Sevgilinizin bürcünə görə hədiyyə seçimi

Sevgilinizin bürcünə görə hədiyyə seçimi
Bürclər, Qoroskop
10.09.2017 20
Sevgi bir damla suya bənzəyir, insan ona möhtac qaldığında dəyərini
anlayır. Sevgi insanın nüvəsidir. Sevgi olmasa, gördüyümüz iş, yediyimiz
yemək, baxdığımız mənzərə, ətrafımızdakı insanlar, ümumilikdə hər şey
mənasızlaşar. Ancaq sevgi insanı var edən duyğudur.
Günümüzə qədər bir çox sevgi hekayələri, romanları eşitmişik və ya
bəzən bu sevgi nümunələrinin şahidi olmuşuq. Azərbaycan tarixində də bir
çox sevgi hekayələri mövcuddur və bunlardan çoxu səhnələşdirilib.
Şərqdə ilk opera dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsi və Məhəmməd
Füzulinin yazdığı "Leyli Məcnun” məhəbbət əsəridir.

Sevgi müqəddəs hissdir və sevgimizi hər an sevdiyimiz şəxsə hiss
etdirməliyik. Əslində Sevgililər günü bəhanədir, sevgimizi göstərmək
üçün. Ancaq bütün dünya ilə bərabər ölkəmizdə də hər il 14 fevralda
gənclər bir-birlərinə gözəl və dəyərli hədiyyələr alaraq, sevgilərini
göstərirlər. Bəs bu il sevgilinizə nə hədiyyə alacaqsınız? Əgər hələ də
nə alacağınız mövsuzunda qərarsız qalmısınzsa, sevgilinizin bürcünə
uyğun olaraq hədiyyə seçimi edə bilərsiniz.



Qoç bürcü

Lider bürclərdən olan qoçlar bu il saatlara üstünlük verirlər. Onlar
üçün dəbdəbəli və göstərişli saat alsanız, çox bəyənəcəklər.



Buğa bürcü

Evə və ailəyə bağlı buğalar üçün ev aksesuarları alsanız, tam ürəklərincə olacaq.



Əkizlər bürcü

Qərarsız bürc kimi tanınan əkizlər hədiyyə mövzusunda çox
qərarlıdırlar. Xarici görkəmlərinə əhəmiyyət verən bürclərdən biri kimi
tanınırlar. Əkiz kişilər üçün kostyum, qadın əkizlər üçün isə üst geyimi
olan gözəl plaş ala bilərsiniz.



Xərçəng bürcü

Həssas və küsəyən kimi tanınan xərçənglər isə bu il ayaqqabıdan
yanadırlar. Onlara bu ilin dəbinə uyğun ayaqqabı alsanız, çox
bəyənəcəklər.



Şir bürcü

Özündən əmin şirlərə isə saat, qol düyməsi və yaxa aksesuarları almağınız məsləhətdir.



Qız bürcü

Detallara fikir verən və işgüzar bürc hesab edilən qızlar üçün ən ideal seçim iş masası üçün gözəl aksesuar almaqdır.



Tərəzi bürcü

Ən mehriban bürclərdən olan tərəzilər üçün ayaqqabı və geyim alsanız, bu 14 fevralda onları xoşbəxt etməyi bacaracaqsınız.



Əqrəb bürcü

Bu bürc altında dünyaya gələn insanlar əsasən yüksək zümrəyə xas
olub, əsilzadə kimi davranırlar. Əqrəb bürcünə xas olan kişilərə çox
bahalı brendin portmanatını, qadınlara isə eyni şəkildə çox bahalı və
gözoxşayan bir çanta hədiyyə etməlisiniz.



Oxatan bürcü

Göstərişi və dəbdəbəni sevən bürclərdən olan oxatan xanımları üçün sırqa, kişilər üçün qolbaq ideal seçimdir.



Oğlaq bürcü

Həm baha, həm də ən son trendə uyğun olan hər bir hədiyyəni
bəyənirlər. Oğlaqlara hədiyyə seçdiyinizdə məhşur brend olmasına diqqət
yetirin.



Dolça bürcü

İntellektual bürc hesab edilən dolçalara bu il ətir hədiyyə etməyiniz məsləhətdir. Bu il onlar ətirdən yanadırlar.



Balıq bürcü

Ən həssas və kövrək bürc sayılan balıq qadınları üçün bu il iç
geyimləri, kişilər üçün köynək alsanız onların kövrək qəlblərini
sevindirəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!