Bürclərin bilinməyən xüsusiyyətləri

Bürclərin bilinməyən xüsusiyyətləri
Bürclər, Qoroskop
10.09.2017 44
Qoç bürcü: Hazırcavab bir insansan. Səninlə boşuna söz davasına girişməyə cürət etmək təhlükəlidir. Çünki qalib onsuz da indidən müəyyəndir.



Buğa bürcü: Gözəlliyinə düşkün olduğun bir reallıqdır. Gözəl olan hər şeyə heyran ola bilərsən. Bu kiçik bir əşya belə ola bilər.



Əkizlər bürcü: İnsanı mimikalarından başa düşənlərdənsən. Bir az sürətli düşünən bir insan olduğun üçün yavaş olan hər şey səni qıcıqlandırır.



Xərçəng bürcü: Bu dağınıqlıqla hara çatacağını bilirsən maraqlıdır... Qalx bir ətrafına nəzər sal və həyatına nizam ver.



Şir bürcü: Hər an üstün olmaq istəyin sənin hər şeydə müvəffəqiyyətli olmağını təmin edir. Əzmin müvəffəqiyyətin əsas qaynağıdır. Hər şeyi əzib keçmək üçün gücün var.



Qız bürcü: Səni saxlayan olmasa, səhərdən axşama qədər alış-veriş edə bilərsən. Sən şoppinq etmək üçün doğulmusan.



Tərəzi bürcü: İki insanın ortasında qalmaqdan nifrət edirsən. Seçim etmək məcburiyyətində qalmaq sənin üçün çox çətindir.



Əqrəb bürcü: Sən elə şeytansan ki, səni heç kim aldada bilməz. İntuisiyaların və analiz qabiliyyətin güclü olduğu üçün hiss etdiyin hər şey mütləq doğru çıxır.



Oxatan bürcü: Gənclikdə diqqətsiz, həyəcanlı və ənənələrə zidd davranışlar etsəniz də, keçmiş səhvlərinizdən ən çox dərs alan kəslər sizsiniz. Müstəqilliyinizə həddindən artıq düşkün, artıq dərəcədə praktik insansınız.



Oğlaq bürcü: Əgər biri səndən getmişsə, o, sənin üçün bitib deməkdir. Bir daha əsla geri qəbul etməzsən. Səhv edən insan səninla birlikdə olmaq şansını itirir.



Dolça bürcü: İdeallarından imtina etməyən tək insansan. Bir hədəf qoyduğunuz zaman onu yerinə yetirirsən. Bunun üçün hər şeyi edərsən.



Balıq bürcü: Hər insan bir az problemlidir. Amma sən o qədər xoşagələn və mülayim insansan ki, nə problem çıxarırsan, nə də kimsə sənə yox deyə bilmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!