Bürclərinizə görə uyğunlaşırsınızmı?

Bürclərinizə görə uyğunlaşırsınızmı?
Bürclər, Qoroskop
10.09.2017 12
QOÇ+QOÇ= ahəng barıt çəlləyini xatırladır.

QOÇ+BUĞA= daimi münaqişələr müşahidə olunur,lakin,müştərək iş birliyi və ya yaradıcılıq ittifaq tərəfdarlarını bir-birinə bağlaya bilər.

QOÇ+ƏKİZLƏR= bu nikah macəra dolu romana bənzəyir. Yalnız zamanla tərəf müqabilləri şəxsi hərəkət strategiyasını qurub ona əməl edəcək.

QOÇ+XƏRÇƏNG= ağır ahəngdir. İlk tanışlıq şirinliklərindən sonra münasibətlər qeyri-qənaətbəxş və mübahisə dolu olacaq.

QOÇ+ŞİR= çətin ittifaq olsa da,yaradıcı və əlvandır. Bir sözlə " Onlar uzun və xoşbəxt ömür sürüb bir gündə vəfat etdi".

QOÇ+QIZ= simaların müxtəlifliyi sonda parçalanmaya gətirib çıxardacaq.

QOÇ+TƏRƏZİ= əks tərəflərin güclü qarşılıqlı təsiri,bir-birini ideal tamamlama.

QOÇ+ƏQRƏB= çox gözəl cinsi münasibətlər,məişət həyatı isə dözülməzdir.

QOÇ+OXATAN= tərəf müqabilləri yüksək tərbiyə sahibi olduqda ,ümumi impulsivlik ümumi təhqir ilə əvəz olunmayacaq.

QOÇ+OĞLAQ= birlikdə tənhalıq.

QOÇ+DOLÇA= gözəl ahəng,təbiətcə aktiv olan qoçu hər zaman dəyişikliyə hazır olan dolça cəlb edir.

QOÇ+BALIQLAR=qəribə,ağır,eyni zamanda ,tez-tez rast gəlinən nikahdır. Bu nikahı hər hansı bir ideya qoruyub saxlaya bilər.

BUĞA+BUĞA = inadkarlıq baş alıb gedir,lakin ,tərəflər dəyişkənlik və fərqlilik qorxusundan ittifaqı qorumağa çalışır.

BUĞA+ƏKİZLƏR=çətin,birmənalı olmayan ,lakin,geniş yayılmış nikah. Əsas problem qısqanclıqdır.

BUĞA+XƏRÇƏNG= münasibətlərdə harmoniya.

BUĞA+ŞİR=sevgi və ehtiras ittifaqıdır,lakin,illər keçdikcə aktuallığını itirə bilər.

BUĞA+QIZ= xoşbəxt ailə həyatı.

BUĞA+TƏRƏZİ=getdikcə yığılıb artan qarşılıqlı kin və üzvurmalar,tərəfləri yalnız ümumi işguzar sahə və ya cəmiyyət asılılığı birlikdə saxlaya bilər.

BUĞA+ƏQRƏB= əla cinsi uyğunluq,ümumi işıldamalar və ehtiraslar,lakin,zamanla bezdirici olur. Adətən sevgili olurlar.

BUĞA+OĞLAQ= ittifaqlardan ən uğurlusu. Onları ümumi maraqlar və seksual uyğunluq birləşdirir.

BUĞA+DOLÇA=çətin uyğunlaşan partnyorlardır. Evlilik həyatları gah çox soyuq ,gah da odlu-alovlu olur.

BUĞA+BALIQLAR=kənardan qənaətbəxş görünən,həqiqətdə isə,buğanın kobudluğundan yaralanan balığın kədəri ilə dolu nikahdır.

ƏKİZLƏR+ƏKİZLƏR= ittifaq yalnız dost münasibətləri və tam azadlıq üzərində dayanır,xoşbəxtliyə zəmanət yoxdur.

ƏKİZLƏR+XƏRÇƏNG= nigah yalnız yüngüllük və azad münasibət şərti ilə qurulur.

ƏKİZLƏR+ŞİR= nigah ilə daha da möhkəmlənən dost münasibətləri.

ƏKİZLƏR+QIZ= münasibətləri ümumi maraqlar və qarşılıqlı güzəştlər möhkəmlədə bilər.

ƏKİZLƏR+TƏRƏZİ=tərəzidən gələn səliqə və harmoniya münasibətləri qoruyur. Ümumi maraqlar və işgüzar sahə birləşdirir.

ƏKİZLƏR+ƏQRƏB= çətin və yayılmış nikahdır. Aparıcı rol əkizlərin üzərinə düşür.

ƏKİZLƏR+OXATAN= mənafeli nikahdır. Həvəsdən düşməmək üçün qonaqlıqlar,səyahətlər sıx olmalıdır.

ƏKİZLƏR+OĞLAQ= bu münasibətlər çox vaxt uçuruma gətirib çıxardır.

ƏKİZLƏR+DOLÇA= hər ikisi üçün uğurlu nikah sayıla bilər,lakin,müntəzəm dava və fikir ayrılığı qaçılmazdır.

ƏKİZLƏR+BALIQLAR= evlilik uzun çəkmir,belə ki,balıqlar qeyri-daimiliyi bağışlamır.

XƏRÇƏNG+XƏRÇƏNG= bu ittifaq gur çaya bənzəyir. Göz yaşları,emosiya partlayışları ilə yanaşı bağışlanma.

XƏRÇƏNG+ŞİR= sevgi dolu ,sirrli və maraqlı ,lakin,evlilik üçün yararsız ittifaqdır.

XƏRÇƏNG+QIZ= hamar və yaxşı münasibətlər. Qız heç bir bürcün bacarmadığı qədər gərgin xərçəngi anlayır və bağışlayır. Xərçəng qızın daimiliyini,qız isə xərçəngin duyğusallığını və incəliyini bəyənir.

XƏRÇƏNG+TƏRƏZİ= bu ailəni maddi yüksəklik və cəmiyyətdəki mövqe qoruyub saxlaya bilər. Onlarda "biz" termini yoxdur, "mən mənəm", "sən də sən".

XƏRÇƏNG+ƏQRƏB= qarşılıqlı maraq mövcuddur,amma birgə mövcudluq heç də asand deyil.

XƏRÇƏNG+OXATAN=geniş yayılmış,əlvan,saxta brilliant kimi çoxtərəfli ittifaqdır.

XƏRÇƏNG+OĞLAQ= uzun-uzadı mübahisələr,daimi yaxınlaşma və uzaqdüşmələr,nəhayət sonunda xəyal qırıqlığı.

XƏRÇƏNG+DOLÇA=bir birinə tərəf can atma,yenidən uzaqlaşma.

XƏRÇƏNG+BALIQLAR= birgə həyat çətindir,tərəflərdən birinin qurban olmasını tələb edir,lakin,sonda böyük xoşbəxtlik bəxşişi var.

ŞİR+ŞİR= tərəflər xırdaçı olmazsa,ittifaq mümkünlüdür . Bir qayda olaraq ,belə cütlüklərin çox gözəl,fərqli və istedadlı övladları olur.

ŞİR+QIZ= anlayışsızlıq və özgəlik. Ümumi yüksək yaradıcılıq maraqları cütlüyü tənəzzüldən xilas edə bilər.

ŞİR+TƏRƏZİ= parlaq,harmonik və daimi münasibətlər. Tərəzi şir üçün ən uğurlu seçimdir.

ŞİR+ƏQRƏB= sərhədsiz ehtiras,lakin,belə yüklənmə ilə yaşamaq çətindir.

ŞİR+OXATAN= qarşılıqlı avtoritet. Hər iki tərəf macəra və avantyur həvəskarıdır. Birlikdə mümkün olmayanı gerçəkləşdirirlər.

ŞİR+OĞLAQ= çətin də olsa mümkündür. Oğlaq daima şirin ünsiyyətinə aldanır. Şir isə oğlağın daimi tərzindən yorulur.

ŞİR+DOLÇA= böyük cəlbetmə sadəcə ilk vaxtlara ,xasdır. Sonradan tam əks varlıqlar olduğunu dərk edincə ayrılarlar.

ŞİR+BALIQLAR= tragik məhəbbət yaxud böyük şəxsiyyətlər. Əgər şir balığın ardıyca yüyürməyi bacararsa və dala baxmaxan metamorfozlara hazır olarsa təbii ki.

QIZ+QIZ= çox uğurlu və möhkəm münasibətlər.

QIZ+TƏRƏZİ= bir-birinin çatışmaz cəhətlərini tamamlAmaq ittifaqı çox uğurlu edir.

QIZ+ƏQRƏB= tərəflər güclü xarakter sahibi olduqda mümkündür.

QIZ+OXATAN= sosial və ya dini yöndə cəmiyyətə xidmət ,tərəflərin birliyini qoruyub saxlaya bilər.

QIZ+OĞLAQ= möhkəmlik və tarazlıq. Hər ikisi ayıq baş ilə realistcəsinə həyata baxır.

QIZ+DOLÇA= qızın səbri çatana qədər davamlıdır.

QIZ+BALIQLAR= fərqli dünyagörüşü münasibətlərin korlanmSına gətirib çıxarır.

TƏRƏZİ+TƏRƏZİ=tərəflər müxtəlif tipli olduqda birgə ittifaq mümkündür.

TƏRƏZİ+ƏQRƏB= münasibətlərdə harmoniya hökm sürür. İntim həyatları çox qabarıqdır.

TƏRƏZİ+OXATAN = məhəbbət,dostluq,eyni nəzər nöqtəsi.

TƏRƏZİ+OĞLAQ= sevgidən başqa hər şey uyğunlaşır. Ümumi dili tapmaq asandır.

TƏRƏZİ+BALIQLAR= dəqiq qoyulmuş çərçivələr,məhdudiyyət.

TƏRƏZİ+DOLÇA= çox məhsuldar bir cütlük. Birgə yaradıcı ideyalar və planlar çiçəklənir.

ƏQRƏB+ƏQRƏB= darıxdırıcılıq,sıxılma və darısqallıq.

ƏQRƏB+OXATAN=macəralı sevgililər,eyni fikirli insanlar.

ƏQRƏB+OĞLAQ=onların sevgisi ömürlükdür.

ƏQRƏB+DOLÇA=orijinal cütlük.

ƏQRƏB+BALIQLAR=hərtərəfli ehtiras olan cütlükdür,lakin,balıqlar əqrəbin ağır xasiyyətinə dözməyib onu tərk edir.

OXATAN+OXATAN=avtoritet uğrunda mübarizə.

OXATAN+OĞLAQ= gah maddi mənafe gah da,mənəviyyat hökm sürür. Daxili qanunauyğunluqlar xaricilər ilə uyduqda ittifaq davam edə bilər.

OXATAN+DOLÇA= illərlə möhkəmlənən dostluq,yüngüllük və qarşılıqlı anlayış.

OXATAN+BALIQLAR=tərəflər bir-birini anlamağı bacarsalar mükəmməl cütlükdür. Əks halda hər ikisi bir-birini qıcıqlandıracaq.

OĞLAQ+OĞLAQ= biri digərinin inadını üstələyə bilmir,buna görə də kənarda ehtiyac ödəmək istəyirlər.

OĞLAQ+DOLÇA= illüziyalı vurğunluq. Bu tərəflərin tənhalıq hissini yaşAmasına qədər davam edir.

OĞLAQ+BALIQLAR= xəyallara dalmış məhəbbət. Dünyanın bütün dərinlikləri,çökəklikləri və genişlikləri bu iki idealist və mistik tərəfə açıqdır. Bu şərtlə ki,oğlaq çox da " yerə enmiş" olmasın.

DOLÇA+DOLÇA=yalnız dostluq və bərabər idarəetmə . Əks halda ailə çox davam gətirməyəcək.

DOLÇA+BALIQLAR= sehirli rəsimlər gözlənilmədən ,xoş olmayan reallıqla əvəzlənə bilər.

BALIQLAR+BALIQLAR= ikiüzlülüyün mənasız olduğu evlilik,kompromisə yer olmayan izdivac.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!