Körpənizin bürcünə görə şəxsiyyəti

Körpənizin bürcünə görə şəxsiyyəti
Bürclər, Qoroskop
10.09.2017 16
Bir cütlüyün həyatına bir körpənin daxil olması, onların həyatını dəyişdirir.

Qısalan gecələr, izlənilməsi lazım olan yeni ritimler, yeni vərdişlər...
Qısası, körpənizlə ortaq bir həyat hər vaxt üçün bir adaptasiya dövrü
tələb edir. Nə də olsa artıq "cüt" olmaqdan çıxıb, "köklü ailə" olmağa
keçirsiniz.

Buna baxmayaraq, əslində siz həmişə ananızın uşağı sayılarsınız və ya uşağınızın anasısınız!

Duyğu, gözləmə, xoşbəxtlik və qarşılıqsız sevgi üzərində qurulan bu
ana-körpə əlaqəsi, sonradan insan əlaqələri arasında ən fundamental və
kompleks əlaqəyə çevrilir. Quracağınız əlaqəni irəli aparmaq üçün,
ailənizin yeni üzvüylə bir-birinizi anlamaq və fərqliliklərinizi görə
bilmək əsas məsələdir.İlə uşağınızın xarakterini daha
asan anlayacaq və bir-birinizi daha yaxşı tanıyacaqsınız...



Od qrupu bürcünün uşaqları (Qoç, Şir, Oxatan)

Söz dinləməz, tərs, avtoritar insanlardan xoşlanmayan, səbirsiz, münaqişədən xoşlanandırlar.



Şəxsiyyət İnkişafı:

Od qrupundan bir uşağın öyrənməsi lazım olan ən əhəmiyyətli şey,
səbirdir. Bunu ola bildiyincə erkən bir yaşda əldə etməlidir. Bunun
başqa ətrafındakıların haqqlarına, azadlıqlarına və hisslərinə hörmət
etməyi öyrənməsi lazımdır. Od qrupundan olan bir uşağın içindəki
enerjini xərcləməsi çox lazımdır. Ona, bunu reallaşdıra biləcəyi
imkanlar verilməlidir. Oyunlar, idman, rəqs və s. kimi.

Qarşılıqlı dialoq cəza verməkdən daha məsləhətlidir. Əks halda üsyankar ruhlu, yaramaz bir uşağınız olar.



Torpaq qrupu bürücünün uşaqları (Buğa, Qız, Oğlaq)

Ciddi, nizamlı, tənqidçi, həqiqi, etibarlı, oxumağı və öyrənməyi sevən, çalışqandırlar.



Şəxsiyyət İnkişafı:

Bu qrupa daxil uşaqların ilk olaraq depressiyaya girməmələri üçün, hər
şeyi ciddi qəbul etməmələri və gülüb keçməyi öyrənməsi lazımdır .
Sonra, yoldaş əldə etmə və ictimai mühitlərə girmə baxımından təcrübə
qazanmalarına kömək olunmalıdır. Yoxsa öz başlarına olmağı sevərlər və
bu onların irəlidə tək qalmalarına səbəb ola bilər. Belə uşaqların
kollektiv içində böyüməsini təmin etmək lazımdır. Ön fikirlidirlər və
öz karyerlərini əvvəldən planlamağa başlarlar. Ümumiyyətlə
planladıqları şeyləri də reallaşdırarlar.



Hava qrupu bürclərinin uşaqları (Əkizlər, Tərəzi, Dolça)

Cazibədar, maraqlı, romantik, bəzən soyuq, qərarsız, dürüst, açıq fikirlidirlər.



Şəxsiyyət inkişafı:

Hava qrupundakı uşaqlar, ümumiyyətlə, qarşısındakılarla ünsiyyət qurmağı
bacara bilməzlər. Bu səbəblə onlara ola bildiyincə erkən yaşda,
yaşıdlarıyla necə dolanmaları lazım olduğunu öyrətmək lazımdır. Bundan
başqa qərarsızlıqdan , bunu aşmaları üçün qərar verməyi və qərarlarına
sadiq qalmağı erkən yaşdan sınamaqları lazımdır. Birdə, cazibədar
olmanın hər vaxt işə yaramadığını da anlamaları lazımdır. Əks halda bunu
başqalarının duyğularını incitmək bahasına istifadə edə bilərlər.



Su qrupu bürcünün uşaqları (Xərçəng, Əqrəb, Balıq)

Fədakar, şəfqətli, həssas, içə qapalı, əzmli, dəyişən, hissləri güclü, romantikdirlər.



Şəxsiyyət inkişafı:

Su qrupuna daxil uşaqlar, ümumiyyətlə, sizin nə edəcəyinizi əvvəldən
sezərlər. Onlara ilk öyrədilməsi lazım olan şey, özünə güvən və öz
ayaqları üzərində dayana bilmə bacarığıdır. Hər gözəl sözə aldana
bilərlər.

Digər insanların da haqqları və hissləri olduğunu öyrənmələri lazımdır.
Yoxsa sevdikləri insanı tükənməz maraqlarıyla boğa bilərlər.
Dünyadakı hər şeyin özlərinə xidmət etmək üçün var olduğu fikrinə
qapıla bilərlər. Əlaqə və maraqlarını çox tez yaşayıb tez də tükədə
bilərlər. Bunu erkən yaşdan düzəltmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!