Həftəlik Bürc Proqnozları 23 Fevral – 1 Mart 2015- ci il

Həftəlik Bürc Proqnozları 23 Fevral – 1 Mart 2015- ci il
Bürclər, Qoroskop
10.09.2017 40
QOÇ BÜRCÜ- Maraqlı səfərlər yolunuzu gözləyir. Ümumiyyətlə, indi sizə insanlarla çoxəlaqəli ünsiyyət qurmaq vacibdir. Ən azı ona görə ki, tənhalıq, özünə qapılma daxilinizdə irticaçı fikirlər formalaşdıra bilər. Əliniz hər yerdən üzüləndə isə nicatı sevgidə arayın. Günahları bir qədər də özünüzdə axtarın.



BUĞA BÜRCÜ- Göy qübbəsinə inansaq, bu həftə maddi problemləriniz düzəlməlidir. Amma gərək boş-boş şeylərə xərc çəkməyəsiniz. Əks təqdirdə müflisləşə bilərsiniz. Fevralın 27-də və martın 1-də gözləmədiyiniz istiqamətdən perspektivli təkliflər alacağınız da gözlənilir. Buna bəri başdan hazır olun və tələsik qərar çıxarmayın.



ƏKİZLƏR BÜRCÜ-
Yaxşı olar ki, hər şeydən əvvəl Tanrıya üz tutasınız, xeyirxah işlər görüb ehtiyac duyanları sevindirəsiniz. Əslində bunu etmədiyiniz üçün işləriniz yaxşı getmir. Əgər zərdüştilərin dediyi "xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl” prinsipinə sadiq qalsanız, fevralın 26-dan hər mənada uğurlarınız artacaq.



XƏRÇƏNG BÜRCÜ-
Fevralın son günündən etibarən şəxsi həyatınızda böyük dönüş yaranacaq. Bu, həm fəaliyyət zəminində, həm də qarşılıqlı münasibətlərdə özünü büruzə verəcək. Bu arada aldığınız hər bir təklifə ciddi yanaşın. Ola bilər ki, bunun da həyatınızda önəmli rolu olsun. Uzaq səfərlərə isə mümkün qədər çıxmayın.



ŞİR BÜRCÜ-
Astroloji göstəricilər istirahət günlərini səfərdə keçirməyinizin uğurluluğundan xəbər verir. Həmin ərəfədə darıxdığınız adamlarla görüşməyiniz sizə böyük enerji verəcək. Təzə ayın ilk günündənsə fəaliyyət müstəvisində böyük uğurlara yetişəcəksiniz. Aldığınız təkliflərdən imtina etməyin.



QIZ BÜRCÜ- Özünüzü soyuqdəymədən qorusanız, ixtiyarınızda olan həftə ərzində heç bir ciddi problemlə rastlaşmayacaqsınız. Ulduzlar bəyan edir ki, martın gəlişi qarşınızda böyük perspektivlər açacaq. Ən azı ötən iki ayda dondurulan əksər planlarınız reallaşacaq. Bu istiqamətdə etibar etdiyiniz dostlardan da dəstək görəcəksiniz. Yeni təkliflərə razılıq verməyə isə tələsməyin.



TƏRƏZİ BÜRCÜ- İxtiyarınızda olan bu həftədə bütün ciddi işlərinizi təxirə salın. Çünki nəzərdə tutduğunuz planların reallaşma ehtimalı nəinki yoxdur, habelə bu istiqamətdə maneələriniz artacaq. İki ayın bu zəngin qovşağında yeni əlaqələr və maddi dirçəliş sizi məmnun edəcək. Ayın 28-də səhhətinizi qoruyun.



ƏQRƏB BÜRCÜ- Fevralın 26-na qədər sağlıq durumunuza diqqət yetirsəniz, həftənin qalan günlərini rahat şəkildə başa vuracaqsınız. Üstəlik, yeni iş təklifləri, pozulmuş münasibətlərin bərpası ovqatınızı xoş edəcək. Ulduzlar məsləhət görür ki, mümkün qədər qarşı tərəfə güzəştə gedəsiniz. Uzaqgörən olsanız, mümkün qalmaqallardan qurtulacaqsınız.



OXATAN BÜRCÜ- Pl
anetiniz olan Yupiterin indiki hökmranlığı ərəfəsində ciddi sınaqlarla baş-başa qalacaqsınız. Yaxşı olar ki, dostlarınızı imtahana çəkəsiniz. Çünki indi onların əksəriyyəti sizdən sui-istifadə edir. Aldanmamaq üçün bunu etməlisiniz. Əsəblərinizi qorumaq üçün sakit havada gəzinməyə, səfərə çıxmağa dəyər.



OĞLAQ BÜRCÜ- Hal-hazırda sizə ani də olsa, cəmiyyətdən aralanıb özünüzə qapılmağınız lazımdır. Çünki insan Allahla təkbətək qalanda həm paklaşa bilir, həm də səbri artır. İstirahət günlərində bunu etməyə çalışın və bacardığınız qədər savab işlərin sayını artırın. Əmin olun ki, bundan sonra tale üzünüzə güləcək: yeni əlaqələr, iş təklifləri, büdcədə artım… hər şey yaxşı olacaq.



SUTÖKƏN BÜRCÜ- Enerjinizin aktivlik dövrünə təsadüf edən bu həftə ərzində əsas diqqəti əsəblərinizin qorunmasına yönəltməlisiniz. Çünki ünsiyyətdə olduğunuz adamlardan bir çoxu zəhmətinizin dəyərini aşağı salmağa çalışacaq. Təmkinli olmağı bacarsanız, fevralın 27-dən etibarən vəziyyət xeyrinizə dəyişəcək. Taleyinizdə əsaslı dönüş yaratmaq üçün bu həftədən yararlanın. Kiçikyaşlılara qayğı göstərin.



BALIQLAR BÜRCÜ- Fevralın 25-dən 28-nə qədər daha çox neytral mövqe nümayiş etdirib yalnız səhhətinizə fikir verməlisiniz. Digər günlərdə isə qarşınızda duran vəzifələrin icrasını sürətləndirməlisiniz. Yaxşı olar ki, ayın 1-də müqəddəs yerləri ziyarət edə, doğmalarınızla əlaqə yaradasınız. Riskli pul sövdələşmələrindən, qanunsuz ticarətdən uzaq olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!