Sevgililər Gününə Özəl Bürclərin Proqnozları

Sevgililər Gününə Özəl Bürclərin Proqnozları
Bürclər, Qoroskop
10.09.2017 1
Bu gün Müqəddəs Valentin günüdür. Dünyanın əksər bölgələrində bu gün Sevgililər Günü kimi qeyd olunur. Bir sözlə, sevənlərin günüdür. Sevgi isə həmişə lazımdır. Valentin Günü olsa da, olmasa da. Hələ qədimlərdə babalarımız sevənlər barədə "ulduzları barışsın!” deyə alqış edərdilər. Bu ifadə birbaşa Zodiakal uyğunluqla bağlı idi. Yəni, bürcləri uzlaşsın, planetar qarşıdurma mülayim olsun.  Biz də astroloji təyinatlardan istifadə edərək bu gün astroloji.az saytında məhz sevənlər üçün bürc proqnozu təqdim edirik. Hər birinizə əbədi məhəbbət arzusu ilə…



QOÇ BÜRCÜ – Astroloji göstəricilər məhəbbət müstəvisində ayın ən uğurlu gününü yaşayacağınızı bildirir. Bu səbəbdən fəaliyyət və digər məsələlərlə bağlı işlərinizi günün ilk yarısı tamamlayın. Gəzinti və sürprizləri xoşlamasanız da, sevdiyinizə qeyri-adi sevinc bəxş edən anlar yaşadın. Arabir onun sözlərini də dinləyin.



BUĞA BÜRCÜ
– Bu gün daha çox fəaliyyət günü olduğu üçün sevgiyə geniş vaxt ayıracağınız gözlənilmir. Amma qısamüddətli olsa da, eşqini ürəyinizdə gəzdirdiyiniz kəslə görüşməyiniz yaxşı olardı. Elə edin ki, çöhrənizdə təbəssüm, dilinizdən xoş sözlər əskik olmasın. Sevdiyinizə gələcəyin daha gözəl olmasına inam yaradın.



ƏKİZLƏR BÜRCÜ
– Romantik bir günlə üz-üzəsiniz. Bu da enerjinizin daha çox məhəbbət müstəvisində xərclənməsinə zəmin yaradacaq. Maddi imkanınızın həddinə əhəmiyyət verməyin. Əsas odur ki, sevdiyinizlə bir yerdə olun və onu qısqandıracaq heç bir addım atmayın. Yalnız özünüzdən danışın.



XƏRÇƏNG BÜRCÜ –
Ulduzlara inansaq, Sevgililər Gününə yaxşı hazırlaşmısınız. Amma sağlıq durumunuzla bağlı narahatçılıq ola bilər. Bu səbəbdən bütün gücünüzü səfərbər edin ki, ayaqda dura biləsiniz. Bu gün bir-birinizə məntiqə söykənən vədlər verin, gələcək planlarınızı detallarına qədər müzakirə edin.



ŞİR BÜRCÜ – Ola bilsin ki, işdə və ya digər məkanlarda insanlarla mübahisələriniz olsun, hansısa işiniz yolunda getməsin. Amma bu o demək deyil ki, həmin gərginliyi, narahatlığı sevgi müstəvisinə də keçirəsiniz. Əsla! Bu gün siz öz təmkininiz və yüksək enerjinizlə sübut etməlisiniz ki, yüksək məhəbbətlə sevirsiniz.



QIZ BÜRCÜ – İçinizdə hökm edən şübhələri, qısqanclıq detallarını bir kənara atın. Bəri başdan yadda saxlayın ki, belə gözəl bir gündə görüşünüzü mübahisəsiz başa vursanız, əsl qalib olacaqsınız. Qarşı tərəf sizin sevginizə, mərhəmətli olduğunuza inanacaq. Kiçik də olsa, sevgilinizə mütləq hədiyyə alın.



TƏRƏZİ BÜRCÜ
– Gözəl gəzinti, filmə və ya hansısa əyləncəyə tamaşa etmək, sakit bir guşədə nahar etmək hər ikinizə xoş ovqat bəxş edə bilər. Amma qətiyyən başqalarını müzakirə etməyin, evdə, işdə olan problemləri bugünkü mövzuya qatmayın. Hər şeydən təcrid olunub yalnız özünüzə qapılın.



ƏQRƏB BÜRCÜ – Qarşınızda maraqlı bir gün durur. Demək olar ki, zaman xeyrinizə işləyəcək. Cəsarət tapıb eşq elan etmək, maraqlı bir hədiyyə almaq və ya xeyir iş üçün planları açıqlamaq baxımından çox əlverişli gündür. Belə bir gündə qarşı tərəfi ittiham etmək, onda qüsur axtarmaq zərərlidir. İmkan daxilində birgə vaxt çox keçirin ki, bəzi qaranlıq mətləblərə işıq düşsün.



OXATAN BÜRCÜ – Mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, emosionallığınıza hakim kəsilin. Günorta saatlarında görüşsəniz, daha gözəl olar. Sevdiyiniz şəxsin doğru sözlərinə, obyektiv fikirlərinə inam göstərin. Bu gün aranızı vurmaq istəyən hər kəslə əlaqəni kəsin – kəskin surətdə.



OĞLAQ BÜRCÜ – Sevgililər Günündə bəlkə də ilk dəfə olaraq daxili rahatlıq tapacaqsınız, başa düşülməyiniz sizi sevindirəcək, özünüzə inam hissini gücləndirəcək. Quru və soyuq xarakterli kimi səciyyələndirilmənizi alt-üst edin və görsünlər ki, siz doğrudan da sevməyi bacaran, romantik birisiniz.



DOLÇA BÜRCÜ –
Astroloji mənbələrdə göstərilir ki, siz məhəbbət haqqında nağılın qəhrəmanısınız. Çünki sizin sevgiyə yanaşmanız fərqlidir, eşq həssaslığınız güclüdür, bir sözlə, olduqca gözəl sevirsiniz. Elə isə belə bir gündə öz qəhrəmanlığınızı göstərin. Axı siz ən çox sevgidən qidalanırsınız.



BALIQLAR BÜRCÜ
– Əsl sevgi günüdür. Bütün enerjinizi bu istiqamətə yönəldin. Hətta telefonunuzu da söndürün ki, sevdiyinizlə baş-başa qala biləsiniz. Bu gün siz öz sədaqətinizi, etibarınızı möhkəmləndirməli, sevdiyinizi həqiqətən ortaya qoymalısınız. Bu vaxta qədər saxladığınız sirləri də açın ki, gizli heç nə qalmasın.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!