizi izah etməyinizi gözləyərlər. Şərhdən, yəni bunun bir zarafat olduğunu anladıqdan sonra qıdıqlamağa davam etmənizə icazə verərlər.



Qız bürcü

Siz bezib dayanana qədər, heç gülmədən, sabit baxışlarla üzünüzə baxacaqlar.



Tərəzi bürcü

Xoşlarına gələcək, amma xarici görünüşlərini pozduğunuz anda sizə mənfi münasibət göstərəcəklər.



Əqrəb bürcü

Əvvəl qıdıqlanmağa dözərlər, sonra birdən bütün gücünü toplayıb, təkrar soyuqqanlı olmağa çalışırlar və gözlərini- gözlərinizə dikərək, qaşlarını çatar və "Kəs bunu, dərhal" deyərlər.

 

Oxatan bürcü

Çox əylənirlər. Sonra zaman keçər və siz bir qonağınızla oturarkən, birdən üzərinizə hücum edərək, qıdıqlamağa başlayarlar. Qisas almağı əsla unutmayacaqlar.



Oğlaq bürc

Əsla qıdıqları gəlməz, çünki işdə şübhəsiz gec saatlara qədər işləyərlər.

 

Dolça bürcü

Səssizcə özünü sizin əlinizdən qurtarmağa çalışarkən, üzündə yüngül bir təbəssüm meydana gəlir, həm də bir qıdıqlanma planının qurulub -qurulamayacağını düşünürlər.

 

Balıq bürcü

Əvvəl nifrət edərlər, sonra xoşlarına gələr, çünki bunu başqalarının da etmək istəyəcəyini düşünürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!